Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ToxuculuqŞərq xalçaları

Tarixi

İnsanlar hələ qədim dövrlərdən xalça toxumağı bacarırdılar. Bizim günlərə qədər qorunub-saxlanmış ən qədim şərq xalçasının yaşı, ekspertlər tərəfindən belə müəyyənləşdirilib. Pazırıq kurqanlarından tapılmış toxuculuq nəsnələri içində "Pazırıq xalısı" adı ilə məşhur olan 4,5x6,5 m ölçülü qırmızı rəngli keçə üzərində incə yun ipindən toxunan xalçanın yaşı təxminən 2500 ildir.[1]

Bu gün toxunan müasir xalçalarda tək qədim dövrün motivləri deyil, eyni zamanda müasir dövrün motivləri və çağdaş tərzlər də öz yerini tapır. Şərq xalçasının əllə toxunmuş naxışları heç vaxt təsadüfi olmur. Hər ornamentin arxasında sirli-sehrli bir məna durur. Əllə toxunulmuş şərq xalçalarının büsatının sirri xammalın seçimində, rənglərin ahəngində, dizaynın gözəlliyində və məhsulun mükəmməl keyfiyyətindədir. Ardı »

ToxuculuqZeyvə xalçaları

Zeyvə xalçaları - Azərbaycanın Quba-Şirvan xalçaçılıq mərkəzinin Quba qrupuna aid olan Zeyvə xalçaları qədim və zəngin tarixə mlikdir.Şəkildə təsvir edilən xalçanın adı Qubadan 30km cənub - şərq istiqamətində yerləşən kəndin adından götürülmüşdür. Xalçanın xalq arasında "qədim Zeyvə" adı ilə məşhur olması onun qədim dövrə aid olduğunu təsdiq edir. Bu kompozisiyalar təkcə şimal - şərqi və şimal - qərbi Azərbaycanın, xüsusi halda Gəncənin xalçaçılıq məntəqələrində deyil, Ermənistanın şimal - şərq hissəsində və Göyçə gölünün sağ sahilində olan azərbaycanlılar arasında da istehsal olunurdu.
[redaktə]
Bədii xüsusiyyətləri

"Zeyvə" xalçasının ara sahəsinin kompozisiyası əsas etibarilə ardıcıl yerləşdirilmiş bir neçə göldən ibarətdir. "Zeyvə" xalçasının əsas elementini təşkil edən və Ardı »

ToxuculuqQonaqkənd xalçaları

Qonaqkənd xalçaları - Azərbaycanın Quba-Şirvan xalçaçılıq mərkəzinin Quba qrupuna aid olan bu xalçalar qədim və zəngin tarixə malikdir.Mündəricat [gizlə]
1 İstehsalı
2 Bədii xüsusiyyətləri
3 Texniki xüsusiyyətləri
4 Mənbə
5 Həmçinin bax

[redaktə]
İstehsalı

Şəkildə təsvir edilən xalça Qubadan 40km cənubda yerləşən eyni adlı qəsəbənin adını daşıyır. Xalçalar təkcə Qonaqkənddə deyil, Qubanın, Dəvəçinin, Qusarın xalçaçılıq məntəqələrində də istehsal olunur. Sovet dövrünə aid və xarici mənbələrdə bu xalça "Sumax" və ya "Sumaxça" kimi tanınır.
[redaktə]
Bədii xüsusiyyətləri

"Qonaqkənd" xalçasının kompozisiyası kontur xətlə yerinə yetirilmiş və şaquli istiqamətdə uzadılmış böyük fiqurlu medalyondan ibarətdir. Onun daxilində səkkizbucaqlı medalyon (göl) yerləşir. Xalçanın mərkəzində dörd künc boyunca uzunsov səkkizbucaqlı göllər yerləşir. Belə medalyonları Qubanın xovsuz Ardı »

ToxuculuqZili

Zili - xovsuz xalça növünün ən maraqlı nümunələrindən biri. Zili zərif toxunuşlu olur.[1]Mündəricat [gizlə]
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 İstinadlar
5 Xarici keçidlər

[redaktə]
Ümumi məlumat

Yaşlı xalçaçıların söylədiklərinə görə, Bərdə, Cəbrayıl, Naxçıvan, Şirvan, Abşeron, Xızı, Təbriz, Qazax və digər rayonlarda istehsal olunan zililər XVIII əsr – XIX əsrin əvvələrində Avropa və Rusiyaya ixrac olunurdu. "Zili" xalçalarının ən xarakterik xüsusiyyəti - heyvan və bitki elementlərinin üslublaşdırılmış formasıdır. Qarabağ tipinin xovsuz xalça növünə aid olan “Zili”, əsas etibarilə, Ağcabədi, Bərdə, Ləmbəran, Cəbrayıl, Naxçıvan rayonlarının xalçaçılıq müəssisələrində istehsal olunmuş və “Qarabağ Zili” adı ilə məşhurlaşmışdır. “Qarabağ zili”si “Qazax zili”sindən daha zərifdir, lakin “Bakı zili”sindən Ardı »

ToxuculuqMərəzə xalçaları

Mərəzə xalçaları - Azərbaycanın Quba-Şirvan xalçaçılıq mərkəzinin Şirvan qrupuna aid olan bu xalçalar qədim və zəngin tarixə malikdir.

İstehsalı

"Mərəzə" adlı xalçalar təkcə Mərəzədə deyil, "Çuxanlı", "Nabur", Göylər" və başqa xalçaçılıq məntəqələrində istehsal olunur. Ticarət bazarlarında "Mərəzə" xalçalarına "Qobustan" ("Kavıstan", "Kovıstan"), "Kabristan" və ya "Qebrıstan" deyir, bəzən isə səhvən "Mərəzəli" adlandırırdılar.
[redaktə]
Bədii xüsusiyyətləri

"Mərəzə" adını daşıyan xalçalar Şirvan tipli xalçaların ən qədimlərindən hesab olunur. Onların çox müxtəlif kompozisiyaları var. Burada onların əsas variantları təqdim edilmişdir.
[redaktə]
Birinci variant

Birinci variantlı "Mərəzə" xalçasının ara sahəsinin kompozisiyası Azərbaycanın digər xalçalarının kompozisiyasından əhəmiyyətli şəkildə fərqlənir. Bu xalçaların bütün sahəsi şaquli istiqamətdə enli zolaqlara bölünmüşdür. Zolaqların bəzəkləri əsas etibarilə "İlanqaç" adlanan budaqda Ardı »

ToxuculuqƏrdəbil xalçası

"Ərdəbil xalçası"[7] və ya "Şeyx səfi xalçası"[8][9][10] – Təbrizdə toxunmuş "Ləçəktürünc" kompozisiyalı məşhur xalı (ölçüsü 56,12 kv. m, 1539-cu il, "Viktoriya və Albert" muzeyi, London) ornamental xalçaların ən gözəl nümunəsi, Təbriz xalçaçılıq məktəbinin şah əsəri.

1539 cu ildə Səfəvi hökumdarı I Təhmasibin sifarişi ilə Ərdəbil məscidi üçün toxunmuşdur. 1893 cü ildə həmin xalçanı ingilislər alaraq Londona aparmışlar.

Eni 5,34 m, uzunluğu 10,51 m, sahəsi 56,12 m² olan xalça dünya muzeylərində saxlanılan ən nadir xalq sənəti nümunələrindəndir. Bəzəkləri gül-çiçək rəsmlərindən ibarətdir. Zəngin rəng çalarları vəhdət təşkil edir. Xalının mərkəzində yerləşən qönçə Günəşi, onun ətrafında dairə şəklində düzülmüş xırda güllər haləni, yaşıl, qırmızı, sarı rəngli Ardı »

ToxuculuqTəbriz xalçaçılıq məktəbi

Təbriz xalçaçılıq məktəbi – Azərbaycan xalçaçılıq məktəblərindən biri.Mündəricat [gizlə]
1 Ümumi məlumat
2 Geris
3 Serabi
4 Mir
5 Ağaclı
6 Şahabbası
7 Syujet
8 Dörd fəsil
9 Təbriz xalçaçılıq məktəbinin xalçaları dünya muzeylərində
10 Həmçinin bax
11 Xarici keçidlər

[redaktə]
Ümumi məlumat

Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə Iran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan eləcə Ardı »

ToxuculuqSaxsıdagüllər xalçası

Saxsıdagüllər – Qarabağ tipinin Şuşa qrupuna daxil olan xovlu xalça.Mündəricat [gizlə]
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Həmçinin bax
5 Mənbə
6 Xarici keçidlər

[redaktə]
Ümumi məlumat

Qarabağ tipinin Şuşa qrupuna daxil olan və “Saxsıdagüllər xalçası” adı ilə məşhur olan bu xalçalar XIX əsrin II yarısında Şuşada yaradılan sənət əsərləri hesab olunur. Yaradılma tarixinə və bədii və texnoloji xüsusiyyətlərinə görə bu xalçalar “Bağçadagüllər xalçası”nı xatırladır və hətta müəyyən dərəcədə onun bənzəridir. Ardı »