Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

əl-Mutəffifin (Çəkidə və ölçüdə aldadanlar) surəsi

.83.
əl-Mutəffifin (Çəkidə və ölçüdə aldadanlar) surəsi
(Məkkədə nazil olmuşdur, 36 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Vay halına çəkidə və ölçüdə aldadanların2!
2.O kəslər ki, özləri insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar,
3.Onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər.
4.Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?!
5.Özü də dəhşətli bir gündə?!
6.O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda duracaqlar!
7.Xeyr3! Şübhəsiz ki, pis əməllərə uyanların (kafirlərin) əməl dəftəri4 (şeytanların əməllərinin yazıldığı və ya Cəhənnəmin ən alt təbəqəsi olan) Siccindədir5!
8.Sən nə bilirsən (haradan bilirsən) ki, Siccin nədir?! (Və ya: Siccin nədir, bilirsənmi?)
9.O, yazılı bir kitabdır!
10.O gün vay halına yalan sayanların!
11.O kəslər ki, haqq-hesab gününü yalan sayarlar6.
12.Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar.
13.Ayələrimiz ona7 oxunduğu zaman: “(Bunlar) əvvəlkilərin əfsanələridir8 (uydurmalarıdır!)” -deyər.
14.Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır.
15.Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar!
16.Sonra9 Cəhənnəmə vasil qalacaqlar.
17.Sonra da onlara: “Bu sizin (dünyada) yalan saydığınız (Cəhənnəmdir)!” deyiləcəkdir.
18.Xeyr! (Möminlərlə kafirlər eyni ola bilməzlər). Şübhəsiz ki, yaxşı əməl və itaət sahibi olan möminlərin əməl dəftəri (Allahın ən müxlis bəndələrinin əməlləri yazıldığı və ya Cənnətin ən yüksək mərtəbəsi olan) İlliyyundadır!
19.Sən nə bilirsən (haradan bilirsən) ki, İlliyyun nədir10?!
20.O, yazılı bir kitabdır11.
21.Onu ancaq (Allaha) yaxın olan mələklər görə bilər!
22.Həqiqətən, yaxşı əməl və itaət sahibi olan möminlər Nəim cənnətlərində olacaqlar.
23.Onlar taxtlar12 üstündə (əyləşib Allahın hazır etdiyi nemətlərə) tamaşa edəcəklər.
24.Sən13 (ey Peyğəmbər!) onların üzlərində cənnət sevinci görəcəksən!
25.Onlara (gözəl ətirli, təmiz) möhürlü (qablarda olan) şərab (rəhiq) içirdiləcəkdir14.
26.Onun (içində rəhiq olan qabın) möhürü müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar!
27.Ona təsnim (suyu) qatılmışdır15.
28.O (təsnim) elə bir çeşmədir ki, ondan (təmiz halda) yalnız (Allaha) yaxın olanlar içər (qalanlara isə o rəhiq şərabına qatılıb verilər).
29.Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər.
30.(Möminlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər.
31.Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar.
32.Onları (möminləri) gördükdə: “Doğrusu, bunlar (haqq yoldan) azanlardır!” -deyirdilər.
33.Halbuki onlara (möminlərə) nəzarətçi göndərilməmişdir.
34.Bu gün isə möminlər kafirlərə güləcəklər.
35.Onlar taxtlar üstündə (əyləşib) baxacaqlar (görsünlər ki,)
36.Kafirlər etdikləri əməllərinin cəzasını aldılarmı?! (Əlbəttə, aldılar!)


Tarix: 21.11.2012 / 15:11 Müəllif: [Ram] Baxılıb: 443 Bölmə: Qurani Kerim
loading...