Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli HekayelerMaraqlı sevgi

Oğlan:Evə çatan kimi xəbər ele canım
Qız: Yaxşı.
Aradan 10 deqiqə keçir. qıza zeng gəlir. Bu sevdiyi oğlanın nömrəsi idi...
Qız: Alo canım hele yoldayam...
+Bağışlayın,bu nömrənin sahibi qəzaya uğrayıb.
Qız: yox ola bilməz
+Gəlin özünüz baxın.
Qız gedır xestexanaya tibb bacısı ona sevgilisinn öldüyünü söylƏyir
30 deqiqe evvel əl ələ gəzdiyi oğlan indi yox idi.
Qızı morqa aparirlar cesedin doğurdanda bu oğlan olub olmadığını yoxlamaq üçün... qız dua edir ki ağ kəfənin altındakı sevgilisi olmasin. Cesədi açır... Və əlində qızıl gül olan sevgilisini görür. Oğlan gülümsəyərək deyir MƏNİMLƏ EVLƏNƏRSƏN???
BU DA SON Ardı »

Maraqli Hekayelerİki xəstə

İki çarpayı və həyatla ölüm arasında mübarizə aparan iki xəstə.
Çarpayılardan biri pəncərənin qarşısında,o biri isə divarın dibindədir.
Pəncərə qarşısında yatan xəstə səhərdən axşama qədər bayıra baxaraq gördükləini divarın dibində yatan
yoldaşına danışır:
"Bu gün dəniz dünənkindən daha sakitdir.Külək də dünənki kimi əsmir.Dənizdə üzən ağ yelkənlər sanki su sonalarıdır.Park?!paxıl qonşu elə bilirdi palata yoldaşı belə bir pəncərədən baxır
Parkda hələ ki,heç kim yoxdur.Yelləncəklər də boşdur.Budur,keçən həftəki sevgililər gəldilər.Əl-ələ tutublar.Skamyalardan birində əyləşdilər.Gözlərini bir-birindən çəkmirlər.Oğlan pıçıltı ilə qıza nəsə danışır.Nə qədər də bir-birilərinə yaraşırlar.Kaş ki,öz gözlərinlə görəydin.
Qızılgüllər sanki,bu gün bayram edirlər.Elə açıblar ki,hər tərəf qırmızı rəngə boyanıb.Alça ağacları da gəlin kimi başdan-ayağa ağa bürünüblər. İndi də parkın Ardı »

Maraqli HekayelerÇəhrayı zolaqlı varlıq (1-ci bölüm)

Çəhrayı zolaqlı varlıq (1-ci bölüm)

(DEBÜT- YƏNİ İLK ADDIMLAR)
Üç aylıq tətil müddətimin demək olar ki, yarısından ço­xu­nu yatırdım. Sanki Bakıdakı təhsil həyatımın mənim üçün ən acılı dəqiqələri sayılan, səhər saat yeddinin yarısı durmaq əziyyətinin acığını çıxmaq üçün yaranan fürsətdən istifadə edirdim. Bəzən isə gecədən açıq qoyduğum, otağımın o qə­dər də kiçik olmayan pən­cərəsindən səhərlər içəri dolan ay­lardır həsrətindən boğuldu­ğum təmiz kənd havasını ciyərlə­rimə çəkərək, gün işığı zenit nöqtədə qərarlaşıb, göz qapaq­larımı açılmağa məcbur edənə kimi yatağım­dan durmurdum. Hələ üstəlik yarpaqları güclə titrətməyi bacaran həzin səhər mehi ki, öz mövqeyini dağlardan götürüb, istiqamətini kəndi­mizin sıx meşəliyindən salaraq uca-qoca ağacların, hələ bəl­kə də indiyədək rastlaşmadığımız çiçəklərin və güllərin Ardı »

Maraqli HekayelerHər dəfə pensiyamı alanda

Hər dəfə pensiyamı alanda gedirəm 50 qəpiklik yem alıb gəlirəm bura, quşları yemləyirəm. Hər dəfə pensiyamı alanda gedirəm 50 qəpiklik yem alıb gəlirəm bura, quşları yemləyirəm. Demək olar ki, həftədə 3-4 dəfə bunları görürəm. Mənə çox doğmadılar: sanki mən uşaq baxçasında müəllim, onlar isə mənim uşaqlarım. Və göyərçinlər dən yeyəndə onları qoruyuram ki, kimsə quşların üstünə qaçıb onları uçurtmasın. Hərdən mənə sual verirlər ki, bəs ,ay nənə, çörək pulunu necə çatdırırsan? Mənim bir cavabım olur: "Hər bir insan 40-50 köpük xərcləməklə nə varlı, nə də ki, kasıb olur". Məni yaşadan bu quşlardır... Ardı »

Maraqli HekayelerAçmayan Çiçəyimsən

ümit həyat ne oldu
Yoxsa durub lal oldu
Həyatimda Çiçekler
Qaralib qorxu oldu

Ölüm deyil Zülümdü
Heyat deyil yalandir
Bu sevgini bitirdin
Mənə ölüm yetirdin

Dogmayan günəşimsən
Açmayan çiçəyimsən
Yalanlı gerçeyimsen
Sevincli kederimsən

Mən həyatim boyunca
aglamisam gülmüşəm
Səninle bi bahemde
Şen sevin qatdin gunumde

İndi aci kesilmir
Bu urek daha seecilmir
Unut getsin yalandir
Heyat yalan dolandir..............::::::::::::::: Ardı »

Maraqli Hekayelerİnsanın ölüm anında ən çox peşman olduğu məqamlar

İnsanların ölüm döşəyindəykən ən çox dostları və əlindən çıxanlar üçün peşman olduğu bildirilir. Bronnie Vare, «The Top Five Regrets of the Dying — A Life Transformed by the Dearly Departing» adlı kitabında ölüm yatağında insanların ən çox peşman olduğu şeyin digər insanlarla əlaqələrindəki səhlənkarlıq olduğunu bildirib.

İnsanlar ölümlə üz-üzə gəldikdə çox əhəmiyyətli dəyişikliklər keçirir. Vare, xəstələrinin ölümlə üzləşdiyi zaman inkar, qorxu, hirs, peşmançılıq və.s mərhələlərdən keçdiyini söyləyib.

Xəstələrindən ən çox nə üçün peşman olduqlarını soruşan Vare, aldığı cavabları beş başlıq altında cəmləşdirib:

1. «Kaş ki başqalarının məndən gözlədiyi həyatı davam etdirmək əvəzinə xəyallarımı gerçəkləşdirmək cəsarətim olaydı.»

Müəllif bildirir ki, insanların əksəriyyəti ömürlərinin son anında Ardı »

Maraqli Hekayeler"Moonlight" sonatası

Bir gün Bethoven dostu ilə birlikdə Vyana küçələrində gəzməkdə idi. Tam bu sırada bir mənzildən piano səsi gəldiyini eşidir və başını qaldırıb baxır.
Mənzilin II mərtəbəsində şüşə açıqdır və səs oradan gəlməkdədir. Dostuna çalan adamın möhtəşəm çaldığını və onu görmək istədiyini söyləyir.
İkisi birlikdə II mərtəbəyə çıxıb qapını döyürlər. Qapını açan qadın Bethoveni dərhal tanıyır və şok olur. Bethoven piano səsinə gəldiyini və şübhəsiz çalan adamı görmək istədiyini söyləyir. Qadın pianonu çalanın qızı olduğunu söyləyir və onları içəri dəvət edir. Büthoven qızın olduğu otağa girir. Anası qızına Bethovenin gəldiyini söyləyir və qız çox həyəcanlanır, dərhal ayağa qalxır. Lakin qız kordur. Bunu görən Bethoven:"Lütfən, Ardı »

Maraqli HekayelerHeyrətamiz cavab

Uimbildonun-un ilk əfsanəvi zənci çempionu Artur Aşe ölümcül bir xəstəliyə tutulmuşdu. Bir gün onu sevənlərdən biri soruşdu:

-"ALLAH belə bir xəstəlik üçün niyə məhz sizi seçdi?"

Artur Aşe

Artur Aşe cavab verdi:

-"Bütün dünyada 50 milyon uşaq tennis oynamağı öyrənir. 500 mini peşakar tennisçi olur. 50 mini yarışlarda iştirak edir. 5 mini böyük turnirlərə vəsiqə alır, 50-si Uimbldona qədər gedib çatır, 4-ü yarımfinala, 2-si finala qədər yüksəlir...
Əlimdə çempionluq kubokunu tutanda (yaxşı günümdə) Allahdan “niyə məhz mən?” deyə soruşmadım, bu gün ağrılar içində qıvrıldığım bir vaxtda (pis günümdə) necə soruşa bilərəm?" Ardı »