Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Salat tarifleriƏtli vineqred salatı reseti

Tərkibi:
200 qr ət
100 qr kartof
150 qr turşu xiyar
60 qr çuğundur
60 qr kök
2 yumurta
50 qr bitki yağı
5 qr 3% iksus
6 qr şəkər tozu
Göyərti
Duz
İstiot

Hazırlanması:
Əti yaxşıca qızardırsınız, daha sonra kiçik hissələrə doğrayırsınız.
Həmçinin qaynadılmış kartofu da doğrayıb bir – birinə qaıtrsınız.
Bundan sonra tərkibinə çuğundur, turşu xiyar da əlavə edin.
Bununla yanaşı iksus, göyərti, duz, istiotunu da qatdıqdan sonra yumurta ilə bəzəyərək süfrəyə verin.

Nuş olsun! Ardı »

Salat tarifleriNoxudlu Mantı Salatı

MATERİAL SİYAHISI:

2 su b. Mantı
1 su b. Noxud
2 közlenmiş istiot
2 pomidor
1 dəstə cəfəri
4 budaq təzə soğan
1 limon
Zeytun yağı
Dəyirman istiot

İÇİ:

Yarı pörtmüş noxudu qaynayan suya alıb pörtdətməyə başlayırıq. Pörtməyə yaxın mantını da əlavə edirik. Duzunu atırıq. Pörtmüş noxudu və mantını soyuduruq. Közlenmiş bibərləri, qabığı soyulmuş pomidorları, təzə soğanı və cəfəri doğrayırıq

Qarışdırma qabına mantı, noxudu və doğranmış materialları qoyuruq. Lumunu sıxırıq, zeytun yağını tökürük. Dəyirman istiotu da qırırıq və qarışdırıb xidmət edirik. Ardı »

Salat tarifleri"Yasəmən talası" salatı

Yasəməm talası" salatı

İstifadə olunan məmulatlar:

1 babka qizilbaliq konservi (və ya zövqə görə hər hansı başqa balıq konservi, qaynadılmış toyuq əti ,mal əti),

300 qr qaynadılmış düyü,

3 ədəd soğan,

1 ədəd böyük kök,

1 ədəd böyük xiyar,

mayonez,

salatlıq yarpaqlar,

duz.

Bəzək üçün:

şüyüd,

4 ədəd qaynadılmış yumurta.

Hazırlanması:

Kökü sürtgəcdən keşirib qizardın.Soğanı və xiyarı xırda – xırda doğrayın.koservləşdirilmiş baliğı əzin.(Əgər toyuq və ya mal ətindən istifadə edəcəksinizsə onda əti həll bişirib çox xirda olmaqla doğrayın).
Salatı düzmək üçün dərin olmayan enli boşqab götürün və hər qatın arasına mayonez sürtməklə aşağıdakı ardıcıllıqla yığın:
-salatliq yarpaq,
-düyü,
-balıq ( və ya ət),
-soğan,
-kök,
-xiyar.

Salatın bəzədilməsi:

Yasəmən gülünü hazırlayın – Gülün yarpaqlarını yumurta ağından (uzununa kəsməklə) ,gülün mərkəzini yumurtanın Ardı »

Salat tarifleriRəngli salat

Rəngli salat

MATERİAL SİYAHISI:

2 pörtmüş kartof
1 kasa meksika lobyası
1 kasa qarğıdalı
1 kasa istiotlu zeytun
3 köz qırmızı istiot
2 kənd istiotu
1 qırmızı turp
1 bənövşəyi turp
1 qırmızı soğan
Yarım kəvər
1 dəstə cəfəri
1 limon
1 kasa rəngli göyərti
Zeytun yağı
Duz

İÇİ:

Pörtmüş kartofları, köz bibərləri, istiotlu zeytunu, kənd istiot, qırmızı soğanı, kəvəri, cəfəri, və turpları kub doğrayırıq. Qarışdırma qabına doğrayan bütün materialları qoyuruq. Qarğıdalı və meksika lobyanı də qoyuruq. Zeytun yağını tökürük, limon suyunu sıxırıq Duzunu atırıq və qarışdırırıq. Boşqaba qarışıq göyərti xidmət qabının əsasına qoyuruq. Üzərinə salat qarışığını tökürük. Üstünə bir Ardı »

Salat tarifleriCənnət salatı

Tərkibi:

Can əti-250 q
Kök-2 ədəd
Çuğundur-2 ədəd
Təzə xiyar-2 ədəd
Göy soğan-1/2 dəstə
Qoz ləpəsi-100 q
Mayonez
Duz, istiot

Hazırlanması:

1. Ət bişirilib didilir.
2. Bişmiş kök və çuğundur samanvari doğranılır.
3. Təzə xiyar uzun, göy soğan isə xırda doğranılır.
4. Ərzaqlara mayonez, duz və əl ilə xırdalanmış qoz ləpəsi əlavə edilərək qarışdırılır.

Nuş Olsun! Ardı »

Salat tarifleriYumurtalı qızarmış kartof salatı resepti

Tərkibi:
2 kartof
3 yumurta
1 dəstə cəfəri
3-4 ədəd yaşıl soğan
4 x/q. zeytunyağı
duz,istiot

Hazırlanması:
Kartoflar qabığı soyulub,yuyulur kubik şəklində doğranıb bol duru yağda qızardılır.
Yumurtalar suda soyutma bişirilir.
Cəfəri və soğan xırda xırda doğranır.
İlıq olan qızarmış kartof və göyərtilər qarışdırılır.Üzərinə duz istiot,zeytunyağı vurulur.
Bişmiş yumurtaları da soyub iri iri doğrayıb salata qarışdırın.
Şəkildə gördüyünüz kimi çox qarışdırmayın, sadəcə qaşıqla bir dəfə alt üst edərək qarışdırıb süfrəyə verin.

Nuş olsun! Ardı »

Salat tarifleriQatıqlı Badımcan Salatı

MATERİAL SİYAHISI:

3 köz badımcan
1 kasa qatıq
1 diş sarımsaq
Duz

FONU ÜÇÜN:

1 dəstə mini ispanaq
1 çimdik semizot-u
2 köz qırmızı istiot
3 kokteyl pomidor
Zeytun yağı

İÇİ:

Köz badımcanları doğrayırıq. Qatığı çalırıq və içinə badımcanı əlavə edirik. Duzunu atırıq, sarımsağını rəndələyirik. Zeytun yağını da töküb qarışdırırıq. Boşqaba ispanaq və semizot-u yarpaqlarını yayırıq. Üstünə badımcan salatı qoyuruq. Üzərini pomidor və qırmızı istiotla bəzəyirik. Ardı »

Salat tarifleriToyuq ətindən ananaslı salat

Toyuq ətindən ananaslı salat

İstifadə olunan məmulatlar:

toyuq əti,
konservləşdirilmiş ananas,
soğan,
qoz ləpəsi,
mayonez
sirkə

Hazırlanması:

Toyuq ətini qaynadıb bişirin və xırda - xırda doğrayın.Qzərinə konservləşdirilmiş ananası doğrayıb əlavə edin.Ayrıca soğanı halqa şəklində doğrayıb üzərinə qaynar su tökün.1-2 dəqiqə saxlayıb suyunu süzün və üzərinə azacıq sirkə əlavə edin.Sonra bütün bu məmulatları bir biri ilə qarışdırın üzərinə zövqə görə qoz ləpəsi əlavə edin . Daha sonra mayonez əlavə edin qarışdırın və süfrəyə verin. Ardı »