Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qezeller"Şuri-cünun aşiqin başına rifәt verir"

Şuri-cünun aşiqin başına rifәt verir,
Hәr kәsә dünyadә, hәq әqlicә dövlәt verir.


Qanım içirkәn bulur çeşminә eyni-sәfa,
Öylә ki, meyxarәlәr bәzminә zinәt verir.


Handa ki, görsәn, könül, yarı, dolan başına,
Sanma ki, dövran sәnә bir dәxi fürsәt verir.


Surәti-halın demәk aşiqә lazım deyil,
Üz verә iqbal әgәr, eşq özü surәt verir.


Gövhәri-nәzmin, Nişat, eylәmә hәr yerdә sәrf,
Bir belә bazardә kim ona qiymәt verir? Ardı »

Qezeller" Hicrində " qəzəli

Uçub dağıldı könül xanimanı hicrində,
Töküldü üstümə ömrün tavanı hicrində.

Pərən-pərən salıb ahim günün şəfəqlərini,
Alıbdı cənginə dərd asimanı hicrində.

Ömür dəyirmanı bir dəm dayanmayıb, artıq
Üyütmüşəm günü, vaxtı, zamanı hicrində.

Məqamə qalxmağı aşiqlərin xəyal olacaq,
Səbirdən olmasa gər nərdivanı hicrində.

Vüsalə hərdən ümidim itir, qan ağlayıram,
Sevindir, ey pəri, gəl bədgümanı hicrində.

Bu Yasin istəyir ömrün bağışlasın sənə, gəl,
Gəl al ki, çıxmaya, nolar, yalanı hicrində. Ardı »

Qezeller" Zərrə qədər hicrinə tabım da yox " qəzəli

Zərrə qədər hicrinə tabım da yox,
Göz yaşını yığmağa qabım da yox.

Aləmə ah-naləmi ərz eyləyən,
Bircə qırıq telli rübabım da yox.

Düşdüyüm eşqin sualı min dənə,
Heç birinə karrı cəvabım da yox.

Dərdimi könlümdə yığıb saxladım,
Yarıma layiqli xitabım da yox.

Boğmağa tüğyan eləyən qəmləri,
Əldə piyaləm də, şərabım da yox.

Ömrümü dəftər-qələmə vermişəm,
İndiyəcən yönnü kitabım da yox.

Yasini öldürsə qəmin söylə ki,
Getdi daha xanəxarabım da yox. Ardı »

Qezeller"Get-get a pərizad daha bil, sən o deyilsən"

Get-get a pərizad daha bil, sən o deyilsən,
Məcnunu unut, qəlbini sil, sən o deyilsən!

Saçları siyah, mən səni bir Leyli sanıb bil,
Oldum belə bəxti qara zil, sən o deyilsən.

İbni Səlama işvələrin qoy halal olsun,
Olmadı mənim tək o, səfil, sən o deyilsən.

Guya ki, mənimsən, düşünüb bihuş olurkən,
Heyhat, mənə vəhy gəldi qəfil, sən o deyilsən.

Çəkdim o xəyal surətini sevgilərimlə,
Bax, doğmadı mənçün o şəkil, sən o deyilsən.

Bu yol, ucalıb sevgi yolunda yananındır,
Meyl eyləmə, yoldan da çəkil, sən o deyilsən.

Biz ki, bahar övladıyıq, ey isti nəfəslim,
Neyçün soyudun, döndü Ardı »

Qezeller" Bizik " qəzəli

Eşq içrə, ey könül, hələ də xar olan bizik,
Yarın qəmində nalə çəkən, zar olan bizik.

Bir ləhzə naümüd deyilik, bəzmi-vəslinə,
Bir ömrdür ki, həsrəti-didar olan bizik.

Eşqin sarayı rövşən ikən mehri-yar ilə,
Bilməm nədir səbəb ki, günü tar olan bizik.

Girdabi-qəmdə gərçi bəla ilə həmdəmik,
Amma yenə də bikəsü biyar olan bizik.

Xalın xəyalı aləmi sərgəştə eyləmiş,
Tənha qəmində sanma ki, pərgar olan bizik.

Canan rəva görüb bizə cövrü cəfalərin,
Azadəyik əgərçi giriftar olan bizik.

Kəbə yolundan eşq yolun fərq qılmadıq,
Yasin, bu yolda il boyu zəvvar olan bizik. Ardı »

Qezeller" Çəkirəm " qəzəli

Darda bu dərd özü olsun deyə dəstək çəkirəm,
Canda qəm çəkməyə həm var ki bu istək çəkirəm.

Qarəsindən günümün cümleyi-aləm danışır,
Üzünə səbrdən hərçənd ağ örpək çəkirəm.

Ölmüşəm, gəl məni yerdən götür, ey gül, nolur,
Çəkməz aləm bu qədər dərdi ki, mən tək çəkirəm.

Öz xoşumlandı məgər qəm çəkirəm? Könlümdü
Elə sakitcə pıçıldar: bala çək, çək, çəkirəm.

Dilbərim dərdimi duysun deyə çox dad döydüm,
Dedi get dərdini zəhmət çək özün çək, çəkirəm.

Hərə bir məssəbə qulluq eləyir mən də belə,
Seçmişəm dərd avarın çəkməyi məslək, çəkirəm.

Qoy görüb halımı, tən eyləməsinlər, Yasin,
Mənə xoşdur bu müsibətləri çəkmək, çəkirəm. Ardı »

Qezeller" Xəzərim " qəzəli

Müctəssi-müsəmməni-məxbuni-məhzuf (əbtər)
MəfA'ilün fə'ilAtün məfA'ilün fə'ilün (fə'lün)


Nə coşmusan, sənə kim verdi bəd xəbər, Xəzərim,
Cilovla hirsini səbrinlə bir təhər, Xəzərim.

Günəş açıb gözünü, gərnəşir, baxıb özünə,
Səninlə güzgülənir hər səhər-səhər, Xəzərim.

Sən Allah, üz çevirib Aydan inciyib eləmə,
Bu axşam az yuyunub tez çıxıb gedər, Xəzərim.

Utandığından üfüqlər qızardı, gün batdı,
Yanaqlarında görüb axşamüstü zər, Xəzərim.

Üzün-güzün yuyur hər gün suyunda sahillər,
Dilinlə çək hara dəydinsə bir əsər, Xəzərim.

Səninlə söhbətə Yasin gələr, bu gün də gələr,
Darıxma gözlə onu, gözlə bir qədər, Xəzərim. Ardı »

Qezeller"O gün olsun ki, səni məclisi-səhbadə görüm"

O gün olsun ki, səni məclisi-səhbadə görüm,
Gənə dəstində qədəh, meylüvi minadə görüm.

O gün olsun ki, səri-kuyivə, düşsün güzərim,
Özümü izzət ilə cənnəti-məvadə görüm.

Gecə baxmaq nə qədər ayinəyə şum isə də,
Tək üzün ayinəsin zülfi-şəb-asadə görüm.

Bu təmənnadəyəm, ey gül ki, şəhidin mən olum,
Ölərəm qeyrini gər mən bu təmənnadə görüm.

Səndən ötrü nə qəmim, düşsə başım qovğayə,
Təki mən sağ olum, öz başımı qovğadə görüm.

Hər kün əğyarə nəsib oldu cəmalın ey mah,
Olmadı bir gecə kim, mən səni röyadə görüm.

Məqsədim, şəşəəyi-mahi cəmalındı sənin,
Xah məsciddə onu, xah kəlisadə görüm.

İki zülfün arasından görünə mehri-rüxün,
Genə ol Ardı »