Kilseler → Minusius Feliks
Latın apologetlərindən olan Minusius Feliks II əsrin sonu - III əsrin əvvəllərində yaşamışdır. O, ya İtaliyada, ya da Afrikada anadan olmuşdur, sonra isə Romada yaşamışdır. Onun yalnız bir əsəri – «Octavius» (Oktavius) dialoqu bizim zəmanəmizə çatmışdır. Üslub nöqteyi-nəzərindən bu əsər Sisseronun dialoqlarına bənzəyir. Burada söhbət bütpərəstlik və Xristianlıqdan gedir. Bu əsər, II əsrdə Xristianlıqla bütpərəstliyin arasında gedən polemikanın əsas məqamlarına toxunduğuna görə, çox əhəmiyyətlidir. Dioloq bütpərəst Sesilius (Cecilius) və xristian Oktaviusun arasında Minusiy Feliksin iştirakı ilə gedir. Sesilius, insan idrakının həqiqəti əks etdirməyə qadir olmadığını əsas gətirərək, xristianları qınayır. O deyir ki, xristianların əksəriyyəti savadsız adamlar olduğu halda, onlar ən ali Ardı »