ət-Tin (Əncir) surəsi
						.95.
ət-Tin (Əncir) surəsi
(Məkkədə nazil olmuşdur, 8 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
1.And olsun əncirə və zeytuna1; 
2.And olsun (Allah-təalanın Musa ilə danışdığı) Tur dağına; 
3.And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə) ki, 
4.Biz insanı2 ən gözəl biçimdə yaratdıq! 
5.Sonra da onu qaytarıb rəzillərin rəzili edərik3! 
6.Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları minnətsiz (saysız-hesabsız) mükafat gözləyir. 
7.(Ey kafir insan! Bu qədər öyüd-nəsihətdən) sonra səni dini (haqq-hesab gününü) yalan saymağa vadar edən nədir4? 
8.Məgər Allah hakimlər hakimi (ən ədalətli, ən üstün hakim) deyilmi?!
Tarix: 21.11.2012 / 15:08 Müəllif: [Ram] Baxılıb: 504 Bölmə: Qurani Kerim
loading...