Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MürəbbələrQarpız mürəbbəsi resepti

Tərkibi:
1 kq qarpız qabığı
1,2 kq şəkər tozu
3 ç.q. soda
vanil
1 limon
3-3,5 st. su
hil (istəyə görə)

Hazırlanması:
Qarpız qabığının yaşıl üst və qırmızı iç hissəsini soyun (içini qaşıqla da qaşıya bilərsiniz). Ağ mətini fiqurlu bıçaqla doğrayın, çəngəlləyin. 3 ç.q. sodanı 3 l soyuq suya qarışdırın. Qarpız qabıqlarını buraya tökün, ağzına qapaq qoyub 4-6 saat saxlayın. Sonra aşsüzənə yığıb yuyun. 30 dəqiqə soyuq suda saxlayıb, yenidən yuyun. Sonra bu proseduru bir dəfə də təkrar edin (yəni 30 dəqiqə suda saxlayıb çıxarın). Şəkər tozunun yarısı və sudan şərbət bişirin. Qarpız qabıqlarını əlavə edib bişirin, qaynara düşəndən sonra daha 20 dəqiqə bişirin. Ocağı söndürüb 8-12 saat saxlayın. Sonra Ardı »

MürəbbələrCənnət almasından mürəbbə

1 kq cənnət alması

1,3 kq şəkər (əgər mürəbbəni turşməzə istəyirsiniz, onda şəkəri az qoyun)

1 stəkan su


Cənnət alması – çox faydalı meyvədir, onlar turşdurlar, amma mürəbbərsi çox ləzzətli olur.

Almaların saplaqlarını saxlayaraq, yaxşı yuyun. Çəngəllə deşin. Şəkər və sudan sirop hazırlayın və kənara qoyun.

Qazana su töküb qoyun qaynamağa. Su qaynayan kimi almaları suya töküb 5 dəq. qaynadın. Mən çox qaynaddım, onun üçün almalar “partladı” (qabıqları soyuldu). Amma tamı korlanmadı. Almalar qaynayandan sonra onları süsgəcə tökün. Almaları qazana yığıb üstə siropu əlavə edin. 8 saat saxlayın. Mən axşam hazırlayırdım, onun üçün bütün gecəni saxladım.

Səhər qazanı orta oda qoydum. Mürəbbə 7 dəq qaynamalıdır. Qazanı odun Ardı »

MürəbbələrƏrik cemi

Portağallı Ərik Cemi

1.5 litrlik cem üçün

Çox yumşaq və yetişmiş əriklərdən istifadə olunmalıdır. Ərikləri doğramağa ehtiyac yoxdur,cem bişən zaman onlar yumşalacaq. Cemə əlavə etmək üçün seçilən portağal da sulu olmalıdır.Daha yaxşı olar ki,nazik qabıqlı və ətirli olsun. Şəkər tozunun miqdarı əriklərin şirinliyinə görə müəyyən edilir,zövqə görə şəkərin miqdarını artıra və ya azalda bilərsiz. Bizim əriklər şirin olduğundan reseptdəki ölçü cemə hazırlamaq üçün tam uyğun gəlir.


Ərzaqlar:

1.5 kq çəyirdəyi çıxarılmış ərik (yarıya ayırıb çəyirdəyi çıxarılmalıdır)
1 kq şəkər tozu
1 ədəd portağal – təxminən 1 fincan – qabığıyla birgə xırda doğranmış portağal (tumları çıxarılmalıdır)


Hazırlanması:

Çəyirdəyi çıxarılmış,yuyulmuş əriklər böyük tavaya tökülür. Meyvələrin üzərinə şəkər tozu əlavə Ardı »

MürəbbələrAlma cemi resepti

Tərkibi:
2 kilo alma (təxminən 10 ədəd alma,sortunun heç bir fərqi yoxdur. Yaxşı alınması üçün eyni zamanda həm turş,həm də şirin növündən istifadə oluna bilər)
1 fincan alma qabığı və özəyindən alınmış sirkə (şirə – bunu soyduğunuz almanın qabığı və özəyindən əldə edəcəksiniz)
2 fincan su
2 fincan şəkər tozu
3 xörək qaşığı təzə sıxılmış limon şirəsi
1/3 çay qaşığı döyülmüş darçın
1/3 çay qaşığı döyülmüş hil
1/8 çay qaşığı döyülmüş yel cevizi (cövüz, rusca – мускатный орех)
1/8 çay qaşığı döyülmüş mixək
1/8 çay qaşığı döyülmüş zəncəfil

Hazırlanması:
Yuyulmuş almaların qabığı soyulur və özəyi çıxarılır,amma bunlar atılmır,ayrıca saxlanır. Almalar zolaq şəklində,qalın halda doğranılır. Qabıq və özək şirəçəkəndən keçirilib şirəsi çıxarılır. Bizə 1 Ardı »

MürəbbələrQarpız Mürəbbəsi

Əslində yox, əvvəlcə qapağıyla fala baxılır, sonra qarpız yeyilir, qabıqdan isə mürəbbəsi bişirilir

Qalın qarpız qabığı təmizlənməyə hazırdır.

Qabıq təmizlənib, kəsilməyə hazırdır.
Qabığı bu cür ziqzaqvari bıçaqla kəssəniz, daha gözəl olar.
Qabıq əvvəlcə belə olur. Üç saatdan sonra isə…
belə..


Mürəbbə qabını doldurun, çay için, nuş edin.

Qarpız Mürəbbəsi

3 litrəlik banka üçün

Qeyd: Mürəbbəyə xoşməzə tam vermək üçün, hərdən ona ətirşah yarpağı, və ya darçın çubuğu, və ya mixək qatılıb, arıxda çıxardılır.

Ərzaqlar:

1 kilo təmizlənmiş və doğranmış qarpız qabığı (hazırlanması reseptdə)
3 xörək qaşığı soda
1 kilo yarım şəkər tozu
15 stəkan su
1 ətirşah yarpağı və ya qısa darçın cubuğu və ya 3-4 ədəd mxək



Hazırlanma Qaydası:

Qarpızın qabığının qırmızı və Ardı »

MürəbbələrƏncir mürəbbəsi

[color=#c238dd]1 kq əncir

1 kq şəkər

0,25 stəkan su
[/color

bir az limon turşusu
Daha yaxşı xırda sarı əncir istifadə etmək.
Mən əncirin qabığını soyuram, amma qabığlı da mürəbbə bişirmək olar.
Qabığından soyulmuş əncirin üstünə şəkər tökülüb bir neçə saat sahlanılır.

Bu müddətdə əncir şirəsini buraxır. Sonra zaif alov üzərinə qoyulur ¼ stəkan su (hər 1 kq-ya) tökülür. Bir saatadək bişirilir. Yaxşı olar ki üstündək yığılan kəfi tullayasız.
Hazır olana yaxın limon turşusu ya limon şirəsi əlavə edilir (amma bu mütləq deyil).

Nuş olsun! Ardı »

MürəbbələrLimonlu balqabaq mürəbbəsi resepti

Tərkibi:
1 kq balqabaq
1/2 budaq vanil
1 limon
800 q - 1 kq şəkər tozu

Hazırlanması:
Balqabağın qabağını soyub dənələrini təmizləyin. Kubik doğrayıb şəkər tozunun yarısını üstünə səpin, 6-8 saat saxlayın.

Limonun üstünə qaynar su töküb 5 dəqiqə saxlayın. Dilim, yaxud kubik doğrayın. Bunu şəkər tozunun qalanı ilə birlikdə balqabağa əlavə edin.

Vanil budağını ortadan bölün, içinin toxumlarını çıxarın, hamısını birlikdə balqabağa əlavə edin. Ocağın üstünə qoyub qaynara düşməsini gözləyin. Qaynara düşəndə 10 dəqiqə bişirin. Sonra ocaqdan götürüb tam soyudun. Daha iki dəfə bu üsulla bişirin (10 dəqiqə bişirib tam soyutmaqla). Bankalara doldurmazdan öncə vanil budağını mürəbbənin içindən çıxarın.

Nuş olsun! Ardı »

MürəbbələrBadımcan mürəbbəsi (marmelad) resepti

Tərkibi:
3 kq xırda badımcan
9 st. su
4,5 kq şəkər tozu
1 ç.q. limon turşusu
1 ç.q. soda
mixək, hil, darçın və s. xoşunuza gələn ədviyyat

Hazırlanması:
Badımcanları yuyub qabığını soyun. Sonra dərhal sodalı suya qoyun. 4 saat saxlayıb yuyun, çəngəllə deşin.

Qazanda su qaynadın. Badımcanları qaynayan suya salıb təxminən 5 dəqiqə bişirin. Sonra aşsüzənə yığıb soyudun.

Su və şəkər tozundən şərbət bişirin. Badımcanları ləyənə yığıb üstünə şərbəti tökün. Yarım saat bişirin. Ədviyyatı bez torbaya doldurub mürəbbənin içinə salın. Mürəbbəni ocaqdan götürüb tam soyudun. Sonra limon turşusu əlavə edib yenə qaynadın. Bu qayda ilə badımcanları tam hazır olanadək bişirin: badımcanlar şəffaf, suyu isə qəhvəyi olmalıdır.

Ədviyyat dolu torbanı mürəbbənin içindən çıxarın. Ardı »