Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qezellerİmadeddin Nesimi

Mərhaba, ey bəhri-zatın gövhəri-yekdanəsi,
Şəmi-vəhdətdir cəmalın kün-fəkan pərvanəsi
Ta əbəd hüsnün önündə səcdeyi-şükr eylərəm,
Ey cəmalın Kəbə, sənsən Küntə-kənzin xanəsi!
Hər ki qəvvas oldu bildi vəhdətin bəhrində kim:
Aləmin cismi sədəfdir, sənisən dürdanəsi.
Möminin Kəbə yeridir, kafirin bütxanələr,
Aşiqin dost eşigidir Kəbəvü bütxanəsi.
Buldu ləlindən Nəsimi nəfxeyi-ruhulqüdüs,
Ey Nəsiminin həyatı, canımın cananəsi.

* * * * * * * * * * * * * * * * * * * * * * *

Qaşın vəhyi bizə bürhan irişdi
Üzündə təvili-furqan irişdi.
Üzündə həq kitabı-vəhyi-mürsəl
Zəhi dövlət, sana həqdən irişdi.
Qaşınla kirpigin Turun dağında
Necə bir Museyi-İmran irişdi
Aşiq öz dərdinə çün Ardı »

Qezeller"Əfsus, heyf məndən o cananım ayrılır"

Əfsus, heyf məndən o cananım ayrılır,
Can mülkünü xərabə qoyub canım, ayrılır.

Müştaqi-ğəm görüb də məni gühkən kimi,
Şirindilü şəkərləbü xəndanım ayrılır.

Baği-məhəbbət içrə mənə qüssə tapşırıb,
Bir ala gözlü sərvi-xuramanım ayrılır.

Geysuyi-yarə, söylə səba, şanə dəyməsin,
Tel-tel düşəndə gül üzə, yüz canım ayrılır.

Qan ağlasın həmişə gərək qan olan könül,
Baki bəla əsiridi, soltanım, ayrılır.
Məşədi Əyyub Baki Ardı »

Qezeller" Gedir qoy getsin " qəzəli

Ey könül, tutma dilə yarı, gedir qoy getsin,
Unudub əhd ilə ilqarı, gedir qoy getsin.

Nə qədər sən də dedin, mən də dedim, xeyri nədir,
Tanımır evyıxan əğyarı, gedir qoy getsin.

Bir cavab gözləmə ondan bizə ümmid verəsi,
Səbəbin sorma, səni tarı, gedir qoy getsin.

Dolanırdıq biz onun başına pərvanə kimi,
Yandırır indi bu rəftarı, gedir qoy getsin.

Nə xəta eyləmişik ki, toxunub xatirinə,
Baxmayır indi bizə sarı, gedir qoy getsin.

Müşkül işdir dönə fikrindən o zalım balası,
Eyləmə boş yerə israrı, gedir qoy getsin.

Yasinin canına, ey dil, səni mən and verirəm,
Daha bezdirmə o dildarı, gedir qoy getsin. Ardı »

Qezeller" Eşqə düşüb fikri-vüsal çəkginən " qəzəli

Eşqə düşüb fikri-vüsal çəkginən
Ömrü boyu dərdü məlal çəkginən.

Səbr ilə həsrət dağını parçala,
Vəsl yolun gözlərə sal çəkginən.

Etmə şikayət zamanım yox deyə,
Çəkməyə tap dərdi macal, çəkginən.

Düşməsin incik deyə qəm, başına
Gündə nəvazişlə sığal çəkginən.

Yar sənə qəm versə, nə qəm, qəm yemə,
Qəm yükünü çiyninə al, çəkginən.

Sirri-ləbin sorma cəvab, yoxdu, yox,
Qarşısına rəsmi-sual çəkginən.

Düşsə əgər hardasa qəm söhbəti,
Yasini fəxr ilə misal çəkginən. Ardı »

QezellerItkin gelin

Ölüm bu dünyanın o üzündədi,
Bu üzü dünyanın güldü, çiçəkdi.
Ölməzlik məhəbbət zirvəsindədi,
Məhəbbət əbədi ömür deməkdi.
Sızlama ürəyim, sən dözümlü ol,
Bu dünya həm acı, həm də şirindi.
Bir gözlə sən ağla, bir gözünlə gül,
Bu dünya əzabına dözənlərindi...
Hicranın yolları bitməz, tükənməz,
Vüsal yollarına qar ələnibdir.
Ömrünü eşqinə qurban deyən kəs,
Xəyanət əliylə güllələnibdir.. . Ardı »

Qezeller"Baxmaq istər gözüm ey sevgili afət,gözünə"

Baxmaq istər gözüm ey sevgili afət,gözünə,
Lütf qıl,qoyma qalım bircə an həsrət gözünə.

Xoş nigahınla əcəb könlümü məndən aldın,
Öyrədib kim gözəlim,etməyi qarət gözünə.

Can alır işvəvü naz ilə sənin hər baxışın,
Yoxdu ta məndə nəzər etməyə taqət gözünə.

Qorxuram sən baxasan,ya da baxa özgə sənə,
Çıxar ol dəmdə gözüm,çıxma cəmaət gözünə.

Nə səbəb var,yenə də gözlərin əğyarə baxır,
De bilim,eyləmişəm bəlkə xəyanət gözünə.

Gəl məni tərk eləyib salma qəmi-hicranə,
Bəsləyir qəmli könül mehrü məhəbbət gözünə.

İntizar üzdü Qəvimini dəmadəm ey yar,
Çarə yox,çünki edib baxmağa adət gözünə. Ardı »

Qezeller"Eşq bir bəhrdir kənarəsi yox"

Eşq bir bəhrdir kənarəsi yox,
Tərki-candan səvayi çarəsi yox.

Dudi-ahim dərunədən çəksəm,
Asimanın olur sitarəsi yox.

Qəmi-əyyam dildədir məktub,
Bibəsərlər deyir ki, qarəsi yox.

Nalədən nalə döndü qaməti-rast,
Söylər, əmma ki, xəlq əmarəsi yox.

Dodui, fal əgər deyil niku,
Səndə ixlasü istixarəsi yox.
İbrahimxəlil Dodun Ardı »

QezellerBİZİ

Əvvəlindən salan olsaydı əgər başə bizi,
Cəhlimiz salmaz idi, məncə, dağa-daşə bizi.

Azacıq elmimiz olsaydı əgər əsrə görə,
Boyun əydirməz idi qonşuya, yoldaşə bizi.

Nə hünər var, nə biligimiz, nə də bir dövlət ü mal,
İtə atsan da yeməz, hiss eləməz laşə bizi.

Şübhəsizdir tüpürər surət-i idbarımıza,
Göstərə olsa bu sima ilə nəqqaşə bizi.

Üzü dönsün görüm ol ağuya dönmüş çörəyin,
Yaxşı möhtac elədi fahişəyə, oğraşə bizi. Ardı »