Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli Hekayeler"Təmizlik"

bir gün bir ağ kağız öz-özünə: «Bu günə qədər təmiz oldum və bundan sonra da təmiz olaraq qalacağam. Qaralmaqdan, ya da kirlənməkdənsə, ağ qalmağı üstün tuturam» — dedi. Mürəkkəb kağızın bu sözlərini eşitdi və ürəyində ona güldü. Ancaq kağıza yaxınlaşmağa da cəsarət etmədi. Rəngbərəng qələmlər də kağızın bu sözlərini eşitdilər, ancaq ona yaxınlaşa bilmədilər. Və ağ kağız ömrünün sonuna qədər təmiz qaldı. Həm təmiz, həm də boş...white paper Ardı »

Maraqli HekayelerSənə izah edə bilmədiyim duyğularım (1-ci bölüm)

Sənə izah edə bilmədiyim duyğularım (1-ci bölüm)

(Real-fantaziya, 50-50)
Dramatik səhnələri özündə canlandıran, heç də hekayələrdəki ssenarilərdən geri qalmayan bu əhvalat şərqdə-qərbdə yox, ölkəmizdə baş verib.

1-Cİ BÖLÜM
Günortadan bir xeyli keçirdi. Açaarı qıfıla salıb burdu. Qapını açıb içəri girdi. Plaşı əynindən çıxardıb asılqandan asdı. Güzgüdə özünə tamaşa etdi. Gözəl idi. Həm də çox gözəl. Qarşısıalınmaz cazibəyə malik gözəl.
Yataq otağına keçib çarpayıda əyləşdi. Dikdaban ayaqqabılarından azad olub ayağa qalxdı. Geyimlərini çıxartmağa başladı. Xalatla qəftəni əlinə alıb vanna otağına doğrulandı.İsti duş qəbulu. Gecənin yorğuluğu axıb gedirdi. Gözləri qapanmış durumda bədənini sabunlayırdı.
Əynində xalat, başında qəftə, ayaqlarında ev ayaqqabısı ilə mətbəxə keçərək elektrik çaydanla çayniki işə qoşdu. Soyuducunun qapağından acı şokolad parçasını götürdü.
Zala daxil Ardı »

Maraqli HekayelerBaki....

Bakıya toxundum… əsdi ürəyim,
Toxunmaz olaydım Bakı dəyişib.
Geyinib əyninə dekolte geyim,
Burnu kiçilibdir, dodağı şişib…

Burdan milyardlarla qonaq ötürüb,
Indi öz-özünə qonaq, şəhərim.
Röyadan düzəlmə burun götürüb,
Aygündən silikon dodaq, şəhərim.
Qalıb bir sümükdə, bir də dəridə
Tarix küçə-küçə, ev-ev sürünür.
Izzətlə, Xosenin şəkilləri də
Bakıda Bakıdan böyük görünür.

Açıb yarıyacan öz sinəsini,
Biabır eləyib məni bu şəhər.
Kəsib, qayçılayıb gödəkçəsini
Geyinib əyninə mini bu şəhər.

Nədir səni belə qəfil dəyişən,
De, görüb tufanmı qopub içində ?
Sən ki, qocaldıqca lap gözəllləşən,
Gözəl bir qadınsan şəhər cildində…

Götür bu dəsmalı sil o boyanı,
Səndən olmayana daha qoyma qol.
Tulla geyindiyin o dikdabanı,
Bir az balaca ol amma Bakı ol.

Hər küçən ,hər evin qürbət kimidir
Hüznün, yalqızlığın paytaxtı şəhər.
Bəlkə də Bakı bir qədim Ardı »

Maraqli Hekayeler"Ququnun Hediyyesi " Romanindan "ÖZÜMÜZ"

ÖZÜMÜZ...









Qaranlıqda səssizcə uzanmışdı ikisi də.Bir az susduqdan sonra dilləndi:


-Kam,yatmısan?


-Yox-deyə Kamilə həvəssiz dilləndi.Səsində yorğun,bezgin ahəng vardı.


-Mənə özündən danış da.


-Özümdən?


-Aha.


-Özümü tanımırsan?Adım Kamilə,21yaşım var,səninlə otaq yoldaşıyam...


-Ee elə yox!


-Hmm?Necə bəs?


-Özündən də.Uşaqlığından,biz rastlaşana qədər keçirdiyin günlərdən,xatirələrdən.Kənd xatirlərindən-bir az susub əlavə etdi:Mənimçün həmişə maraqlı olub,həsəd aparmışam kənddə böyüyən uşaqlara.


-Eləmi?


-Hə.Çox maraqlı olur,düzdü?


-Nəyi maraqlı olur?


-Kəndin də..Kənddə yaşamaq.Kəndin adamları mehriban olur,qayğıkeş olur,kömək göstərməyə xəsislik etmir,yardım sevən olurlar.Ümumiyyətlə kənd yaxşıdır.Danış da mənə biraz kənddə keçən günlərindən


-Xatırlamıram heçnə.Nə danışım?-elə laqeyd cavab verirdi sanki,burda gedən söhbətin özünə qətiyyən dəxlisi yox idi.


-Ola bilməzki,heç nə xatırlamayasan


-Ru,yat!


-Ee!paxıl olma!


Kamilə dikəldi azca:


-Əminsən ki qulaq asmaq istəyirsən mənim kəndimlə bağlı xatirələrimə?


-Hə!


-Yaxşı danışacam amma sırf sənin"kəndlilər yardım sevən Ardı »

Maraqli HekayelerBorclu qulların duası

Bir vəzir yoxsullara, ehtiyacı olanlara dövlət xəzinəsindən borc pul verir, borc alanlar “Borcumuzu nə vaxt qaytaracağıq?” — deyə soruşanda “Padşahımız öləndə qaytararsınız”, — deyə cavab verirdi.

Bunu eşidən bir nəfər tez padşahın yanına gedir və deyir: “Qibleyi-aləm, sizin vəziriniz xəzinədən ehtiyacı olanlara borc pul verir, özü də “Padşahımız öləndə qaytararsınız”, — deyir. Deməli niyyəti pisdir ki, sizin tezliklə ölməyinizi istəyir”.
Bunu eşidən padşah vəzirindən inciyir. Ancaq yenə də onu hüzuruna çağırıb, deyilənlərin doğru olub-olmadığını öyrənmək istəyir.

Vəziyyətin nə yerdə olduğunu anlayan vəzir padşahın ürəyini yumşaldan bu sözləri deyir: “Padşahım, deyilənlər doğrudur. Mən xəzinədən ehtiyacı olanlara borc pul verir, sonra da Ardı »

Maraqli Hekayelerananin goz yawi

Bir zamanlar bir qız bir oğlanı
sevir.
İller keçir qız bu oğlanla aile
qurur. Bir gün bedbext hadise
neticesinde qız dünyasını deyişir.
Qız o biri dünyaya gelib düşür,
burada o böyük bir göle rast
gelir.
Gölün yanından keçende orda
nurani bir qocanı görür ona
yaxınlaşır.
Bu gölün adının ne olduğunu
qocadan soruşur, qoca ise
cavabında
bilmediyini deyir. Qız düşür yola
başlayır gezmeye.
İller keçir qızın hemin gölün
yanından yolu bir daha düşür.
Gölün
suyunun azaldığını görür.
Bu vaxtı hemin nurani qocanı
yene orda görür. Qocadan bir
daha bu
göl haqda soruşur, qoca
cavabında bilmediyini deyir.
Qız yene hemenki öz yoluna
davam edir.
Bir neçe ilden sonra yene gelir,
bu defe gölün suyunun 1 ovuc
suyu
qeder olduğunu görür.
Yaxınlaşır qocaya, onu mecbur
edir ki, bu göl haqqında ona
danışsın.
Qoca başlayır ehvalatı qıza
danışmağa.
Deyir: " Bir Ardı »

Maraqli HekayelerZavallı qızcığaz

O gün çox isti idi. Həmişəkindən də isti. Göydən od yağırdı sanki...
Bir kişi və bir qız uşağı... Qızcığazın iki yaşı olar bəlkə də. Bəlkə də heç olmaz. Bütün uşaqlar kimi şirindir o da...
Bir məchulluğa doğru gedirdilər. Atası dartır əllərindən tez-tez. Ağrıyır əlləri. Ürkək baxışlarla atasına baxır. Görəsən günahı nədir? Atası onu hara aparır?
Axşam anası çox ağlamışdı, niyə görəsən? Hər dəfə hıçqırıq səsinə oyananda anası ona şəfqətlə baxıb oxşamışdı yaşlı gözləri ilə...
Kim bilir, nə baş verirdi? Halbuki " bazara gedirik " deyə çıxmışdılar evdən. Anası ağlayır, atası isə qəzəblənirdi. Bu cür də bazara getmək olmaz ki?...
Getdilər, getdilər. Nəhayət, kimsəsiz bir yerə çatdılar. Ardı »

Maraqli HekayelerSöyüdlü Arx... 11-ci Bölüm

Ve men oturub ona bele bir mektub yazdim.
" Oz boyuk sirrinizi mene acdiginiz ucun, mene biqeder etibar gosterdiyiniz ucun size tewkkurum edirem. Siz bir dost kimi menden soruwursuz: " Ne etmeliyem?" Men de azca heyat tecrubemi komeye cagiraraq size cavab yaziram: men sizin aile heyatiniz haqqda bawqalarindan da ewitmiwdim. Bu elbette arzuolunmaz haldi. Ancaq siz bunun ucun arvadinizi teqsirlendirmeyin. Cunki, o sizi hedsiz derecede sevir. Ozunuz etiraf edirsiniz ki, siz de onu xowlayaraq, isteyerek evlenmisiz! bundan bawqa sizin o cur oglunuz var! xowbextliyiniz ilk meyvesini vermiwdir! Dozun, cunki, o anadir. Siz oz sebrinizle ananin qelbindeki wubheleri Ardı »