Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HedislerSəhih Qüdsi hədislər (Cənnətlə Cəhənnəmin Höcətləşməsi)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «(Bir dəfə) Cənnətlə Cəhənnəm höcətləşdi. Cəhənnəm dedi: «Mən (məxsusi olaraq) inadkarlardan və təkəbbürlülərdən ötrü yaradılmışam». Cənnət dedi: «Mənə nə olub ki, içimə ancaq zəif və aciz (görünən) adamlar girsin?» Onda uca və ulu Allah Cənnətə buyurdu: «Sən Mənim rəhmətimsən, Mən sənin vasitənlə qullarımdan dilədiyim kimsəyə rəhm edərəm». Sonra Cəhənnəmə buyurdu: «Sən də Mənim əzabımsan, Mən sənin vasitənlə qularımdan dilədiyim kimsəyə əzab verərəm». Onların hər biri (kifayət qədər insan və cinlə) doldurulacaq. Cəhənnəm ancaq o zaman dolacaq ki, Allah Öz Ayağını onun üstünə qoyacaq və o: «Yetər, yetər!» - deyəcək. Onda o, artıq Ardı »

HedislerSəhih Qüdsi hədislər (LƏ İLƏHƏ İLLƏLLAH KƏLMƏSİNİN FƏZİLƏTİ)

1. Abdullah ibn Amr ibn əl-As (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) buyurdu: «Ümmətimdən olan bir kişi Qiyamət günü məxluqatın qarşısına çağırılacaq və ona doxsan doqquz ədəd kitab göstəriləcək. Hər bir kitabın ölçüsü gözün gördüyü son məsafəyə qədər olacaq. Sonra qüdrətli və qüvvətli Allah buyuracaq: «Bunlardan birini inkar edə bilərsənmi?» O: «Xeyr, ey Rəbbim!» - deyə cavab verəcək. Allah buyuracaq: «(Əməlləri) yazan gözətçi mələklərim sənə zülm ediblərmi? Bu qədər kitabın qabağında sənin savabın ola bilərmi?» O qorxu içində: «Xeyr!» - deyə cavab verəcək. Allah buyuracaq: «Əksinə, dərgahımızda sənin üçün savab vardır. Odur ki, bu gün sənə zülm edilməyəcək». Bu vaxt Ardı »

HedislerBoşboğazlıq pis əxlaqdər

Peyğəmbər (s.ə.s) dedi: «Bir insanın boşboğaz, utanmaz və xəsis olması pislik olaraq ona kifayət edər» Hədisi Şərif (Beyhəqi) Ardı »

HedislerSəhih Qüdsi hədislər (ən yaxın qonşuların müəlman haqqında şahidlikləri)

Ənəs ibn Məlik (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Bir müsəlman öldükdə, ən yaxın qonşularından dörd nəfər onun xeyirli (insan olduğunu) bildiklərinə şahidlik etsə, Allah belə buyurar: «Mən onların bildiklərini qəbul etdim və onların bilmədiklərini də ona bağışladım».
(Əhməd 13052, 13541, 13565, 13889; Əbu Yəalə 3481; İbn Hibban 3026; Hakim 1398. əl-Albani «Sahihut-Tərğib vət-Tərhib»də (? 3515) həsən li-ğeyrihi olduğunu bildirmişdir.) Ardı »

HedislerAlıcı və satıcı bir-birindən ayrılanadək ixtiyar sahibidirlər

Həkim ibn Hizam (r.a) Peyğəmbərin (s.av) belə buyurduğunu rəvayət etmişdir: “Alıcı və satıcı bir-birindən ayrılanadək ixtiyar sahibidirlər (yəni ayrılanadək alıcı aldığını, satıcı da satdığını geri qaytara bilər). Əgər onlar düz danışar və aydınlıq gətirərlərsə, alış verişləri bərəkətli olar. Əgər nəyi isə gizlədər və yalan danışarlarsa, alış-verişlərinin bərəkəti gedər.” Buxari və Müslim rəvayət etmişlər.
(Buxari: Alış-veriş ? 2004. Müslim: Alış-veriş ? 1532. Tirmizi: Alış-veriş ? 1246. Nəsai: Alış-veriş ? 4464. Əbu Davud: Alış-veriş ? 3459. Əhməd: 3/402. Darimi: Alış-veriş ? 2547.)

ŞƏRH

Bu hədis, faydalı və zərərli müamilələrin bəyanında təməl rolunu oynayır. Düz danışmaq və aydınlıq gətirmək, bu iki növü bir-birindən fərqləndirən amildir.
Müamiləsində düz danışan, Ardı »

HedislerAllaha iman gətirdim de, sonra doğru yolu tut

Süfyan ibn Abdulla əs-Səqafi (r.a) belə demişdir: Mən dedim: “Ey Allahın elçisi, mənə İslamda elə bir söz söylə ki, o barədə səndən sonra heç kəsdən soruşmayım." Peyğəmbər (s.a.v) buyurdu: "Allaha iman gətirdim de, sonra doğru yolu tut!” Müslim rəvayət etmişdir.

(Müslim: İman ? 38. Tirmizi: Zühd ? 2410. İbn Macə: Fitən ? 3972. Əhməd: 3/413. Darimi: Riqaq ? 2710.)

ŞƏRH

Bu kişi Peyğəmbərdən (s.a.v) xeyri özündə cəm edən, faydalı olan və onu tələffüz edəni nicata qovuşduran bir söz söyləməsini istəmişdir. Peyğəmbər ona, Allaha iman gətirməyi əmr etmişdir. Bu iman, özündə etiqad olunması vacib sayılan imanı, onun əsaslarını və digər bu kimi əqidə məsələlərini, Ardı »

HedislerSəhih Qüdsi hədislər (Zikr və saleh əməllərlə Allaha yaxınlaşmanın savabı)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Uca Allah buyurur: «Qulum dodaqlarını tərpədərək Məni yad etdikcə Mən onun yanındayam».
(İbn Macə 3792, 3924; Əhməd 10989, 11267. əl-Albani hədisi səhih adlandırmışdır.)

Əbu Hureyra və Əbu Səid əl-Xudri (r.a) rəvayət edirlər ki, Allah Elçisi (s.a.v) demişdir: «Qul: «LƏ İLƏHƏ İLLƏLLAHU VALLAHU ƏKBƏR» (Allahdan başqa ibadətə layiq ilah (məbud) yoxdur və Allah ən Böyükdür) - dedikdə, Uca Allah buyurur: «Qulum doğru söylədi, Məndən başqa ilah (məbud) yoxdur və Uca olan Mənəm». Qul: «LƏ İLƏHƏ İLLƏLLAHU VAHDƏHU» (Allahdan başqa ibadətə layiq ilah (məbud) yoxdur, Təkdir) - dedikdə, Allah buyurur: «Qulum doğru söylədi, tək olan Mənəm, Ardı »

HedislerCənnətə Sorğu Sualsız Girənlər

Abdullah ibn Məsud (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) dedi: «Həcc mövsümündə ümmətlər mənə göstərildi. Mənim ümmətimin çoxluğu xoşuma gəldi. Dağlara və düzənliklərə doluşmuşdular. Mələklər dedilər: «Ey Muhəmməd! Razı qaldınmı?» Peyğəmbər (s.a.v) dedi: «Bəli, ey Rbbim!» Allah dedi: «Onların arasında yetmiş min nəfər vardır ki, onlar sorğu-sualsız Cənnətə girəcəkər. (Bunlar) o kəslərdir ki, (heç kəsdən) ofsun oxumağı tələb etməzlər, dağlanmazlar, (əlamətləri) uğursuzluğa yozmazlar və yalnız özlərinin Rəbbinə təvəkkül edərlər». Ukkaşə dedi: «Allaha yalvar ki, məni onlardan etsin!» Peyğəmbər (s.a.v) dedi: «Allahım! Bunu onlardan et!» Başqa bir kişi dedi: «Allaha yalvar ki, məni onlardan etsin!» Dedi: «Ukkaşə səni qabaqladı» Ardı »