Məscidlər → Göy məscid (İrəvan)
Göy məscid, (Ermənicə: Կապույտ Մզկիթ, Kapuyt Mzkit və Գյոյ Մզկիթ, Gyoy Mzkit; Farsca: مسجد کبود, Məscid-i Kabud) — Ermənistanın paytaxtı İrəvanda yerli müsəlmanların dua etdikləri məsciddir. 1766-ci ildə İrəvan xanı Hüseyn-Əli Xanın əmriylə tikilmişdir və Azərbaycan memarlıq nümunələrindən biridir. Eni 66 metr, uzunluğu 97.2 metr olan Göy məscid İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi came məscidi idi.
Çar dövründə İrəvanda azərbaycanlıların dua etdikləri 8 məsciddən biri idi. Məscid 28 hücrə, kitabxana, ibadətgah və iç həyətdən ibarətdir; və ümumilikdə 7.000 kvadrat metrlik ərazidə yerləşir. İkinci cahan müharibəsindən sonra Sovet hökümətinin radikal dünyəvi siyasətinə uyğun olaraq hündürlüyü 24 metr Ardı »