Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ToxuculuqKəmərli xalçaları

Kəmərli xalçaları - Azərbaycan xalçaçılıq məktəblərindən olan Qazax xalçaçılıq məktəbinin Qazax qrupuna aid olan xovlu xalça növü.Mündəricat [gizlə]
1 İstehsalı
2 Bədii xüsusiyyətləri
3 Texniki xüsusiyyətləri
4 Mənbə
5 Həmçinin bax

[redaktə]
İstehsalı

"Kəmərli xalçaları" öz adını Qazax şəhərindən 38 km şimal-qərbdə yerləşən Kəmərli kəndinin adından almışdır. Kənd Qazax rayonunun Qaymaqlı, Şıxlı, Salahlı kimi tanınmış xalçaçılıq məntəqələrinin arasında yerləşir. Kəmərli, hər şeydən əvvəl, xovsuz xalçaların ("zili") və məişət əşyalarının (çul, xurcun və s.) istehsal mərkəzidir. "Kəmərli" xalçaları təkcə Kəmərli kəndində deyil, Ermənistan Respublikasının və Gürcüstan Respublikasının Kəmərli kəndinə yaxın olan eyni adlı xalçaçılq məntəqələrində də istehsal olunmuşdur.
[redaktə]
Bədii xüsusiyyətləri

"Kəmərli xalçaları"nın bədii xüsusiyyətləri "Qaçağan xalçaları"nda olduğu kimidir. Yeganə fərq Ardı »

ToxuculuqQaraçöp xalçası

Qaraçöp xalçaları – Gəncə xalçaçılıq məktəbinin Qazax qrupuna daxil olan xovlu xalçalar.Mündəricat [gizlə]
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Mənbə
5 Xarici keçidlər

[redaktə]
Ümumi məlumat

"Qaraçöp xalçaları"nın adı müasir Gürcüstan Respublikasının ərazisində, Qazax rayonundan 20 km şimal-qərbdə yerləşən eyni adlı Qaraçöp toponimilə bağlıdır. Etnik azərbaycanlıların məskunlaşdığı keçmiş Muğanlı rayonunda yerləşən Muğanlı, Ləmbəli, Tüllər, Qəmbəli, Düzəqrəm kəndləri ümumilikdə "Qaraçöp" adı ilə tanınırdı. Qazax xalçaçılıq məktəbi Borçalı xalçaçılıq zonasını özündə birləşirməklə yanaşı Ləmbəli, Muğanlı və Tüllər kəndləri məktəbin əsas mərkəzlərindən sayılırdı. Burada toxunan xalçalar ümumi "Qarabirçək" adı ilə daha çox tanınırdı.
[redaktə]
Bədii analiz

XIX əsrə aid Qaraçöp xalçası

"Qaraçöp xalçaları"nın orta sahəsini dövrələyən köbə haşiyələri Ardı »

ToxuculuqCecim

Cecim – xovsuz xalçalar növünə aid olan xalça. Cecim toxuculuğu qadın əməyi tətbiq edilən ev sənətlərinin ən arxaik növlərindən biridir.Mündəricat [gizlə]
1 Ümumi məlumat
2 Bədi analiz
3 Texniki xüsusiyyətlər
4 Mənbə
5 Xarici keçidlər

[redaktə]
Ümumi məlumat

Cecimlər eni 30-35 sm, uzunluğu 15-20 metr olan ensiz üfüqi zolaqlara iplik dəzgahın üzərində tikilir. Bu zaman divar xalçası, yataq örtükləri, pərdə qismində istifadə olunan parça alınır. Cecimlərin eni toxucunun ayaqları arasındakı məsafənin eninə bərabər olur, belə ki, parçanın hazırlanması zamanı cecimin eni onun onun ayaqları arasından keçməlidir.

Cecimlərin ornament dekoru müxtəlif və zəngindir. Cecimi bəzəyən müxtəlif şaquli zolaqlar qeyri-adi effektiv, parlaq və dekorativdir. Əksər hallarda toxucular zolaqları məişət əşyalarının Ardı »

ToxuculuqLəmbəran xalçası

Ləmbəran xalçası – Qarabağ xalçaçılıq məktəbinin yüksək keyfiyyətli xovlu xaça növü.Mündəricat [gizlə]
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Həmçinin bax
5 Mənbə
6 Xarici keçidlər

[redaktə]
Ümumi məlumat

Bu xalçalar öz adını Bərdə şəhərindən 30 km şimal – şərqdə yerləşən Lənbəran qəsəbəsinin adından götürmüşdür. Hələ lap qədim zamanlarda Bərdə yüksək keyfiyyətli xovlu xalçaların toxunduğu yer kimi məşhur idi. Lənbəranda toxunmuş zililər, vərnilər, cecimlər yalnız bizim ölkədə deyil, həm də xaricdə muzey eksponatı hesab edilir. Sənətkarlıqda əvvəllər Xanqərvənd kəndi ilə rəqabət aparan Ləmbəran qəsəbəsində çoxlu çuvallar, xurcunlar, yun corablar və digər məişət məmulatları toxunardı. XIX əsrdə Lənbəranın ipək cecimləri və xüsusi sifarişlə hazırlanan ipək xalçaları Ardı »

ToxuculuqNaxçıvan xalçası

Naxçıvan xalçası – Qarabağ xalçaçılıq məktəbinə aid olan müxtəlif naxışlı, xovlu xalça növü.Mündəricat [gizlə]
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Mənbə
5 Xarici keçidlər

[redaktə]
Ümumi məlumat

Qarabağ xalçaçılıq məktəbinə aid olan "Naxçıvan xalçaları", başlıca olaraq, Naxçıvanın bütün xalçaçılıq məntəqələrində və o cümlədən, Şahbuzda, Kolanıda, Şərurda, habelə Culfa və Ordubadda istehsal olunur. Naxçıvan şəhəri – Azərbaycanın qədim şəhərlərindən biridir. O, Araz çayı boyunca Azərbaycanın cənubunda və İran Azərbaycanının şimalında yerləşir. Hələ IX – X əsrlərdə bu şəhər öz xalça və zililəri ilə məşhur idi, X – XII əsrlərdə isə, o, artıq bədii metal qablar istehsalının mərkəzi idi.
[redaktə]
Bədii analiz

Naxçıvanın xalçaçılıq məntəqələrində toxunan "Naxçıvan xalçaları" Ardı »

ToxuculuqUgah xalçaları

Ugah xalçaları - Azərbaycanın Quba-Şirvan xalçaçılıq mərkəzinin Quba qrupuna aid olan Ugah xalçaları qədim və zəngin tarixə malikdir.İstehsalı

"Ugah" xalçaları Qubadan 50km cənub - şərq istiqamətində yerləşən kəndin adını daşıyır. Qonşu kəndlərdə - Təkyə, Noxudlar, Hacı İskəndərli, Çarax və s.- bu ad altında hazırlanan xalçalar da məlumdur.
[redaktə]
Bədii xüsusiyyətləri

"Ugah" xalçasının ara sahəsinin kompozisiyası xalq arasında təhəng adlanan bitki mənşəli naxışların kiçik şəbəkəsindən ibarətdir. "Ugah" xalçasının köbə zolaqlarının mövzusu Azərbaycan dekorativ sənətinin müxtəlif sahələrində tətbiq olunan naxışlardan götürülmüşdür. Toxucular arasında "çiçəkli" adlanan orta haşiyəni Qarabağ xalçalarının ("Nəlbəkigül" və ya "Qoca") köbə naxışlarında da görmək olar. Bundan başqa, "Ugah" xalçasının xarakterik xüsusiyyəti kiçik haşiyə olub, Ardı »

ToxuculuqYer hanası

Yer hanası (toxucu dəzgah[1]) — üfüqi istiqamətdə, torpağa və ya döşəməyə uzadılan, parça, xalça və xalça məmulatları toxumaq üçün istifadə edilən sadə toxucu dəzgah.[2]

Qədim zamanlardan bizim günlərə qədər əllə toxunan məmulatlar hana adlanan sadə dəzgahlarda toxuyurdular. Hana, paralel və əks tərəfləri olan dördbucaqlı şəklində toxucu dəzgahdır. Hananın ikinövü mövcuddur; yer hanası və divar hanası. İlk öncə yer hanası meydana gəlmişdir. Yer hanası aşağıdakı əsas hissələrdən ibarət olur:

1. "Qılınc" adlanan zərbə aləti.
2. Köndələn dolağac (2 ədəd).
3. Dirək (mıxça) (4 ədəd).
4. Vərəngəlan (1 ədəd).
5. Küjü (kücü) ağacı (1 ədəd).
6. "Çatma" adlanan qollar (3 ədəd).
7. Asma iplər (2 Ardı »

ToxuculuqMuğan xalçası

Muğan – müxtəlif format və müxtəlif proporsiyalara malik xovlu xalça.Mündəricat [gizlə]
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətləri
4 Həmçinin bax
5 Mənbə
6 Xarici keçidlər

[redaktə]
Ümumi məlumat

Ərazi baxımından "Muğan xalçaları" Şirvan xalçasıdır, lakin toxunma texnikasına görə onu Qarabağ xalçası hesab edirlər. Azərbaycanda təxminən 17 kənd Muğan adını daşıyır. Lakin bu xalçaların adı Azərbaycanın cənub–şərqində, Kür ilə Araz çayları arasında yerləşən böyük ərazinin adı ilə əlaqədardır. X əsrdə yazılmış "Hüdud–əl Əlyamin" əsərində qeyd edilirdi ki, Muğanda çoxlu sayda çuval və palazlar toxunur. Yaşlı xalçaçıların hekayələrindən belə anlaşılır ki, Muğan xalçaları Şirvan xalçalarına nisbətən daha yüksək keyfiyyətli hesab edilirdi. Yumşaqlıq, zəriflik, hamarlıq və rənglərin ahəngdarlığı Ardı »