Hedisler → Səhih Qüdsi hədislər (Zikr və saleh əməllərlə Allaha yaxınlaşmanın savabı)
Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Uca Allah buyurur: «Qulum dodaqlarını tərpədərək Məni yad etdikcə Mən onun yanındayam».
(İbn Macə 3792, 3924; Əhməd 10989, 11267. əl-Albani hədisi səhih adlandırmışdır.)
Əbu Hureyra və Əbu Səid əl-Xudri (r.a) rəvayət edirlər ki, Allah Elçisi (s.a.v) demişdir: «Qul: «LƏ İLƏHƏ İLLƏLLAHU VALLAHU ƏKBƏR» (Allahdan başqa ibadətə layiq ilah (məbud) yoxdur və Allah ən Böyükdür) - dedikdə, Uca Allah buyurur: «Qulum doğru söylədi, Məndən başqa ilah (məbud) yoxdur və Uca olan Mənəm». Qul: «LƏ İLƏHƏ İLLƏLLAHU VAHDƏHU» (Allahdan başqa ibadətə layiq ilah (məbud) yoxdur, Təkdir) - dedikdə, Allah buyurur: «Qulum doğru söylədi, tək olan Mənəm, Ardı »