Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məscidlər → Xəlfəli məscidi

Xəlfəli məscidi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi.
[redaktə]
Tarixi

Xəlfəli məscidi iki gümbəzsizdir. Məscidin Qazaxın Xəlfəli kəndindən köçüb gəlmiş tayfalar tərəfindən tikildiyi müəyyən edilmişdir. Məscidi tikən ustanın adı məlum deyil. Dini abidə kimi tikilmiş və istifadə olunmuşdur. Sovet Hakimiyyəti qurulduqdan sonra ateizm təbliğatının gücləndiyi bir dövrdə məsciddən anbar kimi istifadə olunmuşdur. Ardı »

Məscidlər → Abbas Mirzə məscidi

Abbas Mirzə məscidi — XVIII əsrdə Abbas mirzə Qovanlı-Qacar tərəfindən İrəvan qalasında inşa etdirilən məscid.

Ruslar İrəvan qalasını işğal etdikdən sonra (1827) Abbas Mirzənin inşa etdirdiyi məscid 2008-ci ildə tamamilə sökülmüşdür. Ardı »

Məscidlər → Şükürbəyli məscidi

Şükürbəyli məscidi — İrəvanda məscid.

Ruslar 1827-ci ildə məscid binasının içərisini dəyişmiş və adını da "Svyatoy Boqoradic" (Müqəddəs Məryəm) qoymuşlar. Şükürbəyli məscidi hazırda rus kilsəsi kimi fəaliyyətdədir. Ardı »

Məscidlər → Cümə məscidi (Mərənd)

Mərənd Cümə Məscidi – Güney Azərbaycanın Mərənd şəhərində yerləşən və əsası XII əsrdə qoyulmuş məscid kompleksi. Kompleksin özəyini təşkil edən Mərənd məqsurəsində XIV əsrdə Elxani hakimi Əbu Səid Bahadır xanın sifarişi ilə böyük yenidən qurulma işləri aparıldığından abidə həm də Əbu Səid Camisi adıyla tanınmışdır.

Məscidin mükəmməl gəctəraşlıq əsəri olan məşhur mehrabı

Mərənd Cümə məscidinin planı

Uzunsov biçimli planından Mərənd cümə məscidinin bir neçə mərhələdə tikildiyi aydın görünür. Məscidin böyük sahəli ibadət salonu dayaq-günbəz konstruktiv sistemi üzrə tikilmişdir. Bu sütunlu salonun içərisində səlcuq məqsurəsi daha qabarıq gözə dəyir. Mərənd məqsurəsi, mehrab olan üzü bütöv, qalan üç üzünün hər birində iki Ardı »