Məscidlər → Aşur məscidi
Aşur məscidi – İçərişəhərin tarixi mərkəzində Qız qalası ilə Sınıqqala məscidi arasında yerləşən qədim məscid. Məscid XIX əsrin sonu XX əsrin əvvəllərindən etibarən ləzgi camaatının daha çox toplanması ilə əlaqədar olaraq Ləzgi məscidi kimi də tanınmışdır.
Abidə kiçik ölçülü zirzəmi və üst ibadət salonundan ibarətdir. Bərpa zamanı torpaq altından çıxarılmış torpaq yerləşgəsi tağbənd örtülü, planda uzunsov biçimlidir və yarım dairəvi tağlı iki gözlə bayıra yönəlir.[1]
Planda uzunsov biçimi olan ibadət salonunun (sahəsi 55,0 m) iki mehrabı var. Salonun oxunda yerləşən əski mehrab zəngin dekorludur. Üstündəki kitabəyə görə onu hicri 567 – ci ildə (miladi 1169) ustad Aşur İbrahim oğlu tikmişdir. İbadət salonu tağbəndlə Ardı »