Toxuculuq → Bağçadagüllər xalçası
Bağçadagüllər – Qarabağ tipinin Şuşa qrupuna aid olan xovlu xalça,Mündəricat [gizlə]
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Həmçinin bax
5 Mənbə
6 Xarici keçidlər
[redaktə]
Ümumi məlumat
Qarabağ tipinin Şuşa qrupuna aid olan bu xalçalar XIX əsrin II yarısından Şuşada istehsal olunur. Əvvəllər onu "Gül yaylıq" ("Güllü yaylıq") adlandırırdılar, lakin onlar Qarabağın digər xalçaçılıq məntəqələrində toxunmağa başlandıqdan sonra "Bağçadagüllər" adlanmağa başladı. Lakin Şuşada toxunan xalçalar, digər xalçaçılıq yerlərində istehsal olunan xalçalardan dəfələrlə yaxşı idi. Xalça ticarətinin inkişaf etməsi fərdi işləyən xalçaçıların rəqabətinə səbəb oldu. Lakin bu, bədii yaradıcılıqla əlaqəli deyil, xalça satışı ilə əlaqəli rəqabət idi, buna görə də bu rəqabət xalçanın bədii dəyərinə Ardı »