Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ŞirniyyatlarYay möcüzəsi tortu

Ərzaqlar:

Xəmir üçün:

250 qram marqarin
1 stəkan şəkər tozu
2 ədəd yumurta
0,5 ç.q. soda
3 stəkan un
Krem üçün:
500 qram xama
1 stəkan şəkər tozu

Şokolad şirəsi üçün:

2 x.q. xama
2 ç.q. kakao
3 x.q. şəkər tozu
50 qram kərə yağı

Hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün: marqarini əridib, şəkər tozu ilə qarışdırın. Üzərinə yumurta, un və sirkə ilə qarışdırılmış soda əlavə edib, xəmir yoğurun. Xəmir nə sıyıq, nə də bərk olmamalıdır (ələ yapışmamalıdır).

Hazır xəmiri 3 hissəyə bölün. Birinci hissəsindən korj hazırlayıb, forma qabına yerləşdirin.
Xəmirin qalan hissəsini xırda-xırda kündələrə tutub, girdələyib, korjun qıraqlarına düzün.
Sobada bişirəndən sonra, soyumaq üçün kənara qoyun.
Krem hazırlamaq Ardı »

ŞirniyyatlarKakaolu Badamlı Merengi

Ərzaqlar

1 stəkan şəkər pudrası (tozu deyil!)
1/3 stəkan çəkilmiş badam (toz kimi olmalıdır)
1/4 stəkan kakao tozu (şirin olmasın! acı olandan istifadə edin)
4 iri yumurta ağı – otaq hərarətində (30 dəqiqə əvvəlcədən soyuducudan çıxardın)
bir çimdik duz
1/2 stəkan şəkər tozu
1/2 çay qaşığı vanil ekstraktı (yoxdursa, bir çimdik vanil tozu)
1/2 stəkan şirin kokos lopaları (bunlardan biriylə də əvəz edə bilərsiniz: xırda-xırda doğranmış aci-şirin şokolad və ya qoz və ya badam)



Sobanı 150C-dək qızrıdın. Soba listinin dibinə kalka kağızı sərin.

Bİr qabda şəkər pudrası, çəkilmiş badam və kakaonu qarışdırın. Ayrı qabda yumurta ağına bir çimdik duz elavə edib bir az köpüklənənədək Ardı »

ŞirniyyatlarPeçenye resepti...

Ərzaqlar:

200 qr kərə yağı
1 st şəkər tozu
1 st küncüd yağı
1 ədəd yumurta
1 paket vanil
3-4 st un un
1\2 st xırdalanmş qoz


Hazırlanması:

Küncüd yağı ilə şəkər tozunu qarıştırıb, üzərinə kərə yağını, yumurtanın sarısını, vanili və unu əlavə edirik. Çox bərk bir xəmir əldə edənə qədər xəmir qatırıq. Lazım olsa unun miqdarını artırın.
Xəmirdən qoz böyüklüyündə hissələr ayırıb, yumurlayırıq. Sonra yumurtanın ağına, sonra da qoza batırıb bişirəcəyimiz qaba düzürük. Sonra sobanda 180 dərəcədə 15 – 20 dəq bişiririk.
Qeyd: Əgər istəsəniz kabarta tozu da əlavə edə bilərsiniz. Peçenyeler sobadan çıxanda çox yumşaq olur. Amma sonra bərkləşir. Ardı »

ŞirniyyatlarAnanaslı tort

Lazım olan ərzaqlar:

4 yumurta
1,5 stəkan un
1,25 stəkan şəkər
0,5 stəkan bitki yağı
1 stəkan blenderdə xırdalanmış ananas (konservləşdirilmiş kompotdan)
1 stəkan xırda ovulmuş qoz
xırdalanmış zəncəfil 0,5 stəkan təbii qatıq

Hazırlanması:

Gülməli dərəcədə tez hazırlanır – qarışdırıb, bişməyə qoymaq və 40 dəqiqədən sonra hazırdır.

Mətbəx sobasını («duxovka») 180 dərəcəyədək qızdırmaq, tavanı yağlamaq.

Yumurta, un, şəkər və qıtığı qarışdırmaq, buna digər ərzaqları qatmaq (qozun yalnız 2/3-i). Xəmiri tavaya qoymaq. Qozun qalanını 1 qaşıq şəkərlə qarışdırmaq və alınan kütləni xəmirin üzərinə səpmək. Sobada 40 dəqiqə bişirəndən sonra tort hazırdır. Ardı »

ŞirniyyatlarQarağatlı tort

Ərzaqlar:

250 q qatıq
250 q qarağat mürəbbəsi
110 q şəkər tozu
1 ç.q. soda
3 yumurta
310 q un
250 q yağlı xama (25%-dən çox)
210 q şəkər pudrası
bəzək üçün marmelad

Hazırlanma qaydası:

Yumurtanı şəkərlə çalın, mürəbbə, qatıq əlavə edib yaxşıca qarışdırın. Soda ilə qarışdırılmış un əlavə edin. Cəld xəmir yoğurub yağlanmış siniyə tökün. 220 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. Bişib-bişmədiyini diş çöpü və ya kibrit çöpü batırmaqla yoxlayın. Əgər çöp təmiz qalırsa (ona xəmir yapışmırsa), deməli, biskvit bişib. Onu formadan çıxarıb soyudun.
Krem üçün: yaxşıca soyudulmuş xamanı şəkər pudrası əlavə edə-edə qatılaşana qədər çalın.
Korju iki hissəyə bölun. Arasına krem çəkin. Ardı »

ŞirniyyatlarUn kökəsi

Un kökəsi

MATERİAL SİYAHISI:

3,5 su stəkanı un
250 q. Kərə yağı
1 su stəkanı şəkər kirşanı
Yarım paket qabartma tozu
1 paket vanil

ÜZƏRİ ÜÇÜN:

Şəkər kirşanı

İÇİ:

Unu, kirşanını, qabartma tozunu və vanili qarışdırma qabına alırıq və qarışdırırıq. Ortasını hovuz kimi açırıq. Ortaya otaq temperaturunda yumşalmış olan kərə yağını qoyuruq. Əvvəl kərə yağını yoğururuq, kənardan un qarışığını alırıq və yaxşıca yoğururuq. Ələ yapışmayan konsistensiya bir xəmir əldə edirik.

Xəmirdən iki uzun piltədən bir az da qalın xəmirlər əldə edirik. Xəmir üzərinə çəngəli yüngül sürtərək şəkil veririk. Bıçaqla, 3 barmaq qalınlığında xəmirlər kəsirik. Yağlı kağız sərilmiş Ardı »

ŞirniyyatlarZefir

Lazım olanlar:
1kq şəkər
2,5 x.q jelatin
1 x.q limon sirkəsi
1ç/q vanil
1ç/q soda

ZefirHazırlama qaydası:
Jelatini 100ml qaynanmış soyuq suda 2 saat saxla. Eyni zamanda 200ml soyuq qaynanmış suda 2 saat saxla, sonra odun üzərində 7-8 dəqiqə qarışdıraraq qaynat və götür. Jelatini əlavə edib 10 dəqiqə mikserdə qarışdır(mikserin sürəti çox olmamaqla). Limon sirkəsini əlavə edib 5 dəqiqə qarışdır. Məhlulu 10 dəqiqə kənarda saxla. Qaba "düzüb" 3-4 saat soyuducuda (dondurucuda) saxla. Ardı »

ŞirniyyatlarAsan kökə resepti

Tərkibi:
1 stəkan süd
1 ədəd yumurta
0,5 stəkan yağ (duru)
1 stəkan pesok
ədava, soda, vanil, qabartma tozu

Hazırlanması:
Ərzaqları qarışdırırıq soyuducuya dincəlməyə qoyuruq.15 dəqiqə dincəldikdən sonra soyuducudan götürüb yumuru top şəklində edirik.Sinini yağlayıb yağlanmış siniyə düzürük,üzərinə yumurtanın sarısını çəkib bişməyə qoyuruq.Diqqət edin üstü qızarmasın.

Nuş olsun! Ardı »