Kilseler → Pasxanın keçirilməsi Yəhudilərdə
Pesax axşamı keçirilən bayram sürfəsi və onunla bağlı olan bütün rituallar “seder” adlanır (seder `nizam` deməkdir). Pasxa mərasiminin əsas qanunu İsrailin Misirdən çıxışını uşaqlara nəql etməkdir:
Övladlarınız sizdən “Bu ibadətin mənası sizin üçün nədir?” deyə soruşduqları zaman onlara söyləyin: “Bu, Misirliləri bəlaya saldığı zaman Misirdə İsrail övladlarının evləri yanından keçib xilas edən Rəbb üçün Pasxa qurbanıdır”». (Tövrat, Çıxış Kitabı 12:26-27)
Pasxa ilə əlaqəli qanunlar “Psaxim” adlı traktatda verilir. Pasxa həftəsindən əvvəl yəhudilər öz evlərində və malik olduqları digər ərazilərdə olan bütün mayanı yığışdırıb yandırır yaxud yəhudi olmayan şəxslərə satırlar. Bayramın ilk günündə hamı mayasız çörək yeməlidir, qalan günlərində isə mayasız çörək yeməmək də Ardı »