Qurani Kerim → 15. Ər-Hicr (Daşlı sahə) surəsi
1. Əlif, Lam, Mim, Ra! Bunlar (mükəmməl ilahi) Kitabın və açıq-aydın (möcüzə olan) Quranın ayələridir.
2. Kafirlər (qiyamət günü), yəqin ki, müsəlman olmalarını istərdilər!
3. (Ya Rəsulum!) Qoy (kafirlər) hələ (istədikləri kimi) yeyib içsinlər ,(dünyadan) ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın. (Düçar olacaqları müsibəti) sonra biləcəklər!
4. Biz heç bir məmləkəti (heç bir ölkənin əhalisini) əcəli (lövhi-məhfuzda onun üçün müəyyən edilmiş vaxt) gəlib çatmamış məhv etmədik.
5. Heç bir ümmət əcəlini nə qabağa çəkə bilər, nə də yubandıra bilər.
6. (Müşriklər Peyğəmbərə) belə dedilər: "Ey özünə Kitab nazil edilən kəs! Axı sən divanəsən!
7. Əgər sən doğru danışanlardansansa (Peyğəmbər olduğun barədəki iddian düzgündürsə), mələkləri bizə gətirsənə!"
8. (Allah onların Ardı »