Hedisler → Sədəqə malı azaltmır
Əbu Hureyrə (s.a.v) Peyğəmbərin belə buyurduğunu söyləmişdir: “Sədəqə malı azaltmır. Əfv edən qulu Allah izzətləndirər. Kim Allah üçün təvazökar olarsa, Allah onu yüksəldər.” Müslim rəvayət etmişdir.
(Müslim: Xeyirxahlıq, qohumluq və ədəb ? 2588. Tirmizi: Xeyirxahlıq və qohumluq ? 2029. Əhməd: 2/386. Malik: Cəmi ? 1885. Darimi: Zəkat ? 1676.)
ŞƏRH
Bu hədis sədəqənin, əfvin və təvazökarlığın fəzilətini özündə cəm etmiş, onların dünya və axirətdəki səmərələrini açıqlamışdır. Sədəqənin malı azaltdığını, əfvin izzətə, təvazökarlığın isə qürura zidd olduğunu düşünmək yanlışlıq və yalan üzərində qurulmuş zəndir.
Əslində sədəqə malı azaltmır. Malın məbləğini azaltdığını fərz etsək, başqa cəhətdən onu artırdığını görərik. Sədəqə mala bərəkət verir, ondan ziyanı uzaqlaşdırır, Ardı »