Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KilselerBayan monastırı

Bayan monastırı - Daşkəsən rayonunun Bayan kəndində yerləşən qədim alban monastırı.Mündəricat [gizlə]
1 Tarixi
2 1980-1990-cı illərə aid şəkillər
3 Mənbə
4 Xarici keçidlər
5 Həmçinin bax

[redaktə]
Tarixi

Azərbaycanda qədim alban mədəniyyətinin və memarlıq sənətinin inkişafından xəbər verən tikililərdən biri də Daşkəsən rayonunun Bayan kəndi ərazisində yerləşən IV - V əsrdə tikildiyi güman edilən monastırdır. Bu alban məbədi tarixin ötən çağlarında xristian dininin təbliği ilə bağlı tikilib. Böyük bir tarixi özündə əks etdirən məbəd hazırda qəza vəziyyətindədir.

Ərazi baxımından rayonda olan digər monastırlardan böyüklüyü ilə seçilən tikilinin əsas binasından başqa həyətdə çoxlu sayda otaqlar, sədd divarları, təsərrüfat damları və çay daşlarından tikilmiş xeyli sayda quyular var. Mərkəzdə Ardı »

KilselerAmaras monastırı

Amaras monastırı - Xocavənd rayonu ərazisində, Qafqaz Albaniyasında xristianlığın dövlət dini elan edilməsində mühüm rolu olmuş Müqəddəs Qriqorisin şəhid edildikdən sonra dəfn edildiyi IV əsrdə inşa edilmiş monastır.Mündəricat [gizlə]
1 Adın etimologyası
2 Tarixi
3 Memarlıq xüsusiyyətləri
4 Şəkilləri
5 İstinadlar

[redaktə]
Adın etimologyası

Albaniyanın Haband mahalında yerləşirdi. V əsrə aid mənbələrdə çəkilir. V əsr erməni müəllifi Favst Buzand Amarsa (Favst Buzand, III kitab, 6-cı fəsil), Moisey Xorenasi Amare (Moisey Xorenasi, III kitab, 14-cü fəsil) kimi qeyd etmişlər. Amar adından və qədim yunan dili mənşəli "as" şəkilçisindən ibarətdir. Amar tayfasının adı Anare formasında I əsr müəllifi Strabon tərəfindn Xəzərin cənub-qərbində qeyd olunmuşdur (Strabon XI,7,1 və XI, 8,8). Ardı »

KilselerArtsak xaçdaşları

Bu tip xaçdaşlar əsasən Xocalı, Ağdərə, Tərtər, Gədəbəy, Şuşa və digər rayonlar ərazisində aşkarlanmış və tədqiq edilmişdir. Onlardan ən maraqlı nümunələrdən biri 1633-cü ildə hazırlanmış Xaçvari Artsak xaçdaşıdır. Bu xaçdaş da Qafqaz Albaniyasının hər yerində qəbul olunmuş kanonlar çərçivəsində həll olunmuşdur. Göstərilən xaçdaş SSRİ vaxtında qanunsuz olaraq Azərbaycan SSR ərazisindən Ermənistan SSR ərazisinə aparılmış və hazırda da Ermənistan respublikasının Üçmüədzin şəhərində saxlanılır[15].

Onun formasının daş xaç şəklində olmasına baxmayaraq, stelanın obrazında əsas bədii və simvolik dominantını xaçın ortasındakı üç dairədən ibarət böyük xonça təşkil edir. Orta dairə səkkiz bərabər hissəyə bölünmüş həndəsi hörmə şəklində həll olunmuşdur. Xonçanın mərkəzində bərabəryanlı xaç (erkən alban Ardı »

KilselerYenivəng xaç daşları

Bu tip xaçdaşlar tarixi Azərbaycan ərazisinin böyük bir hissəsində yayılmışdır. İlk nümunələri Qərbi Azərbaycanda yerləşən Yenivəng monastırı ərazisində tədqiq edildiyindən elmi ədəbiyyata da elə bu adla daxil olmuşdur. Yenivəng xaçdaşları mütəxəssislər tərəfindən nisbi də olsa bir neçə xarakterik tipə ayrılır[27]: birinci tip aşağıya doğru yüngülcə nazikləşir və yuxarıdan yumrulanır, xaç bütün stela hündürlüyündə olur.

Göstərilən tipin ən qədim, ölçülmüş və öyrənilmiş xaçdaşı Basarkeçər şəhərinin yaxınlığındakı Böyük Məzrə kəndindədir. Böyük xaçdaş (hündürlüyü 250 sm, oturacağı 120 sm, yumrulanan hissə 160 sm) 881 – ci ildə alban knyazı Qriqor Nerinin qəbri üstündə qoyulmuşdur.[28] Onun obrazının dini-simvolik və bədii həllinin əsasını pilləli dağ təşkil edir, Ardı »

KilselerSaqakat kilsəsi

Saqakat Kilsəsi – Qərbi Azərbaycanın (indiki Ermənistan) Üçkilsə (12. 03. 1945 – ci ildən Eçmiədzin) rayonu ərazisində, Üçkilsə kilsəsindən şimal – şərqdə, Üçkilsə və Müqəddəs Ripsime məbədlərinin arasında yerləşən ərmən – türk [1] xristian məbədi.Mündəricat [gizlə]
1 Tarixi
1.1 Adın etimologiyası
2 Memarlıq xüsusiyyətləri
2.1 İlkin tikililər
2.2 Sonrakı tikililər
3 İstinadlar
4 Həmçinin bax

[redaktə]
Tarixi

III yüzilin sonlarında Ərməniyyəyə qaçan bakirə Ripsime öz rəfiqələri və dayəsi Qayana ilə Ərməniyyənin paytaxtı Vağarşabaddakı şərab anbarında gizlənmişlər. Lakin onlar Ərməniyyə çarı Trdat tərəfindən tapılıb qətlə yetirildikdən sonra Maarifçi Qriqorinin təşəbbüsü ilə Ərməniyyədə tikilən ilk üç sovmədən biri də məhz həmin anbarın yanında ucaldılmışdır. [2] 483 – cü ildə Ardı »

KilselerEkklesiologiya

Ekklesiologiya (yunan. ἐκκλησία, ekklesia, "Kilsə, cəmiyyət", + yunan. λογος, loqos, "elm") – xristian teologiyasının bir sahəsi, Kilsənin təbiətini və xüsusiyyətlərini tədqiq edən elm.Mündəricat [gizlə]
1 Ekklesioloji terminologiya
2 Ümumi ekklesioloji müddəalar
2.1 Əhdi-Ətiq ekklesiologiyası
2.2 Əhdi-Cədid ekklesiologiyası
2.3 Yerli imanlılar cəmiyyəti və ümumdünya imanlılar cəmiyyəti
2.4 İmanlılar Cəmiyyətinin metaforları
2.5 İmanlılar Cəmiyyəti və Müqəddəs Kitab
2.6 İmanlılar Cəmiyyəti və İsrail
2.7 İmanlılar Cəmiyyəti və Allahın Padşahlığı
3 İstinadlar
4 Mənbə

[redaktə]
Ekklesioloji terminologiya

Azərbaycan dilində kilsə sözü ən çox xristian ibadətgahı, məbədi, bəzən də dini təşkilat, təriqət, məzhəb mənasında işlənir.[1] Lakin həm Bibliyanın yunan mətnində, həm də xristian teologiyasında “ἐκκλησία” (ekklesia) sözünün daha dəqiq mənası “imanlılar cəmiyyəti”dir. Buna görə də Bibliyanın Azərbaycan Ardı »

Kilselerİsanın ikinci gəlişinin nəticələri

Xristianların böyük əksəriyyəti inanır ki, Məsihin ikinci gəlişinin nəticəsində imansız adamlar mühakimə ediləcək, sadiq və mömin olanlar isə mükafat alıb yeni göylərdə və yeni yerdə Məsihlə birlikdə yaşayacaqlar. Ondan sonra Ata, Oğul və Müqəddəs Ruh olan bir Allah əbədi olaraq dünyada hökm sürəcək və insanlar onlara əbədi olaraq ibadət edəcəklər. Günah, dərd, əzab-əziyyət artıq olmayacaqdır. Bu inanclar Əhdi-Cədidə əsaslanır:

Mən yeni bir göy və yeni bir yer gördüm. Çünki əvvəlki yerlə əvvəlki göy keçib getmişdi, dəniz də artıq yox idi.
Taxtdan belə deyən uca bir səs eşitdim: «Budur, Allahın məskəni insanların arasındadır. Allah onlarla birgə məskən salacaq; onlar Onun xalqı olacaq, Allah Ardı »

KilselerKilsədağ kilsəsi

Kilsədağ kilsəsi – Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində yerləşən qədim alban [1] kilsəsi. Kilsə qədim Mitra məbədinin özülləri üstündə inşa edilmişdir. [2]Mündəricat [gizlə]
1 Tarixi
1.1 Tədqiqi
2 Memarlıq xüsusiyyətləri
3 Şəkillər
4 İstinadlar
5 Xarici keçidlər

[redaktə]
Tarixi

Kilisədağda Mitra tanrısı (Mitra, cəngavər köçərilərin və dinc əkinçilərin allahı idi) məbədi mərkəzi günbəzli, ikiyaruslu kompozisiyaya malik olan abidədir. Məbədin divarının xarici səthi qeyri-bərabər tərəfli 12 guşəli formada, daxili səthi isə 10,4 metrlik silindr şəklində həll edilmişdir. İkinci daxili dairə 8 sütun üçün stilobat (sütunlar üçün özül) rolunu oynayırdı. Həmin sütunlar günbəzli ikinci yarusun barabanını (günbəzli dairə səmanın – Mitranın rəmzi idi) saxlayırdı.

Baş alaqapı girişi məbədin qərb Ardı »