Kilseler → Kilsədağ kilsəsi
Kilsədağ kilsəsi – Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində yerləşən qədim alban [1] kilsəsi. Kilsə qədim Mitra məbədinin özülləri üstündə inşa edilmişdir. [2]Mündəricat [gizlə]
1 Tarixi
1.1 Tədqiqi
2 Memarlıq xüsusiyyətləri
3 Şəkillər
4 İstinadlar
5 Xarici keçidlər
[redaktə]
Tarixi
Kilisədağda Mitra tanrısı (Mitra, cəngavər köçərilərin və dinc əkinçilərin allahı idi) məbədi mərkəzi günbəzli, ikiyaruslu kompozisiyaya malik olan abidədir. Məbədin divarının xarici səthi qeyri-bərabər tərəfli 12 guşəli formada, daxili səthi isə 10,4 metrlik silindr şəklində həll edilmişdir. İkinci daxili dairə 8 sütun üçün stilobat (sütunlar üçün özül) rolunu oynayırdı. Həmin sütunlar günbəzli ikinci yarusun barabanını (günbəzli dairə səmanın – Mitranın rəmzi idi) saxlayırdı.
Baş alaqapı girişi məbədin qərb Ardı »