Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HedislerAllah və peyğəmbər sevgisi, Allah qorxusu haqqında seçmə hədislər

• Ənəs (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər kimdə üç xüsusiyyət olsa, o kimsə bu xüsusiyyətlə imanın ləzzətini dadar: Allah Təala və Rəsulu ona hər şeydən daha sevimli olmaq, sevdiklərini ancaq Allah Təala rizası üçün sevmək, Allah Təala onu küfrdən xilas etdikdən sonra yenə küfrə dönməkdən atəşə atılmasından xoşlanmadığı kimi xoşlanmamaq.” (Səhihi-Buxari, İman Kitabı, c. 1, səh. 9, 11)

• Ənəs (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Heç biriniz; mən ona uşağından, atasından və bütün insanlardan daha sevimli olmadıqca iman etmiş sayılmaz” (Səhihi-Buxari, İman Kitabı c. 1, səh. 9; Səhihi-Müslim, İman Kitabı, 70)

• Ubadə ibn Samit (r.a) Rəsulullahın Ardı »

HedislerSəhih Qüdsi hədislər (Miniyə Oturarkən Edilən Zikr)

Rəvayət edilir ki, Əli ibn Rabiə demişdir: «(Bir dəfə) Əli (r.a) ilə birlikdə yol gedirdim, o ayağını miniyinin üzəngisinə qoyduğu zaman: «Allahın adı ilə!» - dedi. Oturanda isə, dedi: «Allaha həmd olsun! Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. Yoxsa bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq»(əz-Zuxruf 13-14). Sonra o, üç dəfə Allaha həmd etdi, üç dəfə «Allah böyükdür», üç dəfə «Allah pak və müqəddəsdir» və «Səndən başqa haqq ilah (məbud) yoxdur» - dedi. Bundan sonra: «Sən pak və müqəddəssən! Mən özümə zülm etdim. Məni bağışla! Şübhəsiz ki, günahları ancaq Sən bağışlayırsan» - deyib güldü. Mən soruşdum: «Səni güldürən Ardı »

HedislerNəhcül Bəlağə

[color=#039b80]Nəhcül Bəlağə - (ərəb. نهج البلاغة‎‎) Əhli Şiə zümrəsinin-Cəfərilik məzhəbinin ən mötəbər kitablarından biri. Bu kitab Əhli Şiə zümrəsinin-Cəfərilik məzhəbinin 1-ci imamı və xəlifəsi və 2-ci məsumu, Əhli Sünnə zümrəsinin böyük səhabəsi, 4-cü xəlifəsi Hz. Əli ibn Əbu Talibin (ə) əmr, xütbə, məktub, vəsiyyət, hikmətli söz və qısa sözcüklərindən ibarət bir əsərdir.

Əsərin müəllifi, toplayanı Şeyx Razidir (HQ 395-469) (M ?-1048). Əsərin adının mənasına gəldikdə isə Nəhcül yol, bəlağə isə zamana uyğun deyilmiş söz deməkdir.Mündəricat [gizlə]
1 Haqqında
1.1 Müəllif
1.2 Əsər
2 Tərkibi
2.1 Xütbələr
2.2 Məktublar
2.3 Hikmətli kəlamlar
3 Şərhlər
4 İstinadlar
5 Həmçinin bax
6 Xarici keçidlər

[redaktə]
Haqqında
[redaktə]
Müəllif

Seyid Əbulhəsən Məhəmməd Əbu Əhəməd Rəzi HQ 395-ci ildə Ardı »

Hedisler: Səhih Qüdsi hədislər (Qiyamət gününün bəzilərinə günün bir saat qədər qısa olması)

Abdullah ibn Amr (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Siz Qiyamət günü bir yerə toplanacaqsınız. Belə deyiləcək: «Bu ümmətin kasıb və miskinləri hardadır?» Onlar ayağa qalxacaqlar və onlara deyiləcək: «Nə etdiniz?» Onlar deyəcəklər: «Ey Rəbbimiz! Sən bizi sınağa çəkdin, biz də səbr etdik. Sən var-dövləti və hakimiyyəti başqalarına verdin». Allah deyəcək: «Doğru dediniz!» Onlar (bütün) insanlardan qabaq Cənnətə daxil olacaqlar. Var-dövlət və hakimiyyət sahibi olub şiddətli sorğu-sual olunanlar isə qalacaqlar. Səhabələr Peyğəmbərdən  soruşdular: «O gün möminlər harada olacaqlar?» O buyurdu: «Onlar üçün nurdan kürsülər qoyulacaq və buludlar onların üstünə kölgə salacaq. O gün möminlərə günün bir saatı qədər qısa Ardı »

HedislerSəhih Qüdsi Hədislər (Allah dostu ilə düşmənçilik edənin aqibəti)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Allah buyurur: «Kim Mənim dostumla düşmənçilik edərsə, Mən ona hərb elan edərəm. Qulumun Mənə sevimli olan və onun vasitəsilə Mənə yaxınlaşdığı ən gözəl əməl ona vacib buyurduğum əməllərdir. Qulum nafilə ibadətləri yerinə yetirməklə Mənə o qədər yaxınlaşar ki, Mən onu sevərəm. Onu sevdiyim təqdirdə onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Məndən diləsə, ona dilədiyini verərəm, sığınacaq istəsə, ona sığınacaq verərəm. Mən görəcəyim bir işdə, ölmək istəməyən möminin canını aldıqda tərəddüd etdiyim kimi heç bir şeydə tərəddüd etmirəm.

(əl-Buxari 81. Kitəbur-Riqaq 38 (6021, 6502). Ardı »

HedislerSəhih Qüdsi hədislər(Uca Allahın Dünya və Axirətdə Möminin Günahlarını Örtməsi)

İbn Ömər (r.a) demişdir: «Mən Allah Elçisinin (s.a.v) belə dediyini eşitdim: «Allah mömini Özünə tərəf yaxınlaşdıracaq, Özü onu əhatə edib qoruyaraq və: «Filan günahı (etdiyini) bilirsənmi? Filan günahı (etdiyini) bilirsənmi?» - deyə soruşacaq. Mömin: «Bəli, ey Rəbbim!» - deyə cavab verəcək. Nəhayət, Allah ona günahlarını etiraf etdirdikdə və o, öz-özlüyündə həlak olduğunu güman etdikdə Allah buyuracaq: «Dünyada sənin günahlarını ört-basdır etdim və bu gün də Mən sənin günahlarını bağışlayıram». Sonra ona (içində) yaxşı əməlləri yazılmış bir kitab veriləcək. Kafirə və münafiqlərə gəldikdə isə, (onların əməllərinə) şahid olanlar deyəcəklər: «Bunlar Rəbbinə iftira yaxanlardır» - deyəcəklər. Allahın lənəti olsun zalımlara!» (Hud 18)». Ardı »

HedislerƏməllərin Qəbul Olunmasında Mühim Şərtlər

Ömər ibn əl-Xəttabdan (r.a) rəvayət olunur ki, o demişdir: "Mən Peyğəmbərin (s.av) belə buyurduğunu eşitdim: “Həqiqətən də əməllər niyyətlərə görədir. Hər bir insana onun niyyət etdiyi verilər. Kimin hicrəti Allaha və Onun Peyğəmbərinə tərəfdirsə, onun hicrəti Allaha və Onun Peyğəmbərinə tərəf olar. Kimin də hicrəti dünya, onun əldə edilməsi və ya qadınla nikahlanmaqdırsa, o hicrət etdiyinə tərəf yönələr.” Buxari və Müslim.
(Buxari: Bədul vəhy ? 1. Müslim: əl-İmarə ? 1907. Tirmizi: Fədailul cihad ? 1647. Nəsai: ət-Tahara ? 75. Əbu Davud: ət-Talaq ? 2201. İbn Macə: əz-Zühd ? 4227. Əhməd: 1/43.)

Aişə (r.anha) Peyğəmbərin belə buyurduğunu rəvayət edir: “Kim bizim bu işimizə Ardı »

HedislerMömin, mömin üçün bir-birini tutan bina kimidir.

Əbu Musa əl-Əşari (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu demişdir: “Mömin, mömin üçün bir-birini tutan bina kimidir.” Sonra o, barmaqları¬nı bir-birinə keçirdi.” Buxari və Müslim.
(Buxari: Zülmlər və qəzəb ? 2314. Tirmizi: Xeyirxahlıq və qohumluq əlaqələri ? 1928. Nəsai: Zəkat ? 2560. Əhməd: 4/405.)

ŞƏRH

Bu əzəmətli bir hədisdir. Burada Peyğəmbər (s.a.v) möminlər barəsində xəbər verərək onların vəsflərini bildirmişdir. Onun sözləri bu əsası daim diqqətdə saxlamağa, möminlərin bir-birilərinə rəhmli, sevimli və şəfqətli qardaşlar olmalarına təşviq edir. Onlardan hər biri özünə arzuladığını başqasına da arzulamalı və bu istiqamətdə çalışmalıdır. Möminlər hamının rifahına xidmət edən işlərə önəm verməli və daim bu vəsfdə olmalıdırlar. Şübhəsiz ki, bina özüldən, Ardı »