Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ŞirniyyatlarQarışqa yuvası tortu

Qarışqaların yaratdığı möcüzəvi mənzərəni təsvir edən tortun resepti

Ərzaqlar:

Xəmir üçün: 200 qram kərə yağı

3 x.q. şəkər tozu

3 x.q. xama

1,5-2 ç.q. yumşaldıcı

4 stəkan un

bir az vanilin

Krem üçün:

200 qram kərə yağı

1 banka qatılaşdırılmış süd (suda bişmiş olsun)

Tortu bəzəmək üçün:

şokolad

30-50 qram qoz ləpəsi

Xaşxaş

Hazırlanma qaydası:

Unu ələkdən keçirib, yarı hissəsinə yumşaldıcı əlavə edin. Kərə yağını əridib, təmiz boşqaba tökün. Kərə yağın üzərinə şəkər tozu, xama, vanilin əlavə edib, qarışdırın. Tədricən un əlavə edərək, xəmir yoğurun (əvvəlcə yumşaldıcı qarışdırılan unu, sonra isə qalan unu əlavə edin). Xəmir yoğurandan sonra 30-40 dəqiqə ərzində soyuducuya yerləşdirin.

Soyudulmuş xəmiri ətçəkən maşından və yaxud sürtkəcin iri gözündən (onda Ardı »

ŞirniyyatlarQadın Barmağı Qurabiyəsi (Savoiardi)

“Qadın Barmağı” Qurabiyəsi (Savoiardi)
Təxminən 24 ədəd iri qurabiyə və ya 28-30 ədəd balaca qurabiyə üçün

3 ədəd yumurta – ağını sarısından ayırın
6 xörək qaşığı şəkər tozu (75 qram)
bir stəkanın dörtdə üçü (95 qram) un
2 xörək qaşığı qarğıdalı nişastası
5 xörək qaşığı şəkər kirşanı (pudrası)


Sobanı 175Cdək qızdırın. 2 ədəd soba listini duru yağla və ya kərə yağıyla yağlayın. Üstünə kalka kağızı sərin.

Yumurta ağlarını mikserlə yaxşıca çalın. Tədricən şəkər tozunu əlavə edib kütlə bərkiyənədək çalın.

Unu nişastayla qarışdırın. Kənara qoyun.

Ayrı qabda yumurta sarılarını cəngəllə bir az qarışdırın. Bu kütləni taxta qaşıqla çaldığınız yumurta ağına əlavə edin və yavaşca kütlələri bir Ardı »

ŞirniyyatlarŞokaladlı piroq

Şokaladlı piroq

MATERİAL SİYAHISI:

2 su stəkanı un
3 xörək qaşığı şəkər kirşanı
100 q. Kərə yağı
1 yumurta
Yarım paket qabartma tozu
1 paket vanil
Soyuq su

DAXİLİ XƏRCİ ÜÇÜN:

2 paket labne pendiri
2 yumurta
1 su stəkanı toz şəkər
100 q. Bitter şokolad
1 xörək qaşığı kakao

ÜZƏRİ ÜÇÜN:

Hindistan qozu

İÇİ:

Unu, kirşanını, qabartma tozunu və vanili əlavə edirik. Bu materialların ortasını hovuz kimi açırıq. Ortaya otaq temperaturunda yumşalmış kərə yağını qoyuruq. Yumurtasını qırırıq. Ortadakı kərə yağı və yumurta yoğururuq. Kənardan un alaraq xəmiri yaxşıca yoğururuq. Yarım çay stəkanı soyuq su tökürük Ardı »

ŞirniyyatlarKəsmikli qat-qat qurabiyə resepti

Tərkibi:
400 q mayasız qat-qat xəmir
400 q kəsmik
3-4 x.q. şəkər tozu
1/3 ç.q. vanil
1 yumurta
1-2 x.q. xama
kişmiş

Üzərinə:
yumurta
şəkər pudrası və küncüt

Hazırlanması:
Kəsmik, yumurta, xama, vanil, isti suya salınıb qurudulmuş kişmişi qarışdırın.

Xəmirin donunu açın, 2 yerə bölün.

15x35 sm ölçüdə dördbucaqlı yayın. İçin yarısını üzərinə çəkin (kənarlarında yer saxlayın).

Rulet kimi bükün, kənarlarını bitişdirin, sonra "tikişi" üzüaşağı olmaqla çevirin. 3-4 sm enində dilimləyin.

İkinci kündəni də eyni qaydada hazırlayın.

Qurabiyələri içinə perqament döşənmiş siniyə düzün, üzərinə yumurta çəkin, küncüt səpin (xaş-xaş, darçın, şəkər tozu da səpə bilərsiniz). 200 dərəcə qızdırılmış sobada qızılı rəng alanadək bişirin. Soyudun, üzərinə şəkər pudrası səpin.

Nuş olsun! Ardı »

ŞirniyyatlarŞaftalılı dondurma tortu

Ərzaqlar:

250 qram ağ plombirli dondurma

100 qram şokoladlı plombir

50-70 ml qaymaq (35%)

1/4 stəkan şəkər pudrası

50 qram şaftalı

Hazırlanma qaydası:

Ağ plombiri boşqabın içinə və kənarlarına bərabər şəkildə tökərək, 30-40 dəqiqə ərzində dondurma kamerasında saxlayın. Sonra ağ plombirin üzərindən şokoladlı dondurmanı töküb, bərabər şəkildə yayın. Sonra tortu 30-40 dəqiqə ərzində tam donana kimi soyuducuda saxlayın.

Şaftalıları xırda kub formasında doğrayın. Qaymağı şəkər pudrası ilə qarışdırıb, yaxşıca çalın. Sonra çalınmış qaymağın üzərinə doğranılmış şaftalıları əlavə edib, qarışdıraraq tortun içinə yerləşdirin. Tortun üstünü falqa kağızı ilə örtüb, qaymaq tam donana kimi soyuducuda saxlayın.

Tort qabını bir anlıq qaynar suya salıb, tez çevirib, boşqaba qoyun. Süfrəyə verərkən tortu şaftalı Ardı »

ŞirniyyatlarKlassik Süngər Biskviti

Klassik Süngər Biskviti
Essentials of Baking, Williams-Sonoma kitabından adabtə edilmişdir

Qeyd: Qənnadçılar biskvit bişirəndə xüsusi metodla hazırlanan biskvit unundan istifadə edirlər. Mən sizə onun evdə hazırlanma qaydasını reseptdə izah edəcəyəm. Bu un biskviti yumuşaq və yüngül edir. Stəkan bir çay fincanı (servis çaşka kimi) qədər tutur.

1 stəkan biskvit unu (resepti aşağıda verilir)
5 ədəd iri yumurta – ağı sarısından ayırılmış – mütlər otaq temperatunda olmalıdırlar!
1 stəkan şəkər tozu
yarım çay qaşığı vanil ekstraktı (duru vanil)

Əvvəlcə biskvit ununu hazırlayın. Bunun üçün sizə adi əla növ buğda unu və qarğıdalı nişastası lazım olacaq (basqa nişastalar olmaz). Bir stəkan unu ölçün, sonra isə üstündən 2 Ardı »

ŞirniyyatlarŞokaladlı çubuk peçenyaları

Şokaladlı çubuk peçenyaları

MATERİAL SİYAHISI:

3 su stəkanı un
150 q kərə yağı
2 xörək qaşığı qatıq
1 su stəkanı şəkər kirşanı
1 paket vanil
1 paket qabartma tozu

BƏZƏMƏK ÜÇÜN:

Ərinmiş şokolad
Rəngli şəkərlər
Hindistan qozu
Yaşıl fıstıq

İÇİ:

Unu qarışdırma qabına alırıq. Kirşanı şəkərini, vanili və qabartma tozunu qoyuruq, qarışdırırıq. Ortasına otaq temperaturunda yumşalmış kərə yağını qoyuruq. Qatqı əlavə edirik və qanımızı yoğururuq. Elə yıpaşmayan bir xəmir əldə edirik. Dəzgaha un səpirik, gəldiyimiz xəmiri dəzgaha alırıq. Onun üzərinə də un səpirik və pərlə qurğuşun qələm qalınlığında bir xəmir əldə edirik. Xəmiri çarxla 1 barmaq qalınlığında zolaqlar kəsirik. Ardı »

ŞirniyyatlarKakaolu sarmalı lokum

Kakaolu sarmalı lokum

MATERİAL SİYAHISI:

KEKSİ ÜÇÜN:
2 yumurta
1 çay stəkanı toz şəkər
Yarım paket qabartma tozu
1 paket vanil
3 xörək qaşığı su
2 xörək qaşığı un

KREMİ ÜÇÜN:

1 su stəkanı süd
1 xörək qaşığı ilə un
3 xörək qaşığı şəkər
1 paket vanil
1 poşet köpükləndirilmiş şəndi

İSLATMAQ ÜÇÜN:

1 su stəkanı süd
Hindistan qozu

İÇİ:

Yumurtaları qarışdırma qabına qırırıq, içinə şəkər tozu əlavə edirik. Mikserlə yaxşıca köpüklənən qədər 3-4 dəqiqə çalırıq. Kakao əlavə edib çalmağa davam edirik. Suyunu tökürük və çalırıq. 2 xörək qaşığı ilə unu, vanili və qabartma tozunu qoyub təkrar Ardı »