Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MəscidlərCümə məscidi (Sucas)

Sucas Cümə Məscidi – Sultaniyyə şəhərindən 52 km cənub – qərbdə olan Sucas kəndinin ən məşhur abidəsi olmaqla yanaşı Azərbaycanda İslam memarlığının inkişafını izləmək baxımından mühüm abidədir. Üstündə kitabəsi qalmayan bu abidənin tikilmə çağını araşdırmaçılar 1100-cü il olaraq qəbul edirlər.

Sucas Came məscidi öz lkin quruluşunu yaxşı saxlamış Səlcuqlu abidələrindəndir. Planı ənənəvi kvadrat biçimli olsa da, məscidin üzəri özümlü işlənmişdir. Onun mehrablı güney divarı açırımsızdır. Baş girişin olduğu quzey divarında iri bir qapı açırımı və içəridə onun yanlarında ensiz dayaz taxçalar olduğu halda, yan divarların iç səthinin ortasındakı tağçanın yanlarında iki nisbətən iri açırım verilmişdir. Mehrab çərçivəsinin yanlarını da onunla bir hündürlükdə Ardı »

MəscidlərQırıxlı məscidi

Qırıxlı məscidi — Gəncə şəhərində məscid. Məscidin adı Əfşar tayfalarının Qırıxlı adı ilə bağlıdır. Güman edilir ki, binanın tikilməsində bilavasitə həmin tayfadan olan şəxslər təşəbbüskar olub. Bina qırmızı kərpic vəgil-əhəng qatışığından tikilib. Məscid günbəzlidir. 18-ci əsr abidəsidir. Hazırda məscid kimi fəaliyyət göstərir. Məscid dövrün nüfuz sahibi olan Hacı Qasım adlı xeyriyyəçinin vəsaiti hesabına tikilib başa gəlmişdir. Vaxtilə "yaşıl aptek" kimi istifadə edilmişdir. 2003-cü ildə təmir-bərpa işləri aparılmışdır. Binadan hazırda məscid kimi istifadə olunur. Ardı »

MəscidlərƏləvilər məscidi

Ələvilər məscidi — İranın Həmədan ostanının mərkəzi Həmədan şəhərində yerləşən və Səlcuqlu memarlığının ən gözəl nümunələrindən sayılan məscid. Məscid dəfələrlə bərpa olunmuş və hər bərpa zamanı abidəyə dövrün memarlıq ənənələrinə uyğun dəyişikliklər edilmişdir.

Ələvilər məscidi və ya Ələvilər günbədini Qəzvinin Səlcuqlu dövrünə aid məscidləri ilə yaşıd hesab edirlər. İlkin çağında bir səlcuq məscidi olan bu abidə sonralar ələvilərin xanəgahı, namaz və ibadət yeri edildiyindən abidə daha çox Ələvilər məscidi adı ilə tanınmışdır. XIX əsrin əvvəllərində aparılan yenidənqurma işləri zamanı məsciddə zəngin gəc bəzək işləri aparılmış, içərisində yeraltı sərdabə quraşdırılmışdır. Ona görə də bu abidəni bəzi mənbələr türbə kimi də təqdim edir.

Ardı »

MəscidlərCümə məscidi (Balaxanı)

Cümə məscidi — Bakının Suraxanı rayonunun Balaxanı qəsəbəsində yerləşən məscid.

Məscidin tikilmə tarixi ilə bağlı konkret məlumat olmasa da, məscidin içərisində qorunub saxlanan daş kitabədə hicri təqvimlə 1290-cı il (1873-cü il) yazılmışdır. Qəsəbədə yeganə ibadət ocağı olan bu məscid o dövrün neft milyonçularının xeyriyyə yardımları və qəsəbə sakinlərinin ianələri hesabına inşa edilmişdir.

Sovet hakimiyyəti illərində müqəddəs yerlərə qarşı aparılan repressiya bu məsciddən də yan keçməmişdir. XX əsrin 30-cu illərində bu dini abidə üzərində dəyişikliklər edərək onu mədəniyyət evinə çevirmişlər. Vətənimiz öz müstəqilliyini bərpa etdikdən sonra isə qəsəbə sakinlərinin müraciəti ilə, yəni 1090-cı ilin sentyabr ayından yenidən məscid kimi dindarların ixtiyarına verilmişdir. Lakin onun Ardı »

MəscidlərBibiheybət məscidi

Bibiheybət məscidi — Bakıdan 4-5 km aralıda, Xəzər dənizinin sahilində yerləşən məscid.


[redaktə]
Tarixi

Burada şiəlikdə VII imam olan İmam Kazımın qızı Həzrəti Həkimə xanımın, imamın iki oğlan və bir qız nəvəsinin məzarı yerləşir. Bu tarixi dini-memarlıq abidəsi XIII əsrdə Şirvanşah II Fərruxzad ibn Axsitan tərəfindən inşa etdirilib. Məscidin divarında tarixi faktlar yazılan kitabə yerləşir. Bu kitabədə qeyd edilib ki, 1281-1282-ci illərdə tikilən məscidin memarı Mahmud ibn Səyiddir. Məşhur tarixçilər Bakıxanov, Beryozin, Dorn və Xanukov da bu kitabə haqqında yazıblar. VII İmam Museyi-Kazımın (ə) qızlarından Həzrəti Həkimə xanım Bibiheybetdə, Həzrəti Məsumə xanım İranın Qum şəhərində, Həzrəti Rəhimə xanım Bakının Nardaran, Həzrəti Leyla xanım isə Ardı »

MəscidlərMinarəli came

Minarəli Came (Cümə) Məscidi — İçəri Şəhərdə məscid.

1378-1379-cu illərdə atəşgah məbədinin yerində tikildiyi ehtimal edilir. Binanın inşası haqqında məscidin divarına həkk olunmuş bir yazıda deyilir: "709-cu ilin (1309-1310-cu illər) rəcəb ayında Əmir Şərəfəddin Mahmud bu tikilini yeniləmək əmri vermişdir".

Ehtimal olunur ki, məscid XIV əsrdə bərpa edilib. Düzgün olmayan altıbucaq formalı məscidin, qeyri-adi planı, otaqlarının çoxbölməli olması, eləcə də kvadrata daxil edilmiş və pilləli qübbələr sistemi ilə örtülmüş nisbətən iri ibadət zalı binanın daxili məkanının xüsusi gözəlliklə tikilməsinə zəmin yaratmışdır. XV əsrdə möminləri ibadətə çağırmaq üçün eyvan funksiyasını daşıyan stalaktit qurşaqlı, taclı, möhtəşəm minarə tikilmişdir. Arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş minarənin bünövrə Ardı »

MəscidlərSaatlı məscidi

Saatlı məscidi Şuşa şəhərində 1883-cü ildə «Saatlı» məhəlləsində tikilmişdir. Tikildiyi məəllənin adı ilə məşhurlaşan «Saatlı» məscidi öz хarici görünüşü ilə memarın əvvəlki binalarından tamamilə fərqlənir. Lakin bununla yanaşı «Saatlı» məscidinin bəzi konstruksiya elementləri əvvəlki məscidlərin memarlıq ənənələrini saхlamışdır.



Saatlı məscidi

Məscid minarələrinin ümumi quruluşu da Yuхarı Gövhərağa və Ağdam cümə məscidinin minarələrini yada salır. Şuşanın məhəllə məscidləri sırasında kompozisiya həllinə və хüsusilə minarəsinin olması ilə ön cərgədə duran «Saatlı» məscidi Kərbəlayi Səfiхanın Qarabağda tikdiyi minarəli məscidlərin sonuncusu hesab olunur. Memarın bu bölgədə sonralar tikdiyi məscidlər minarəsiz olmuş və bəzilərinin yanında minarə çardağını хatırladan «Güldəstə»lər quraşdırılmışdır. Ardı »

MəscidlərBurçunlu məscidi

Burçunlu məscidi — Оrdubad rayonunun Vənənd kəndinin Burçunlu məhəlləsində tarixi-memarlıq abidəsi.

Kəndin cənub tərəfindədir. Girişi cənubdandır. Məscidin cənub tərəfdəki çatma tağlı qapısından kiçik оtağa, оradan şərq divardakı qapı ilə böyük salоna giriş qapısı vardır. Uzunluğu 9,5 m, eni 9,6 m, hündürlüyü 4,2 m, divarın qalınlığı 1,2 m. Tavan 2x2=4 sütun üstə оturub. Şimal divarın önündə qadınların оturması üçün 2 mərtəbə-balkоn düzəldilib. Sütun başlıqları gözəl düzəldilib. Memarlıq abidəsini - kоnstruktiv quruluşuna görə XVII əsrə aid etmək оlar. Ardı »