Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MürəbbələrÜzüm mürəbbəsi resepti

Tərkibi:
500 qram şəkər
2 yarım su stəkanı su
1kilo tumsuz qara üzüm
60 qram qovrulmuş şam fıstığı
1 ədəd limon

Hazırlanması:
Üzümləri yaxşıca yuyun və sularını süzün. Üzümlərin dənələrini qoparın. Şəkər və suyu qaynadıb siropu hazırlayın. Siropu öz halını alınca şam fıstıqlarını və üzümü içinə atın, az odda bişənə qədər qaynadın. Cem halını alınca limon suyunu əlavə edib qarışdırın və 25 dəqiqə daha qaynadın.

Nuş olsun! Ardı »

MürəbbələrAlça mürəbbəsi

Mürəbbə bişirmək üçün iri bağ alçası sortları,Ö xüsusilə Ərəş və İstambul alça sortları götürülür. Bu alçalar tam yetişdikdə qırmızı rəngdə olmaqla bir ədədin kütləsi 40 qrama çatır. Alçanın qabığı soyulur. 1,5-2,0 saat müddətində əhəng suyunda saxlanılır, təmiz yuyulur və bir neçə yerdən deşdəklənir. Beləliklə hazırlanmış alçanın üzərinə şəkər şərbəti tökülüb 6-8 saat saxlanılır. Mürəbbəni arada 8 saat saxlamaq şərtilə 2-3 dəfəyə bişirirlər. 1 kq təmizlənmiş alçaya 1,1kq şəkər və 1 stəkan su sərf edilir. Ardı »

MürəbbələrAlma Mürəbbəsi

[color=#173bd3]Alma “Yağı”

Təxminən 2 fincan üçün

Qatılacaq ədviyyatlar zövqə görə müəyyən olunur. Reseptdəki ölçülərlə ədvalı yağ daha zərif tamlı olur.

Tərkibi:

2 kilo alma (təxminən 10 ədəd alma,sortunun heç bir fərqi yoxdur. Yaxşı alınması üçün eyni zamanda həm turş,həm də şirin növündən istifadə oluna bilər)
1 fincan alma qabığı və özəyindən alınmış sirkə (şirə – bunu soyduğunuz almanın qabığı və özəyindən əldə edəcəksiniz)
2 fincan su
2 fincan şəkər tozu
3 xörək qaşığı təzə sıxılmış limon şirəsi
1/3 çay qaşığı döyülmüş darçın
1/3 çay qaşığı döyülmüş hil
1/8 çay qaşığı döyülmüş yel cevizi (cövüz, rusca – мускатный орех)
1/8 çay qaşığı döyülmüş mixək
1/8 Ardı »

MürəbbələrLimonlu kivi mürəbbəsi resepti

Tərkibi:
2 kq kivi
5 ədəd limonun rəndələnilmiş qabığı
5 su stəkanı toz şəkər
1 ədəd limonun suyu

Hazırlanması:
Kivilərin qabıqlarını soyun. Kub şəklində doğrayıb bir qazana yığın. Üzərinə toz şəkər əlavə edib şəkər yaxşıca əriyənə qədər gözlədin. Daha sonra odun üzərinə qoyub, üzərinə rəndələnmiş limon qabığı qatın. Az odda, qazanı hərdənbir yelləyib qarışdıraraq və üzərində yığılan köpükləri alaraq 50 dəqiqə bişirin. Müddətin sonunda limon suyunu əlavə edin. Bir neçə dəqiqə daha bişirib odun üzərindən götürün. Soyuduqdan sonra təmiz və quru qablara köçürün. Sərin bir yerdə saxlayın.

Nuş olsun! Ardı »

MürəbbələrLimon mürəbbəsi resepti

Tərkibi:
2 kg kiçik ölçülü limon
1 ovuc qərənfil
2 kg toz şəkər
750 ml su
Yarım limonun suyu

Hazırlanması:
Limonları bol suyla yuyub qurulayın. Qaynar su dolu qaba atıb 2-3 dəqiqə gözlədin. Suyunu süzüb, eyni əməliyyatı 3 dəfə daha təkrarlayın. Limonların qabıqlarını rəndələyin. Üzərinə qərənfil və toz şəkər əlavə edib 2 gecə gözlədin.
Su əlavə edib qatı kimi olana qədər kaynadın. Limon suyu əlavə edib 2-3 dəqiqə daha qaynadın. Ocaqdan götürün. Şüşə qablara doldurun.

Nuş olsun! Ardı »

MürəbbələrƏrik mürəbbəsi resepti

Tərkibi:
1 kq ərik
1-1,2 kq şəkər tozu

Hazırlanması:
Bərk əriyi yuyub qurudun. Dənəsini çıxarın. Bunu ya karandaşın köməyilə edin. Ya da yarıya bölüb çıxarın.

Şəkər tozunu qazana töküb azca su əlavə edin. Vam odün üstünə qoyun. Şərbət hazır olanadək ərikləri sterilizə olunmuş bankalara (0,5 litrlik) sıx-sıx yığın. Şərbət qaynayanda onu bankadakı əriklərin üstünə tökün. Bankaların qapaqlarını ağzına qoyub içindəkinin soyumasını gözləyin.
Soyuduqdan sonra şərbəti yenidən qazana töküb qaynara düşəndə götürün, bankadakı əriklərin üstünə tökün. Soyudun. Proseduru 4 dəfə təkrar edin. Sonra isə isti-isti qapağını bağlayın. Üstünü dəsmalla hər tərəfdən bağlayın (tam soyuyanadək).

Hər dəfə bankalara şərbət tökdükcə əriyin öz şirəsi də çıxacaq və beləliklə şərbətin qədəri artacaq. Ardı »

MürəbbələrƏdviyyatlı naringi mürəbbəsi resepti

Tərkibi:
6 iri naringi
500 q şəkər tozu
darçın budağı

Hazırlanması:
Naringilərin qabığını soyun, dənələrini çıxarın. Emallı qaba yığın, üstünə 500 q şəkər tozu səpib bir gecə saxlayın. 1 mandarinin sedrasını xırdalayın, sabahısı gün naringilərə əlavə edin. Vam ocağın üstə qoyun. 20 dəqiqə sonra darçın budağını içinə salın. Daha 20 dəqiqə bişdikdən sonra darçın budağını çıxarın, mürəbbəni ocaqdan götürün, 1 saat soyudun, bankalara yığın.

Əgər xırda naringidən müəbbə hazırlayırsınızsa, onda hər bir meyvənin içinə bir mixək batırın, sonra yuxarıda göstərilən qaydada bişirin (darçınsız).

Nuş olsun! Ardı »

MürəbbələrKivi mürəbbəsi resepti

Tərkibi:
1,5 kq kivi
1 kq şəkər tozu
1 ç.q. limon şirəsi (1 ç.q. limon turşusu)

Hazırlanması:
Kivini yuyub qabığını təmizləyin. Doğrayın. Qazana yığıb limon turşusu və ya limon şirəsi əlavə edin. Qarışdırıb zəif odda bişirin. Tam bişəndən sonra şəkər tozunu əlavə edib qarışdırın. Qaynara düşəndən sonra 15-20 dəqiqə bişirin. Bankalara töküb ağzını bağlayın.

Nuş olsun! Ardı »