Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MəscidlərAbşeronda məscidlər

XI-XII əsr dini tikililər içərisində Sınıq qala adı ilə tanınan Məhəmməd məscidini qeyd etmək olar. Şəhərin XIV əsr memarlığını özündə əks etdirən dini abidələrdən Bakı Cümə məscidi xüsusi yer tutur. İçərişəhərdə yerləşən Aşur məscidi el arasında "Ləzgi məscidi" adı ilə tanınır. Üzərində olan kitabədən məscidin hicri tarixi ilə 567-ci ildə (1169-cu il) ustad Aşur İbrahim oğlu tərəfindən tikildiyi qeyd olunur.

XV əsr dini tikililəri içərisində dövrünün memarlıq üslubu xüsusiyyətləri ilə diqqəti çəkən bir neçə abidələr içərisində Mərdəkan kəndindəki yerləşən Tübaşahi məscidini xüsusi qeyd etmək olar. Girişin üstündəki kitabədə onun inşasının hicri tarixi ilə 886-cı ildə (1481-1482-ci il) aparıldığı və sifarişçisi Tübaşahın adı Ardı »

MəscidlərÖmər Əfəndi məscidi

Ömər Əfəndi məscidi — Azərbaycan Respublikasının Şəki şəhərində Ömər Əfəndi tərəfindən XVIII-XIX əsrlərdə inşa edilmiş məscid. Məscidin fasadı bişmiş kərpic naxışları ilə diqqəti cəlb edir. Fasaddakı kərpic karniz, divar səthindən qabağa çıxan nazik tağlarla işlənmiş pəncərəüstü, bir-birini əvəz edən kərpic və daş hörgü sıralarından ibarət pəncərəarası divarlar onun memarlıq simasını tamamlayır. Binanın tikintisi özünəməxsusluğuna, bədii ifadəliyinə görə Şəki memarlığı ruhunda yerinə yetirilmişdir. Tikintinin əsas tutumuna daxil edilmiş minarənin üzərində kərpiclə işlənmiş bəzək işləri Şəki sənətkarlarının xüsusi memarlıq üslubunu, bacarıq və qabiliyyətlərini özündə əks etdirir. İnteryerin dekor elementi olan mehrabı xüsusi məharətlə işlənmişdir. Məscidin həyətində hovuz yerləşir. Məscidin həyətindəki hovuzun suyundan dəstəmaz Ardı »

MəscidlərQol Şərif məscidi

Qol Şərif məscidi (tatar. Колшәриф мәчете, rus. мечеть Кул-Шариф) — Kazanda yerləşir, tikinti zamanı,Rusiya və İstanbuldan başqa Avropanın ən böyük məscidi tanındı. Ardı »

MəscidlərHacı Cavad məscidi

Hacı Cavad məscidi — Bakı şəhərinin mərkəzində, Ç.Mustafayev küçəsində yerləşən məscid.

Bu məscid düzbucaqlı formaya malikdir. Məscidin minarəsi, minbəri yoxdur. Mehrabı tağvari formada olub, sadədir. İç sahəsi 12x18 metr, yerdən tavana qədər hündürlüyü 6 metr, yerdən günbəzədək isə 9 metrdir. Günbəzində 2 gözlük qoyulub.

Yerli camaatın bildirdiyinə görə, bu məscidi tikdirən Hacı Cavad tacir olub. Məscidin əvvəlki giriş qapısının üstündə isə 3 daş kitabə həkk olunub. Həmin kitabələrdən birinə əsasən məscidin inşa tarixi hicri-qəməri təqvimi ilə 1305-ci ilə aiddir (XIX əsr). Divarlarının qalınlığı 1 metr olan bu məscid yonulmuş sal daşlarla tikilib. Fasad divarlar suvanmayıb, iç divarlar isə suvanaraq ağardılıb. Ardı »

MəscidlərQübbət-üs-Səxrə

Qübbət-üs-Səxrə — Müasir dövrümüzə qədər gəlib çıxan ən qədim İslami tikililərdən biri. Bəzilərinin yanlış olaraq əl-Əqsa kimi bildiyi məscid, əslində Qübbətüs-Saxra məscididir. əl-Əqsa məscidi isə bu abidənin qiblə istiqamətində yerləşən, ondan daha böyük və geniş başqa bir abidədir. Bu tikili müsəlmanlar arasında məsciddən çox ziyarətgah kimi tanınır. İnanca görə məscidin ortasındakı qaya parçası boşluqda asılı durmuşdur. Həzrət Peyğəmbər (s) meraca yüksələrkən qorxmamaq üçün Allah tərəfindən ona boşluqda duran qaya parçası göstərilmişdir. Məhz bu əlamətlərinə görə bəziləri bu daşı müqəddəs sayırlar.Mündəricat [gizlə]
1 Tarixi
2 Dini əhəmiyyəti
3 Memarlıq özəllikləri
4 Mənbə

[redaktə]
Tarixi

Qübbət-üs-Səxrə 685-691-ci illərdə Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvan tərəfindən inşa etdirilmişdir. Müsəlman memarların Ardı »

MəscidlərUlu məscid

Ulu məscid (digər adı İlisu came məscidi) — Qax rayonunun İlisu kəndində yerləşir. İlisu kəndində vaxtilə mövcüd olmuş 9 məsciddən 7-si dövrümüzə qədər salamat qalmışdır. Məscidlərin ən böyüyü və qədim tarixə malik olanı Came məscidi olduğu ücün yerli əhali onu Ulu məscid adlandırmışdır.[ Ardı »

MəscidlərŞah Abbas məscidi (İrəvan)

İrəvan məscidləri arasında sənət dəyəri baxımından Şah Abbas məscidi əhəmiyyətli bir yeri var. 1606-cı ildə inşa edilən məscidə xalq Şah Abbas məscidi adını vermişdir. Eyni zamanlarda Gəncədə inşa edilən məscid də eyni memar Şeyx Bahəddin tərəfindən inşa edildiyindən bir-birlərinə çox bənzərlər. İrəvan Xan sarayının (Sərdar sarayı) şərq yanına inşa edilən məscidin yanında mədrəsə, kitabxana və mehmanxana tikilmiş olub böyük bir həyətlə ətraflanan möhtəşəm bir arxitektura külliyyə olaraq elm mərkəzi vəzifəsi ifa etmişdir. İrəvan xanlığı zamanında məscidin aş evində kasıblara gündə üç pay yemək verilməkdə idi. Dini bir məkan olmanın yanında ictimai bir quruluş olan bu məscid ermənilər tərəfindən hər fürsətdə korlandığından Ardı »

MəscidlərBəylər məscidi

Bəylər Məscidi — İçəri Şəhərdə məscid.

Məscid İçəri şəhərdə Şirvanşahlar Sarayı Kompleksinin yaxınlığında yerləşir. 1895-ci ildə tikilib. Məscidin inşаsındа Məhəmməd Hаşim Əl-Bаkuinin оğullаrı Hаcı-bаbа və Hаcı Cаvаd, еləcə də məşhur milyоnçu Аğа-Murtuzа Muхtаrоv, хəttаt İbrаhim Şirvаni, Mir Əli ən-Nаğı, Mir Tаğı, ustа-mеmаr Sеyid Hüsеyn də iştirаk еtmişdilər. Dаhа qədim məscidin yеrində inşa olunmuş, özündə Аvrоpа, Şərq, еləcə də yеrli mеmаrlığın kоnstruktiv prinsiplərini birləşdirir.
[redaktə]
Memarlığı

Burada ilk dəfə Bakı memarlıq məktəbi üçün xarakterik olan fəzalı-forma kompozisiyasının tətbiqinə cəhd edilmişdir. Buna baxmayaraq, məscidin Şirvanşahlar Saray Kompleksinin klassik tikintisi ilə heç bir ümumi cəhətləri yoxdur, sadəcə, minarəsinin və daş günbəzinin quruluşunda müəyyən oxşarlıqların olduğu sezilir. Cəmi bir Ardı »