Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ToxuculuqAran xalçası

Aran – Qarabağ tipinin yüksək kateqoriyalı xalça növü.Mündəricat [gizlə]
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətləri
4 Mənbə
5 Xarici keçidlər

[redaktə]
Ümumi məlumat

Qarabağ tipinə aid olan bu xalçaların istehsalının mərkəzi Bərdə olmuşdur. XIX əsrin II yarısından başlayaraq, bu xalçalar Cəbrayılın xalçaçılıq müəssisələrində də istehsal edilməyə başladı. Haqqında danışılan xalçanın əsil adı – "Ərran"dır. Ərran ( Aran ) – Azərbaycanın şimal hissəsindən başlayan və Şirvanın cənub – qərb rayonlarını əhatə edən (Kür və Araz çayları arasında) çox geniş bir ərazidir. Tarixi mənbələrdən məlumdur ki, IX – X əsrlərdə Aranın mərkəzi Bərdə şəhəri olmuşdur. Son zamanlar "Aran" xalçaları Cəbrayılın xalçaçılıq müəssisələrində geniş istehsal olunmağa başlandığı Ardı »

ToxuculuqAbşeron xalçaçılıq məktəbi

Abşeron xalçaçılıq məktəbi

Bakı xalçaçılıq məktəbi özündə Novxanı, Fatmai, Nardaran, Bülbülə, Mərdəkan, Qaadi kəndlərini cəmləşdirir. Onlar parçanını yumşaqlığı, intensiv rəngləri, yüksək rəssamlıq zövqü və işlənmənin füsunkarlığı ilə fərqlənir. Bu məktəbdə 10 komrozisiya jəmlənib. Xalçaların üzərindəki tarixi mənbələr və yazılar ona dəlalət edir ki, bu kəndlərdə xalçaçılıq geniş inkişaf etmiş və xalça məmulatları ölkənin hüdudlarından kənara ixrac olunurdu. Xalçanın kompozisiyasında medalyonlara tez-tez rast gəlinir. Onlar müxtəlif motivlərlə, adətən həndəsi emaldan sonra ilkin obyekti ilə oxşarlığını itirmiş bitkilərin üslublaşdırılmış təsvirləriylə doldurulur. Bakı məktəbi Abşeronun kəndlərini - Görədil, Novxanı, Nardaran, Bülbülə, Fatmayı, Mərdəkan, Qala, Xilə və digər kəndləri, həmçinin Abşerondan kənarda yerləşən Xızı rayonu və Ardı »

ToxuculuqHeriz xalçaları

Heris xalçası və ya Heriz xalçası-Təbriz xalçaçılıq məktəbinə aid xalça növü.Heriz xalçaları olduqca davamlı və dayanıqlı və nəsillər boyu davam edə bilər. Ardı »

ToxuculuqQuba xalçaçılıq məktəbi

Quba xalçaçılıq məktəbi – Qonaqkənd və Dəvəçi rayonları daxil olmaqla 35-ə yaxın ornament kompozisiyalı xalçaları əhatə edir. Quba ərazisində çoxlu müxtəlif tayfalar yerləşən tarixi bölgədir. Hazırda burada müxtəlif dillərdə – Azərbaycan, ləzgi, tat, xınalıq, cek, buduq, qırız və başqa dillərdə danışan xalqlar yaşayır. Quba xalçaları geniş naxış müxtəlfliyi, bəzən qonşu kəndlərdə toxunmasına baxmayaraq naxış müxtəliflikləri ilə fərqlənirlər. Onların ornamentlərinin böyük əksəriyyəti üslüblaşdırılmış coğrafi və bitki motivləri ilə xarakterizə olunur.

Onlardan "Qırız", "Qımıl", "Qonaqkənd", "Şahnəzərli" və digər xalçaları göstərmək olar. İlk baxışdan Quba xalçalarında ornamentin müxtəlif xüsusiyyətlərini görmək olar. Ancaq diqqətlə baxdıqdan sonra əmin olmaq olar ki, kompozisiyanını bütün bəzəkləri ciddi vahid mənaya Ardı »

ToxuculuqXalçaçılıq

Xalçaçılıq – kənd daxmalarında yaranan və zaman ötdükcə incəsənətin ən mühüm növlərindən birinə çevrilən sənətdür.Mündəricat [gizlə]
1 Ümumi məlumat
2 Azərbaycanda xalçaçılıq sənətinin tarixi
3 Azərbaycanda XX əsrdə xalçaçılığın inkişafı
4 Mənbə

[redaktə]
Ümumi məlumat

Bu sənət növünə hər zaman dövlət başçıları çox əhəmiyyət vermiş, ən dahi şairlər öz əsərlərində istedadlı xalça toxuyanları xatırlatmışlar. Xalçaların inkişafı tarixi şərti olaraq 4 əsas dövrə bölünür:
Birinci – inkişafın ilkin dövrüdür. Bu dövrün məmulatları çox sadə və naxışsız idi. cecim və palazlar meydana çıxır.
İkinci dövr - Bü dövrdə kilimin daha çətin üsullarla toxunma üsulları yaradılır.
Üçüncü dövr – toxunmamı şedde, verni, sumax, zili üsullarının yaranması dövrüdür. Sadə və çətin sarımanın geniş Ardı »

ToxuculuqXalça məmulatları

Xalça məmulatları — xovsuz və xovlu xalça texnologiyasının köməyi ilə hazırlanan məişət əşyaları.
[redaktə]
Ümumi məlumat

Azərbaycanda xovlu və xovsuz xalçalarla yanaşı hələ qədim zamanlardan etibarən məişətdə istifadə etmək üçün müxtəlif xalça məmulatları da istehsal olunurdu. Bir çox hallarda xalça məmulatları əvvəlcə müxtəlif növ xovsuz xalça texnologiyasının köməyi ilə, daha sonra inkişaf etdikcə xovlu xalça texnologiyasının köməyi ilə istehsal olunurdu. Ümumiyyətlə, xalçaçılıq sənətinin inkişafı baxımından xalça məmulatlarının hər biri sadədən mürəkkəbə doğru ayrı-ayrı inkişaf mərəhələsini keçmiş və xovlu xalçalara nisbətən daha əvvəlki dövrə təsadüf edir. Xalça məmulatlarının istehsalında yun, pambıq, ipək saplarla yanaşı qamış çubuğundan eləcədə quru ağac budaqlarından da istifadə edilmişdir.
[redaktə]
Azərbaycan xalça məmulatları

Hələ Ardı »

ToxuculuqBico xalçaları

Bu səhifə Qafqazın ən məşhur xalçatoxuma məntəqələrindən olan Bico kəndinin (indiki Ağsu rayonunun ərazisinə daxildir) adı ilə bağlı Bico xalçaları barədə məlumatları əks etdirir.Mündəricat [gizlə]
1 Ümumi melumat
2 Bədii təsvir
3 Texniki xüsusiyyətləri
4 Şəkilləri
5 Mənbə
6 Xarici keçidlər

[redaktə]
Ümumi melumat

Şirvan xalçaçılıq məktəbinin ən məşhur kompozisiyalarından olan "Bico xalçaları" hazırda Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndinin adını daşıyır. Bico xalçaları Bicodan başqa Qəşəd, Göylər, Pirhəsənli, Udullu, Şirvan xalçaçılıq məktəbinin digər məşhur xalçatoxuma məntəqələrində, eyni zamanda Qubada da istehsal olunub. Azərbaycanın xalq rəssamı Lətif Kərimov "Bico" xalçalarının texniki və incəsənət nöqteyi-nəzərindən təkcə Şirvanda deyil, bütün Qafqazda ən məşhur xalça hesab olunduğunu qeyd Ardı »

ToxuculuqÇətən

Çətən – eyni diametrli qamış və ya ağac çubuğundan hazırlanmış məhsul. Çətən "çətmək" sözündən yaranıb, mənası "bağlamaq" deməkdir. Bəzən onu alaçıqlarda çox istifadə edildiyi üçün "çığ" da adlandırırlar. [1][2]
[redaktə]
Ümumi məlumat

Çətən adətən eyni ölçülü qamış və ya ağac çubuğundan hazırlanır. Bu çubuqlar yan-yana qoyularaq həm qıraqdan, həm də uzunluğundan asılı olaraq ortadan bir və ya bir neçə dəfə sadə ip vasitəsilə bir-birinə bərkidilirdi. Bu texnikada hazırlanmış məhsul dik vəziyyətdə alaçığın alt hissəsini bərkitmək məqsədilə istifadə edilirdi. Azərbaycanda adətən iki cür çətən mövcud olmuşdur:
Saya. Saya çətənlər üzərində heç bir bəzək elementi olmurdu və o sırf məişət məqsədləri üçün hazırlanırdı.
Naxışlı. Naxışlı çətənlər döşəmə, alaçıqdakı Ardı »