Qurani Kerim → Fatir (Yaradan) surəsi
.35.
Fatir (Yaradan) surəsi
(Məkkədə nazil olmuşdur, 45 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
1.Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri (peyğəmbərlərə) elçi edən Allaha həmd olsun! (Allah) məxluqatda istədiyini artırar. Həqiqətən, Allah hər şeyə qadirdir!
2.Allahın insanlara əta etdiyi mərhəmətə (verdiyi nemətə, ruziyə) heç kəs mane ola bilməz. Onun vermədiyi bir şeyi də Özündən başqa heç kəs göndərə (verə) bilməz. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
3.Ey insanlar! Allahın sizə olan nemətini yada salın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı?! Ondan başqa heç bir tanrı yoxdur. Elə isə necə olur ki, (aldanıb haqdan) döndərilirsiniz?
4.Əgər (bu müşriklər) səni təkzib etsələr Ardı »