114. Ən-Nas (İnsanlar) surəsi
1. (Ya Peyğəmbər!) De: "Pənah aparıram insanların Rəbbinə.
2. İnsanların ixtiyar sahibinə.
3. İnsanların tanrısına.
4. Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən-
5. O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,
6. (O Şeytan ki) cinlərdən də olur, insanlardan da! [Və ya: (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!]"
Tarix: 10.06.2015 / 16:28 Müəllif: Aziza Baxılıb: 110 Bölmə: Qurani Kerim
loading...