Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ToxuculuqXantirmə xalçası

Xantirmə xalçası – Qarabağ tipinə aid olan xovlu xalça.Mündəricat [gizlə]
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətləri
4 Mənbə
5 Xarici keçidlər

[redaktə]
Ümumi məlumat

Qarabağ tipinə aid olan "Xantirmə" xalçalarının əsas istehsal mərkəzləri Bərdə, Ağcabədi, Tərtər, o cümlədən, Dağlıq Qarabağda Hadrut, Qarabulaq, Köhnə Tağlar və başqalarıdır. Bu xalçaların əsas kompozisiyası mənşəyinə görə, hind tirməsinə bənzəyir. Əvvəllər, məlum olduğu kimi, xanların və aristokratların rəsmi səfərlər, mərasimlər və təntənəli görüşlər üçün libasları tirmədən hazırlanardı. Burdan da xalçanın adı əmələ gəlmişdir: "xan" və "tirmə".
[redaktə]
Bədii analiz

"Xantirmə"nin orta sahəsinin kompozisiyasını şaquli olaraq yerləşmiş enli və nazik zolaqlar təşkil edir. Enli zolaqların bəzəyi buta və "ilanqac" formalı bükülən budaqlardır. Nazik Ardı »

ToxuculuqGəncə xalçaları

Gəncə xalçaları – Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu xalçalar.Mündəricat [gizlə]
1 Ümumi məlumat
2 Xalça naxışlarında fərqləndirici cəhətlər
3 Şəkillər
4 İstinadlar
5 Xarici keçidlər

[redaktə]
Ümumi məlumat

Gəncə şəhəri əsrlər boyu yüksək keyfiyyətli xalçaların hazınlandığı məkan kimi tanınır. Gəncə xalçaçılıq məktəbi ətraf rayonların xalçaçılıq sənətinə, xüsusən Qazax, Tovuz, Göycə, Zəngəzur ərazilərində xalçaçılıq sənətinə böyük təsir göstərmişdir. Gəncə xalçaları müxtəlif formatda olurlar. Əsas xarakterik cəhəti çox da böyük olmayan uzunsov formaya malik olmasıdır. İlmələrin sıxlığı: hər kvadrat desimetrdə 35x35 ilmədən 40x40 ilməyə qədər yerləşir. (hər bir kvadrat metrdə 120 min ilmədən 160 min ilməyə qədər). Xovun hündürlüyü 6-8 mm-dir.[1]
[redaktə]
Xalça naxışlarında fərqləndirici cəhətlər

Gəncə xalçaları təkcə Ardı »

ToxuculuqPalaz

Palaz – xovsuz xalçaların ən geniş yayılmış növlərindəndir.

Azərbaycanda palazları hətta xalçaçılıq məntəqə və müəssisələrinin olmadığı ərazilərdə belə, toxunur. Ancaq Qarabağda istehsal olunan palazlar Şirvan və Təbriz palazlarından kobud olur.Mündəricat [gizlə]
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Həmçinin bax
5 Mənbə
6 Xarici keçidlər

[redaktə]
Ümumi məlumat

Azərbaycanda xovsuz xalça texnikasının ən yayılmış növüdür. O demək olar ki, Azərbaycanın bütün ənənəvi toxuculuq mərkəzlərində istehsal olunurdu. Palazın istehsalında həm yun, həm də pambıq iplərdən istifadə edilir. lakin yazılı mənbələr göstərir ki, Azərbaycanda əvvəllər ipəkdən hazırlanmış palazlar da toxunurdu. Palazın toxunma texnikası saya və ya tünd rəngli əriş iplərin arasından müxtəlif çalarlı arğac iplərinin ensiz zolaqlar şəklində Ardı »

ToxuculuqUçan xalça

Uçan xalça — fantastik hava nəqliyyatı vasitəsi.Mündəricat [gizlə]
1 Tarixi
2 "Uçan xalça"nın bu günü
3 Uçan xalça dünya mədəniyyətində
4 İstinadlar

[redaktə]
Tarixi

Dünya nağılları içində sehrli nağıllara daha çox önə verilir. İnsanların mifik təsəvvürləri əks olunan sehrli nağıllarda sehrli qüvvələr – uçan xalça, sehirli güzgü, sehrli tütək, sehrli papaq, sehrli çıraq, divlər, yeddibaşlı əjdahalar, əfsanəvi quşlar və s. iştirak edirlər. Hərçənd bu ideyaya Yaxın Şərq ədəbiyyatında, həmçinin Azərbaycan şifahi xalq ədəbiyyatında daha çox rast gəlmək olur.
[redaktə]
"Uçan xalça"nın bu günü

Dünya nağıllarındakı uçan xalça gerçəkləşə bilər. Prinston Universitetinin alimləri tərəfindən plastik materialdan hazırlanmış "sehrli xalça" sınaqdan keçirilib. ABŞ-ın Prinston Universitetində bu istiqamətdə tədqiqat aparılır. Aspirant Noa Ardı »

ToxuculuqAzərbaycan Xalçası Muzeyi (Naxçıvan)

"Azərbaycan Xalçası" Muzeyi — Naxçıvan şəhərində muzey.

1998-ci ilin aprelində Naxçıvan xalça muzeyi kimi təşkil olunmuş muzey az sonra "Azərbaycan Xalçası" Naxçıvan Muxtar Respublikası Dövlət Muzeyi adlandırılmışdır. Naxçıvan şəhərində 200 illik tarixə malik "Xan evində" yerləşir. Burada bütün xalça növlərinin (xovlu və xovsuz kilim, sumax, vərni, şəddə, palaz, cecim və.s.) və xalça məmulatlarının (məfrəş, heybə, çanta, torba, xurcun, örkən və.s.) nümunələri nümayiş etdirilir. Muzeydə Gəncə-Qazax, Quba-Şirvan, Qarabağ, Təbriz-Naxçıvan xalçaçılıq məktəblərinə məxsus XVIII-XIX əsrlərə aid xalça nümunələri saxlanılır. Çeşnilərinə görə "Qollu çiçi" "Pirəbədil", "Alpan", "Qədim əfşan", "Ovçuluq", "Zili", "Köhnə buta", "Naxçıvan", "Qasımuşağı", və s. yanaşı, süjetli xalçalar əhəmiyyətli yer tutur.

Muzeydə məişət əşyaları - Ardı »

ToxuculuqAvşar xalçaları

Avşar xalçaları əsasən Urmiya ətrafında toxunur. Avşarların iqtisadi yaşamında qoyunçuluq təsərrüfatı ilə bağlı olan toxuculuq sahəsi də önəmli yеr tuturdu. Onların toxuculuq məhsullarından кilim, cеcim, кеçə, çadır, çuval, məfrəş, xurcun, hor, hеybə və sairə еl-еlat arasında yüкsəк dəyərləndirilirdi. Avşar еlinin bin tutub, buta bağladığı yеrlərdə «Avşar» adlı xalça toxunurdu. Avşar xalçaları bütün Şərq кöçərilərinin istеhsal еtdiкləri xalçalar arasında ən кеfiyyətlisi və zərifi hеsab olunurdu. Tehranda çıxan «Bərrəsi-yе sənət-е fərş dər Iran» nəşrinin vеrdiyi bilgiyə görə, Urmiyada istеhsal еdilən xalça növləri içərisində «Avşar» və yaxud «Əfşari» adlı xalçalar daha gözəl, daha кеyfiyyətli idi. «Avşar» xalçalarının alıcısı çox olduğundan sonralar bеlə xalıların istеhsalı Ardı »

ToxuculuqBuynuz xalçası

Buynuz xalçası – Qarabağ xalçaçılıq məktəbinə aid olan xovlu xalça.Mündəricat [gizlə]
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Həmçinin bax
5 Mənbə
6 Xarici keçidlər

[redaktə]
Ümumi məlumat

"Buynuz xalçaları" "Qarabağ" tipinə daxildir. Onlar Dağlıq Qarabağın müxtəlif xalçaçılıq məntəqələrində hazırlanırdı. Etibarlı mənbələrdən məlumdur ki, onun əsas istehsal mərkəzləri Horadiz və Füzuli rayonunun digər xalçaçılıq məntəqələri idi. XIX əsrdə Gəncənin xalçaçılıq müəssisələrinə daxil olan "Buynuz xalçaları" yerli xalçaların texniki xüsusiyyətlərini ehtiva edərək onlarla assimlyasiyaya uğramışdır. Gəncədə inkişaf edərək "Buynuz xalçaları" "Tapança", "Gəncə" və s. adlarını daşımışdır.
[redaktə]
Bədii analiz

Qədim zamanlarda Mərkəzi Asiyada, Yaxın Şərqdə, o cümlədən, Azərbaycanda buynuzlu heyvanlar müqəddəs hesab edilirdi. Əvvəlcə, təsərrüfatla, məhsul yığımı ilə, daha Ardı »

ToxuculuqXalı

Fındığan xalçasıAzərbaycan Xalçaları
Xalı

Xalça Haqqında Məlumat
Məktəbi:Azərbaycan xalçaçılıq məktəbləri
Növü:Xovlu xalça
Ölkə:Azərbaycan
Toxunması Haqqında Məlumat
Digər Məlumatlar


Xalı — ənənəvi xalça məmulatlarının ölçü etibarilə ən böyük növü olub[1], çox vaxt dəst halında toxunur.

Xalılar əsasən, evin döşəməsinə salındığından xalının boyu otağın ölçüsünə müvafiq olaraq, 4,5 arşından 6, bəzən isə 7 arşına çatırdı. Xalı adətən, dəst halında işləndiyindən o, "miyanə xalılar", yaxud "ortalıq xalılar" adlanmaqla, 2 arşın enində toxunurdu.[2]

Bu gün dilimizdə xalı kimi işlənən söz vaxtı ilə dilimizdə və bütün türkdilli xalqların dilində xali, qali və yaxud da qalı formasında rast gəlinir. Böyük xovlu xalçalar Ərəb əlifbalı türk ədəbiyyatında "qalı" kimi yazılmış, müəyyən zaman ərzində "xalı" formasını almışdır. "Qalı" sözü Ardı »