Qurani Kerim → əl-Cumuə (Cümə) surəsi
.62.
əl-Cumuə (Cümə) surəsi
(Mədinədə nazil olmuşdur, 11 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
1.Göylərdə və yerdə nə varsa, (hamısı) mülkün (yer-göy mülkünün) sahibi (hakimi), pak (müqəddəs), yenilməz qüvvət, hikmət sahibi olan Allahı təqdis edib Onun şəninə təriflər deyər!
2.(Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. (Bu Peyğəmbər) əvvəllər haqq yoldan açıq-aşkar azmış olsalar da, onlara (Allahın) ayələrini oxuyar, onları (günahlardan, şirk və küfr çirkabından) təmizləyər, onlara Kitabı və hikməti (Quranı və şəriəti) öyrədər.
3.(Allah-təala Muhəmməd əleyhissəlamı) ərəblərdən savayı hələ onlara qoşulmamış başqalarına da (islamı qəbul etməmiş indiki ümmətlərə və qiyamət gününə qədər dünyaya gələcək bütün sonrakı tayfalara da peyğəmbər göndərmişdir) [Və ya: o Peyğəmbər Kitabı və Ardı »