Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurani Kerim71. Nuh surəsi

71. Nuh surəsi

1. Həqiqətən, Biz Nuhu: "Qövmünə şiddətli bir əzab gəlməmişdən əvəl onları (Allahın əzabı ilə) qorxut!" - deyə öz tayfasına peyğəmbər göndərdik.

2. O dedi: "Ey qövmüm! Həqiqətən, mən sizi (Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!

3. Allaha ibadət edin, Ondan qorxun və mənə də itaət edin!

4. (Əgər belə etsəniz) O sizin günahlarınızdan keçər, sizə müəyyən vaxtadək (əcəliniz çatana qədər) möhlət verər (cəzanızı dünyada verməyib axirətə saxlayar). Allahın (əzəldən lövhi-məhfuzda) müəyyən etdiyi əcəl (ölüm) gəlib çatdıqda isə, o əsla təxirə salınmaz. Kaş biləydiniz!"

5. O dedi: "Ey Rəbbim! Mən qövmümü gecə-gündüz (imana, haqq yola) dəvət etdim!

6. Lakin dəvətim onların (imandan) qaçmalarını daha da artırmaqdan Ardı »

Qurani Kerim95. Ət-Tin (Əncir) surəsi

95. Ət-Tin (Əncir) surəsi

1. And olsun əncirə və zeytuna.

2. And olsun (Allah-təalanın Musa ilə danışdığı) Tur dağına.

3. And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə) ki,

4. Biz insanı ən gözəl biçimdə yaratdıq!

5. Sonra da onu qaytarıb rəzillərin rəzili edərik!

6. Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları münnətsiz (saysız-hesabsız) mükafat gözləyir.

7. (Ey kafir insan! Bu qədər öyüd-nəsihətdən) sonra səni dini (haqq-hesab gününü) yalan saymağa vadar edən nədir?!

8. Məgər Allah hakimlərin hakimi (ən ədalətli, ən üstün hakim) deyilmi?! Ardı »

Qurani Keriməl-Kəhf (Mağara) surəsi

.18.
əl-Kəhf (Mağara) surəsi
(Məkkədə nazil olmuşdur, 110 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Həmd2 olsun O Allaha ki, Kitabı (Quranı mənasında və sözlərində) heç bir əyriliyə (yanlışlığa və ziddiyyətə) yol vermədən Öz bəndəsinə (Muhəmmədə) nazil etdi!
2.(Allah kafirləri) Öz dərgahından gələcək şiddətli bir əzabla qorxutmaq, yaxşı əməllər edən möminlərə isə gözəl mükafata (Cənnətə) nail olacaqları ilə müjdə vermək üçün onu doğru-düzgün (qiyamətə qədər bütün bəşəriyyətə haqq yolu göstərən bir nur) olaraq endirdi.
3.Onlar orada (Cənnətdə) əbədi qalacaqlar!
4.O həm də (Quranı): “Allah Özünə övlad götürdü!” -deyənləri qorxutmaq üçün nazil etdi.
5.Bu barədə nə onların özlərinin, nə də (təqlid etdikləri) atalarının heç bir biliyi yoxdur. Onlar çox böyük-böyük Ardı »

Qurani KerimNuh surəsi

.71.
Nuh surəsi
(Məkkədə nazil olmuşdur, 28 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Həqiqətən, Biz Nuhu: “Qövmünə şiddətli bir əzab gəlməmişdən əvvəl onları (Allahın əzabı ilə) qorxut!” -deyə öz tayfasına peyğəmbər göndərdik.
2.O dedi: “Ey qövmüm! Həqiqətən, mən sizi (Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!
3.Allaha ibadət edin, Ondan qorxun və mənə də itaət edin!
4.(Əgər belə etsəniz) O sizin günahlarınızdan keçər, sizə müəyyən vaxtadək (əcəliniz çatana qədər) möhlət verər (cəzanızı dünyada verməyib axirətə saxlayar). Allahın (əzəldən lövhi-məhfuzda) müəyyən etdiyi əcəl (ölüm) gəlib çatdıqda isə, o əsla təxirə salınmaz. Kaş biləydiniz!”
5.O dedi: “Ey Rəbbim! Mən qövmümü gecə-gündüz (imana, haqq yola) dəvət etdim!
6.Lakin dəvətim onların (imandan) qaçmalarını Ardı »

Qurani Keriməl-Qiyamə (Qiyamət) surəsi

.75.
əl-Qiyamə (Qiyamət) surəsi
(Məkkədə nazil olmuşdur, 40 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.And içirəm qiyamət gününə;
2.And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz!)
3.Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?!
4.Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik!
5.Lakin insan (bundan sonra da) önündəkini (qiyaməti) danmaq (pis işlər görmək) istəyər.
6.Və (istehza ilə): “Qiyamət günü nə vaxt olacaqdır?” -deyə soruşar2.
7.Göz (heyrətdən) bərələcəyi;
8.Ay tutulacağı;
9.Günəşlə ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman-
10.Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” Ardı »

Qurani Keriməl-Ənbiya (Peyğəmbərlər) surəsi

.21.
əl-Ənbiya (Peyğəmbərlər) surəsi
(Məkkədə nazil olmuşdur, 112 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə, Allah dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər).
2.Rəbbindən onlara (bir-birinin ardınca) elə bir yeni xəbərdarlıq (öyüd-nəsihət) gəlməz ki, onu məsxərəyə qoyub dinləməsinlər;
3.Qəlbləri qəflət içində olaraq (ona qulaq asmasınlar). Zalımlar öz aralarında gizli pıçıldaşıb (bir-birinə): “Bu (Muhəmməd) sizin kimi ancaq adi bir insandır. (Onun gətirdiyi Quran sehrdən, cadudan başqa bir şey deyildir). Gözünüz görə-görə sehrəmi Ardı »

Qurani Keriməl-Ələq (Laxtalanmış qan) surəsi

.96.
əl-Ələq (Laxtalanmış qan) surəsi
(Məkkədə nazil olmuşdur, 19 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.(Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu2!
2.O, insanı laxtalanmış qandan yaratdı.
3.(Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!
4.O Rəbbin ki, qələmlə3 (yazmağı) öyrətdi.
5.(O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.
6.Xeyr4, insan azğınlıq edər,
7.Özünün dövlətli olduğunu gördüyü üçün!
8.Axı sənin axır dönüşün Rəbbinədir!
9.Gördünmü o kimsəni (Əbu Cəhli) ki, mane olur
10.Bir bəndəyə (sənə) namaz qıldığı vaxt?
11.Bir de görək, əgər o (bəndə) doğru yoldadırsa,
12.Yaxud (xalqa Allahdan) qorxmağı əmr edirsə, (həmin kimsə belə bir əməl sahibinin namaz qılmasına nə üçün mane olur, ona Ardı »

Qurani Keriməl-Bəyyinə (Açıq-aydın dəlil) surəsi

.98.
əl-Bəyyinə (Açıq-aydın dəlil) surəsi
(Məkkədə nazil olmuşdur, 8 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Kitab əhlindən1 (yəhudilərdən və xaçpərəstlərdən) kafir olanlar və müşriklər özlərinə açıq-aşkar bir dəlil gəlməyənə qədər (dinlərindən) ayrılan deyildilər.
2.(Bu açıq-aşkar dəlil isə) pak səhifələri onlara oxuyan, Allah tərəfindən göndərilmiş peyğəmbərdir (Muhəmməd əleyhissəlamdır).
3.O səhifələrdə doğru-dürüst hökmlər vardır.
4.Kitab əhli yalnız özlərinə açıq-aydın dəlil (Peyğəmbər və Quran) gəldikdən sonra (dində) ayrılığa düşdülər (onlardan kimisi Peyğəmbərə iman gətirdi, kimisi onu inkar etdi, kimisi də şəkk-şübhə içində qaldı).
5.Halbuki onlara əmr edilmişdi ki, Allaha -dini yalnız Ona xas edərək, batildən haqqa (islama) dönərək -ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!
6.Həqiqətən, kitab əhlindən kafir olanların Ardı »