Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əhməd Qəmərlinski

Əhməd Qəmərlinski — Aktyor.

Həyatı

Əhməd Haşım oğlu Qəmərlinski (Məlikov) 1880-ci ildə Bakıda anadan olub. İçərişəhərdə boya-başa çatan Əhməd Məlikov Sultanməcid Qənizadənin məktəbində təhsil alıb. Səhnəyə ilk dəfə 1906-cı ildə Balaxanıda həvəskar aktyorların hazırladığı "Adı Var, Özü Yox" (N.B.Vəzirov) tamaşasında çıxıb. Sonralar "Nicat" Cəmiyyətinin nəzdindəki teatr truppasının aktyoru olub. 1908-ci ildən etibarən Azərbaycanın bir sıra kənd və rayonlarını gəzib, ən ucqar guşələrdə aktyor dostları ilə birlikdə çıxışlar edib. 1924-cü ildən Bakı Azad Tənqid Təbliğ Teatrının aktyoru və rejissoru olub. Qəmərlinski ləqəbini ona Hüseyn Ərəblinski verib. Qəmərli kəndindən qastroldan qayıdarkən dostuna Qəmərlinski təxəllüsünü təklif edib və Əhməd həyatının sonunadək bu familiyanı daşıyıb. Əhməd Qəmərlinski ədəbi yaradıcılıqla da məşğul olub, tarixi və müasir mövzuda yazdığı 12 əsərinin demək olar ki, hamısı 1910-1920-ci illərdə H.Ərəblinski, S. Ruhulla və başqa görkəmli sənətkarlar tərəfindən tamaşaya qoyulub. Bunlardan "Cavanlar", "Tufan Kərbəla", "Rüstəm və Söhrab", "Məkri-zənən", 1920-1945-ci illərdə yazılmış "Eşq-məhəbbət", "Məktəb vodevili", "Ziyarət nəticəsi", "Maymaq" və s. kiçik həcmli pyeslərdə Əhməd Qəmərlinski ictimai həyatda baş verən mühüm problemlərə toxunub. Əməkdar incəsənət xadimi (1940) Əhməd Qəmərlinski 9 mart 1952-ci ildə vəfat edib.

Filmoqrafiya
İsmət (film, 1934)
Almaz (film, 1936)
Səbuhi (film, 1941)
Sovqat (film, 1942)


Tarix: 06.02.2013 / 20:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 199 Bölmə: Aktyorlar
loading...