100. Əl-Adiyat (Qaçan atlar) surəsi
1. And olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara.
2. And olsun (dırnaqları ilə daşdan) qığılcım qoparan atlara.
3. And olsun sübh çağı hücum edən atlara.
4. And olsun o vaxt (və ya: o yerdə) toz-duman qopardan atlara.
5. Sonra da onunla (tozanaqla) dəstəyə (düşmən dəstəsinə) təpinən atlara ki,
6. İnsan öz Rəbbinə qarşı çox nankordur.
7. Və o özü də buna şahiddir.
8. Həqiqətən, insan var-dövlətə çox hərisdir!
9. Məgər o bilmirmi ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı.
10. Ürəklərdə olanlar faş ediləcəyi zaman
11. Həmin gün Rəbbi onları (özlərinin bütün əməllərindən) xəbərdar edəcəkdir (cəzalarını verəcəkdir)!
Tarix: 10.06.2015 / 16:24 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Qurani Kerim
loading...