Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KilselerMingəçevir kilsə kompleksi

Mingəçevir kilsə kompleksi – 1946–cı ildə Mingəçevir SES–in tikintisi zamanı aşkarlanmış IV-VII əsrə aid alban kilsə kompleksi. Kilsə qədim zərdüşti məbədinin özülləri üstündə inşa edilmişdir.[2][3]Mündəricat [gizlə]
1 Tədqiqi
1.1 1 №-li məbəd
1.2 Digər abidələr
1.3 Tapıntılar
1.4 Kompleksə daxil olan məbədlərin planı
1.5 Arxeoloji qazıntılar nəticəsində əldə edilən əşyalar
2 Həmçinin bax
3 İstinadlar

[redaktə]
Tədqiqi

Kompleksin ümumi planı

Kompleksə daxil olan əsas məbəd binası günbəzsiz olmuşdur. Bu cür uzunsov, günbəzsiz məbədlər Albaniyanın ən erkən kilsə binaları olmuşlar. Xronoloji baxımdan bu cür abidələrin tikintisi IV əsrdə, digər daha mürəkkəb tikililərlə eyni zamanda başlanmış, VIII əsrədək memarlıqda mövcudluğunu saxlamışdır.[4]

Məbədin dövrümüzə yalnız xarabalıqları qalmış və bu xarabalıqlar da arxeoloji Ardı »

KilselerMüqəddəs Pyotr

Müqəddəs həvari Peter (yunan. Απόστολος Πέτρος; (? - təqr. 64-cü ili, Roma) — Xristianlıqda İsa peyğəmbərin on iki şagirdindən biri sayılır. Xristianlığın katolik cərayanında ənəvi olaraq ilk Roma Papası hesab edilir. Ardı »

KilselerGavurqala kilsəsi

Gavurqala kilsəsi - Ağdam rayonunun Sofulu kəndində, Gavurqala şəhər xarabalığında 1958 – ci ildə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş qədim alban kilsəsi.Mündəricat [gizlə]
1 Tarixi
2 Memarlıq xüsusiyyətləri
3 İstinadlar
4 Həmçinin bax

[redaktə]
Tarixi

Məbəd VI – VII əsrlərə aid edilir və ağ daşdan inşa edilmişdir. Bina birneflidir, tağtavanlarla və qoşaçatılı kirəmit damla örtülmüşdür. Məbədin şərqində eninə görə ibadət zalına bərabər olan uca döşəməli apsis vardır.

Şimaldan binaya düzbucaqlı otaq birləşir. Zalın uzunluğu 11,95 metr, eni 5,25 metrdir. Müstəqil girişin olmaması təsdiq edir ki, zala birləşmiş düzbucaqlı otağın kilsəyə əlavə tikili olması şübhəsizdir. Binada cənuba və qərbə iki giriş vardır. Bu cəhət Qafqaz Albaniyasının sitayiş Ardı »

KilselerMartin Lüter

Martin Lüter - Almaniyada Reformasiyanın başçısı, alman protestantlığının (lüteranlığın) banisi. 1517-ci ildə Katolik Kilsəsinə qarşı 95 tezisi ilə çıxış etmişdi.Mündəricat [gizlə]
1 Həyatı
1.1 Doxsan beş tezis
1.2 Şəxsi həyatı və ölümü
1.3 Xarici keçidlər

[redaktə]
Həyatı

Universitet Vittenberg

Böyük dini islahatçı kimi tanınan Martin Lüter 10 noyabr 1483-cü ildə Almaniyanın Eysleben şəhərində, kəndli ailəsində doğulmuşdur. On üç yaşında ikən atası onu Eyzenax şəhərindəki kilsə məktəbinə oxumağa yollamışdır. Burada Ursula Kott adlı xeyirxah bir qadınla tanış olan Lüter dörd ildən sonra onun köməyi ilə Erfurt Universitetinə daxil olmuşdur. 1502-ci ildə bakalavr, üç ildən sonra isə fəlsəfə magistri dərəcəsi almışdır. Atasının təzyiqi ilə hüquqşünas peşəsinə Ardı »

KilselerAnabaptist

Anabaptist (yunan. Αναβαπτιστές) — XVI əsrdə İsveçrə, Almaniya, Avstriya və Niderlandda yayılmış radikal protestant hərəkat. Hərəkatı digərlərindən fərqləndirən ən önəmli xüsusiyyəti icmanın yaşlı üzvlərinin ikinçi dəfə xaç suyuna çəkilməsi idi. İcma üzvləri körpə uşaqların xaç suyuna çəkilməsini qəbul etmədikləri üçün yaşlı insanların bu mərasimi yerinə yetirmələri təkrar hesab olunmurdu.

Anabaptistlər özlərini qardaşlar və baçılar adlandırırdılar. Anabaptist dini cərəyanın yaranması və formalaşması din xadimi Qrebelin adı ilə bağlıdır. Qrebel Sürix radikal protestantlarının başçısı idi. O, körpələrin xaç suyuna çəkilməsinə etiraz edir və bunun Bibliyaya zidd olduğunu bildirdi. 1527-ci ildə təlimin əsasları işlənib hazırlandı. Ona əsasən yaşlılar açıq tövbə etdikdən sonra xaç suyundan keçməli, Ardı »

KilselerRekviyem

Rekviyem (latın mətninin ilk sözündən: "Requiem aeternam dona eis, Domine" – "İlahi, onlara əbədi rahatlıq ver") mərhumun xatirəsinə həsr olunmuş dini matəm messası. Təntənəli katolik messasının "Gloria" ("Eşq olsun"), "Credo" ("Etiqad edirəm") hissələri rekviyemdə "Requiem", "Dies irae" ("Qəzəb günü"), "Lacrimosa" ("Göz yaşı") və s. ilə əvəz olunmuşdur. Rekviyem Qriqori xoralları melodiyalarından yaranmış, 15 əsrdə həmin melodiyaların çoxsəsli işləmələri meydana gəlmişdir. 17-18 əsrlərdə rekviyem xor, solist və orkestr üçün iri həcmli silsilə əsərə çevrilmiş, Qriqori xorallarının melodiyaları bəstəkarların orijinal musiqisi ilə əvəz olunmuşdu. Rekviyemin ən görkəmli nümunələri konsert salonlarında ifa edilir. Volfqanq Amadey Motsart, Hektor Berlioz, Cüzeppe Verdi və İohannes Bramsın rekviyemləri Ardı »

KilselerYeddinci günün adventistləri

Yeddinci Günün Adventistləri - protestant xristian məzhəbiMündəricat [gizlə]
1 Yaranması
2 İnkişafı və əqidə üsulları
3 Dünyada yayılması
4 Azərbaycanda fəaliyyəti
5 Mənbə

[redaktə]
Yaranması

1831-ci ilin yayında Amerika Birləşmiş Ştatlarının Hempton şəhərində yaşamış baptist icmasının moizəçisi Uilyam Miller vaiz kürsüsünə çıxaraq, İsa Məsihin ikinci zühurunun yaxınlaşdığını bildirmişdir. Onun sözlərinə görə, bu əlamətdar hadisə on iki il sonra, yəni 1843-cü il martın 21-də baş verməli idi. Uzun illər Bibliyanı tədqiq etdikdən sonra belə nəticəyə gəldiyini iddia edən və bu məqsədlə "Məruzə icmallarında izah edilmiş İsa Məsihin 1843-cü ildə ikinci dəfə zühur edəcəyinə dair Müqəddəs Kitabdan və tarixdən dəlillər" adlı kitab nəşr edən Miller qısa müddətdə həm ölkəsində, Ardı »

Kilselerİskəndəriyyəli Afanasi

İskəndəriyyəli Afanasi və ya Böyük Afanasi — Kilsə atalarından biri, erkən dövr xristian din xadimi, İsgəndəriyyə yepiskopu.Mündəricat [gizlə]
1 Həyatı
2 Yepiskop fəaliyyəti
3 Mübarizəsi
4 Yaradıcılığı

[redaktə]
Həyatı

O, 297-ci ildə İskəndəriyyədə dünyaya gəlmişdir. Ailəsi və gənclik illəri haqqında demək olar ki, məlumat yoxdur. Sadəcə bəzi mənbələrdə İskəndəriyyə yepiskopu Aleksandrın tələbəsi olduğu qeyd edilmişdir. 325-ci ildə Nikeya şəhərində keçirilmiş Kilsə Məclisində iştirak etmişdir.

Bu dövrlərdə rəsmi kilsə ilə arrian məzhəbinin nümayəndələri arasında gərgin mübarizə getdiyindən Nikeya Məclisinin qərarı ilə həmin məzhəbin yaradıcısı Arius bidətçi elan edilərək, sürgün olunmuşdu. Həmin ərəfədə Aleksandr vəfat etdiyindən İskəndəriyyə yepiskopluğu vəzifəsinə Afanasi yiyələnmişdir.
[redaktə]
Yepiskop fəaliyyəti

Afanasinin yepiskopluğunun ilk dövrü nisbətən sakit məcrada keçmişdir. Ardı »