Hedisler → Səhih Qüdsi hədislər (Qiyamət günü insanın əzakarının şahidlik etməsi)
Rəvayət edilir ki, Əbu Hureyra (r.a) demişdir: «Soruşdular: «Ey Allahın Elçisi , Qiyamət günü Rəbbimizi görəcəyikmi?» Allah Elçisi (s.a.v) soruşdu: «Günorta vaxtı bulud olmayanda günəşi görməkdə çətinlik çəkirsinizmi?» Dedilər: «Xeyr». O soruşdu: «Bulud olmayan gecədə bədrlənmiş ayı görməkdə çətinlik çəkirsinizmi?» Dedilər: «Xeyr». O, belə buyurdu: «Nəfsim Əlində olan Allaha and olsun ki, bu ikisindən birini görməkdə çətinlik çəkmədiyiniz kimi, Rəbbinizi görməkdə də çətinlik çəkməyəcəksiniz. Qiyamət günü Allah bir qul ilə qarşılaşacaq və ona belə deyəcək: «Ey filankəs, Mən sənə yaxşılıq etmədimmi? Səni başqaları arasında mövqe sahibi etmədimmi? Sənə evlilik nəsib etmədimmi? Sənə at, dəvə vermədimmi? Səni başqaları tərəfindən itaət olunan və Ardı »