Qurani Kerim → 113. Əl-Fələq (Sübh) surəsi

1. (Ya Peyğəmbər!) De: "Pənah aparıram sübhün Rəbbinə!
2. Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən.
3. Zülmətə bürünməkdə olan gecənin (və ya: batan ayın, ziyası sönən ulduzların) şərindən.
4. (Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən.
5. Və bir də paxıllığı tutanda paxılın şərindən!" Ardı »