Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KilselerVəftiz

Vəftiz - (yunanca – βάπτισμα — “suya batırma”) xristianlıqda ən müqəddəs ayinlərdən biri, imanlılar cəmiyyətinə (kilsəyə) daxil olma mərasimi.Mündəricat [gizlə]
1 Vəftiz mərasiminin yaranması
2 Erkən kilsədə vəftiz
3 Uşaqları vəftiz etmək adəti
4 İstinadlar
5 Mənbə

[redaktə]
Vəftiz mərasiminin yaranması

Su qədimdən bir çox xalqlarda həyat və paklanma rəmzi olmuşdur. Yəhudilərin adəti üzrə, başqa bir millətdən yəhudiliyə dönən şəxs müqəddəs paklanma mərasimini yerinə yetirməli idi və həmin mərasim ibrani dilində “טבילה” (tvila), yunan dilində isə “βάπτισμα” (baptisma) adlanırdı. Qüdsdə bu mərasim üçün xüsusi bir hovuz var idi. Yəhudi olmayan bir şəxs “tvila” mərasimini yerinə yetirdikdən sonra yenidən doğulmuş sayılırdı. Bəzi yəhudi təriqətlərində (məs. Yesseylər təriqəti) gündəlik Ardı »

KilselerKasax bazilikası

Kasax Bazilikası – Qərbi Azərbayanın (indiki Ermənistan) Abaran rayonunun mərkəzi olan Baş Abaran (qədim Kasax) şəhərində, İrəvan – Gümrü şose yolunun üstündə yerləşən qədim türk[1] [2] məbədi.

Bütün əlamətlərinə (tarixi, arxeoloji, memarlıq) görə Qərbi Azərbaycan ərazisində ən qədim məbədlərdən biri olan Kasax bazilikasının inşa tarixi V yüzilə aid edilsə, bir çox mütəxəssislər tərəfindən politeizm dövrünün yadigarı kimi xarakterizə edilir.

Üçnüfli bazilika şəklində olan məbəd 1947 – 1948 – ci illərdə Ermənistan Memarlıq Abidələrinin Mühafizəsi Komitəsi tərəfindən bərpa olunmuş və ona bir sıra erməni və xristian elementləri əlavə olunmuşdur. Abidənin yerləşdiyi yerin istər Abaran, istərsə də daha qədim Kasax adı qədim türk etnonimlərindən törəmədir Ardı »

KilselerXristian təfəkkürü tarixində Bibliya xristologiyasının inkişafı

İsanın Məsih və Xilaskar, Allahın Oğlu olduğu inancı Əhdi-Cədid yazılmamışdan əvvəl meydana gəlmişdir. Əhdi-Cədiddə, ondan qabaq yaranmış kilsənin inancı öz əksini tapmışdır. Xristianlığın təzəcə yarandığı dövrdə Məsihin təbiəti ilə bağlı məsələlər diqqət mərkəzində deyil idi; Məsihin möminlərə bəxş etdiyi xilas və günahların bağışlanması haqqında Müjdəyə ən çox əhəmiyyət verilirdi. Bununla belə, qeyd etmək lazımdır ki, o dövrdə Məsihin ilahi-bəşəri təbiətinə malik olması inancı hələ bir ehkama çevrilməsə da, artıq xristian kilsəsinin mühüm bir əsası olmuşdur.[13] Xristian kilsəsi İsaya iman etməyən yəhudi, bütpərəst və bidətçilərlə mübarizə edə-edə tədricən Məsihin ilahi-bəşəri təbiətini qavrayaraq kilsə məclislərində qəbul olunan bir sıra formulalarda ifadə etmişdir. Bidətçilərə Ardı »

KilselerTəzəkənd bazilikası

Təzəkənd bazilikası – Ağcabədi rayonu, Təzəkənd yaşayış məntəqəsi yaxınlığında yerləşən üçnefli alban[1] bazilikası.

Alban tarixçisi Musa Kalankatlının Alban salnaməsində Alban katalikosu Lazar haqqında yazarkən göstərir ki, "o, Baqməcdə (Bərdə və Beyləqan arasında yer) Hazarapatı (kəndini) və Müqəddəs Pantaleon kilsəsini tikdirmişdir. O, bunları Allah-təaladan ona vəhy gələndən sonra bina etmişdir.".Təzəkənd bazilikasının həmin Pantaleon kilsəsinin olduğu fikiri var.

Bazilika plan baxımından üç cüt sütundan ibarət olan binadır. Abidənin uzunluğu 16,5 metr, eni isə 9,2 metrdir. Binanın şərq tərəfində səcdəgah absidaları və yanlarda keşiş cübbələrinin saxlandığı yer vardır. Orta nefin eni 5 metr, yan neflərin eni isə 2,1 metrdir. Əgər səcdəgah absidası orta nefin sonluğu idisə, Ardı »

KilselerXristianlıqda bölünmə

Xristianlıqda bölünmə yaxud xristian kilsəsinin parçalanması kilsədə əqidə ixtilafı nəticəsində baş verən hadisədir.

Xristian kilsəsi ərslər boyunca dəfələrlə bölünmüşdür. Lakin qlobal miqysada bölünmə üç dəfə baş vermişdir. Birinci dəfə 451-ci ildə Xalkedon Kilsə Məclisində monofizitliyin rədd edilməsi ilə bir sıra şərqi kilsələr ortodoksal kilsədən ayrılmışdır. 1054-cü ildə ortodoksal kilsə parçalanaraq, pravoslav kilsəsi və katolik kilsəsi olmaq üzrə ikiyə bölünmüşdür. Axırda üçüncü dəfə, 1517-ci ildə başlanan Reformasiyanın nəticəsində katolik kilsəsindən ayrılan islahat hərəkatı zamanla protestant məzhəbinin yaranmasına səbəb olmuşdur.Mündəricat [gizlə]
1 Xalkedon parçalanması (monofizit-diafizit)
2 Böyük parçalanma (pravoslav - katolik)
3 Reformasiya parçalanması (katolik - protestant)
4 Xristian kilsələrinin birliyi
5 İstinadlar
6 Mənbə

[redaktə]
Xalkedon parçalanması (monofizit-diafizit)

451-ci ildə Ardı »

KilselerMüqəddəs Qriqor Kilsəsi

Müqəddəs Qriqor Kilsəsi (həmçinin Kral Qagikin Kilsəsi və ya Qagikaşen) - Türkiyə Cümhuriyyətinin Qars ilində Ani şəhər xarabalıqlarında olan qədim erməni kilsəsi.

Kilsə 990 - 1020 -ci illər arasında hakimiyyətdə olmuş erməni kralı olmuş Qagikin "minilliyin kilsəsini" inşa etmək sifarişini alan, Ani Kafedralının da memarı olan Memar Trdat tərəfindən tikilmişdir. Mütəxəssislər kilsəsinin 1001 - 1005-ci llər arasında inşa edilə biləcəyini qeyd edirlər. Lakin bəzi mənbələrdə kilsənin 990 - 1000-ci illər arasında inşa edilməsi haqqında da qeydlər var. Bu haqqda XI əsr erməni tarixçisi Taronlu Stefanos Asogik yazır: "Miladın mininci ilinin sonu, İmperator Basilin hakimiyyəti dövründə Ermənistan Kralı Qagik özünü şəhid Müqəddəs Qriqora Ardı »

KilselerXilaskar kilsəsi

Xilaskar kilsəsi – (və ya Surp Amenaprkıtch) Türkiyə Cümhuriyyətinin Qars ilində, Ani şəhər xarabalığında qədim erməni kilsəsi.

Bu abidənin inşası 1035-ci ildə tamamlanıb. Kilsənin divarlarındakı yazılar təkcə kilsənin yox, eləcə də ermənilərin tarixini öyrənmək baxımından qiymətli mənbələrdir. Kilsənin kitabələrindən birində deyilir: "480-ci ildə (miladi təqvimlə 1035) mən Ablğarib mərzban Konstantinopolda Bizans imperatoru Mikaelə Şahənşah Smbatın adından bir təklif etdim və böyük zəhmət və xərc bahasına ondan Müqəddəs Xaçın bir parçasını ala bildim və qayıtdığımda bu məbədi inşa etdirdim..." Kitabədə daha sonra şahzadə Ablğarib Pahlavuninin bu məbədi məhz Müqəddəs Xaçın bir hissəsini qorumaq və saxlamaq üçün inşa etdirdiyi bildirilir. O, bu müqəddəs əmanəti Ardı »

KilselerCalut kilsəsi

Calut kilsəsi - Oğuz rayonunun Calut kəndində yerləşən V - VI əsrlərə aid alban kilsəsi.

Bu birnefli kilsə öz ölçülərinə görə inşa tarixi baxımından həm dövr olduğu Mingəçevir məbədləri ilə müqayisədə xeyli kiçikdir. Lakin bu tikilidə artıq daha mükəmməl formalar müşahidə olunmaqdadır. Həmin formalar sonrakı tarixi dövrdə həm memarlıq görkəmində, həm də abidələrin plan baxımından həllində ənənəvi olmuşdur. Məbəd V-VI əsrlərə aid edilir. Ardı »