Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurani Kerim86. Ət-Tariq (Gecə gələn) surəsi

86. Ət-Tariq (Gecə gələn) surəsi

1. And olsun göyə və gecə gələnə! (Gecə peyda olub gündüz qeyb olana!)

2. (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, gecə gələn nədir?!

3. (O, zülməti yaran) parlaq ulduzdur!

4. Elə bir kimsə yoxdur ki, onun üstündə bir gözətçi (mələk) olmasın!

5. Elə isə insan nədən yaradıldığına (bəsirət gözü ilə) bir baxsın!

6. O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır.

7. (O su kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar!

8. Həqiqətən, (Allah) insanı (öləndən sonra) yenidən diriltməyə qadirdir! -

9. Bütün sirlərin aşkar olacağı o qiyamət günü.

10. (O gün) insanın nə (əzabı dəf edəcək) bir qüvəsi, nə də bir köməkçisi olar!

11. And olsun yağış sahibi Ardı »

Qurani KerimYasin surəsi

.36.
Yasin surəsi
(Məkkədə nazil olmuşdur, 83 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Ya, Sin!
2.(Ya Rəsulum!) Hikmətlə dolu Qurana and olsun ki,
3.Sən, həqiqətən, (Allah tərəfindən göndərilmiş, şəriət sahibi olan) peyğəmbərlərdənsən!
4.Düz yoldasan! (Doğru yol üzrə göndərilən peyğəmbərlərdənsən. Allahın əsl tövhid dini olan islam dinindənsən. Bu yolu tutub gedən haqqa yetişər).
5.Bu Quran (mülkündə) yenilməz qüvvət sahibi, (bəndələrinə) mərhəmətli olan (Allah) tərəfindən nazil edilmişdir ki,
6.(Onunla Cahiliyyət dövründə) ataları (Allahın əzabı ilə) qorxudulmamış və (Allahın hökmlərindən, imandan, tövhiddən) qafil olan bir tayfanı xəbərdar edib qorxudasan!
7.And olsun ki, onların əksəriyyəti barəsində o söz (əzəldən buyurduğumuz əzab hökmü) gerçək olmuşdur, çünki onlar (Allaha və Peyğəmbərinə) iman gətirməzlər. (Biz onların Ardı »

Qurani Keriməl-Munafiqun (Münafiqlər) surəsi

.63.
əl-Munafiqun (Münafiqlər) surəsi
(Mədinədə nazil olmuşdur, 11 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.(Ya Peyğəmbər!) Münafiqlər (riyakarlar) sənin yanına gəldikləri zaman: “Biz sənin, doğrudan da, Allahın Peyğəmbəri olduğuna şəhadət veririk!” -deyirlər. Allah sənin Onun həqiqi Peyğəmbəri olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir.
2.Onlar (yalan) andlarını özlərinə sipər edib (xalqı) Allahın yolundan döndərirlər. Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir!
3.Bunun səbəbi odur ki, onlar (dildə) iman gətirdilər, sonra isə (ürəklərində gizli) kafir oldular. Buna görə də onların ürəklərinə möhür vurulmuş, özləri isə anlamaz kimsələr olmuşlar.
4.(Ya Peyğəmbər!) Sən onları gördükdə cüssələri (boy-buxunları, gözəllikləri) xoşuna gəlir2, danışanda sözlərinə qulaq asırsan. Onlar, sanki (divara) söykədilmiş Ardı »

Qurani Keriməz-Zuxruf (Qızıl bəzəklər) surəsi

.43.
əz-Zuxruf (Qızıl bəzəklər) surəsi
(Məkkədə nazil olmuşdur, 89 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Ha, Mim!
2.(Haqqı batildən ayıran) açıq-aydın Kitaba and olsun ki,
3.Biz onu, anlaya biləsiniz deyə, ərəbcə Quran etdik.
4.Şübhəsiz ki, o, dərgahımızdakı əsl kitabda (lövhi-məhfuzda) mövcuddur. O, çox ucadır, çox hikmətlidir (yaxud ayələri baxımından çox möhkəmdir).
5.Siz (Allaha şərik qoşmaqla) həddi aşan bir qövmsünüz deyə, (sizi başlı-başına buraxıb) Quranı sizə təbliğ etməkdən vaz keçməliyikmi?! (Və ya: siz müşriksiniz deyə, sizi adam yerinə qoymayıb Quranla sizə öyüd-nəsihət verməməliyikmi?!)
6.Biz sizdən əvvəlkilərə (keçmiş ümmətlərə) də neçə-neçə peyğəmbərlər göndərmişdik.
7.Onlara elə bir peyğəmbər gəlməzdi ki, ona istehza etməsinlər!
8.Biz onlardan (Məkkə müşriklərindən) daha qüvvətli olanları məhv etdik. Ardı »

Qurani Kerim47. Muhamməd surəsi

47. Muhamməd surəsi

1. Kafir olanların və (insanları) Allah yolundan döndərənlərin əməllərini (Allah) puç edəcəkdir.

2. İman gətirib yaxşı əməllər edənlərin, Rəbbindən Muhəmmədə haqq olaraq nazil edilənə (Qurana) inanların isə günahlarının üstünü örtəcək, onların əhvalını (dünyada və axirətdə) düzəldəcəkdir (yaxşılaşdıracaqdır).

3. Bu ona görədir ki, kafirlər batilə uymuş, iman gətirənlər isə öz Rəbbindən gələn haqqa (Qurana) tabe olmuşlar. Allah insanlara özlərinə dair məsələləri belə çəkir!

4. (Ey möminlər!) Kafirlərlə (döyüş meydanında) qarşılaşdığınız zaman boyunlarını vurun. Nəhayət, onları məğlub (əzib şil-küt) etdikdə, (qaçmasınlar deyə, əl-ayaqlarını) kəndirlə möhkəm bağlayın. Sonra da müharibə bitdikdə onları ya (boyunlarına minnət qoyub) məccani, ya da fidyə müqabilində azad edin! (İstəsəniz əsirləri bağışlayıb pulsuz-parasız Ardı »

Qurani Kerim114. Ən-Nas (İnsanlar) surəsi

114. Ən-Nas (İnsanlar) surəsi

1. (Ya Peyğəmbər!) De: "Pənah aparıram insanların Rəbbinə.

2. İnsanların ixtiyar sahibinə.

3. İnsanların tanrısına.

4. Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən-

5. O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,

6. (O Şeytan ki) cinlərdən də olur, insanlardan da! [Və ya: (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!]" Ardı »

Qurani Keriməl-Əhzab (Dəstələr) surəsi

.33.
əl-Əhzab (Dəstələr) surəsi
(Mədinədə nazil olmuşdur, 73 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Ya Peyğəmbər2! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
2.Rəbbindən sənə vəhy olunana (Qurana) tabe ol. Allah, şübhəsiz ki, nə etdiklərinizdən xəbərdardır!
3.Allaha təvəkkül et. Allahın (bütün işlərdə sənə) vəkil olması kifayət edər!
4.Allah3 bir adamın sinəsində (daxilində) iki ürək yaratmamışdır. (Eləcə də iki Allah ola bilməz). Allah nə zihar etdiyiniz (arxasını ananızın arxasına oxşadaraq yaxınlıq etmədiyiniz, talağını verdiyiniz) zövcələrinizi4 sizə doğma ana, nə də oğulluğa götürdüklərinizi sizə doğma oğul etmişdir. (Onlar əslində öz atalarının oğullarıdır). Bunlar sizin dediyiniz boş (mənasız) sözlərdir. Allah doğru deyir və (bəndələrini) doğru Ardı »

Qurani Kerimət-Tin (Əncir) surəsi

.95.
ət-Tin (Əncir) surəsi
(Məkkədə nazil olmuşdur, 8 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.And olsun əncirə və zeytuna1;
2.And olsun (Allah-təalanın Musa ilə danışdığı) Tur dağına;
3.And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə) ki,
4.Biz insanı2 ən gözəl biçimdə yaratdıq!
5.Sonra da onu qaytarıb rəzillərin rəzili edərik3!
6.Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları minnətsiz (saysız-hesabsız) mükafat gözləyir.
7.(Ey kafir insan! Bu qədər öyüd-nəsihətdən) sonra səni dini (haqq-hesab gününü) yalan saymağa vadar edən nədir4?
8.Məgər Allah hakimlər hakimi (ən ədalətli, ən üstün hakim) deyilmi?! Ardı »