Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanGölkənd

Haqqında[redaktə]
Gölkənd kəndi Qаrаqоyunlu elinin kəndlərindən biri olaraq Ermənistan SSR-in Mixaylovka – Çəmbərək (Krasnoselsk) rayonunda, rayon mərkəzindən 16 km şimal-qərbdə, Tərsəçay sahilində meşə ilə örtülü səfalı bir yerdə azərbaycanlılar yaşamış kənddir. Kəndin azərbaycanlı əhalisi 1831-ci ildə 357, 1886-cı ildə 2157, 1914-cü ildə 1866, 1922-ci ildə 1015, 1931-ci ildə 1279, 1959-cu ildə 1123, 1979-cu ildə 2022 nəfər olub. Gölkənd kəndindəki son azərbaycanlılar 1988-ci ildə faciəli olaylar zamanı kənddən bütünlüklə qovulmuş və orada ermənilər məskunlaşdırılmışdır. Kəndin adı 1991-ci ildə "Ayqut" olaraq dəyişdirilmişdir. Hazırda Göyçə mahalının da daxil olduğu Geğarkunik marzına daxildir.

Gölkənd Qaraqoyunlu dərəsinin ən böyük və möhtəşəm kəndlərindən biri olub. Adından da məlum olduğu Ardı »

Qərbi AzərbaycanƏli (Alyoşa) Bayramov

Həyatı[redaktə]
15 mart 1934-cü ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunda dünyaya göz açmışdır. Anasını və atasını hələ uşaq ikən itirən Əli 3-cü sinifi bitirdikdən sonra təhsilini Eksterni imtahan verib 7-ci sinifə qəbul olundu. 1950-ci ildə Xanlar pedaqoji texnikumunu fərqlənmə diplomu ilə bitirdi. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, bu ali məktəbi də fərqlənmə diplomu ilə başa vurdu.
Fəaliyyəti[redaktə]
Qəlbən bağlandığı müəllimlik peşəsini hər şeydən üstün tutub doğma rayonuna qayıtdı, ömrünü bu püşəyə həsr etdi. 1956-cı ildən 1988-ci ilədək Balıqlı kəndində məktəb direktoru işlədi. Ermənistanda yaşayan 200-mindən çox soydaşı kimi onun da bəxtinə qaçqınlıq düşdü . Bakıya köçməli oldu. Dağların, yaylaqların, Ardı »

Qərbi AzərbaycanÇəmbərək rayonu

Çəmbərək - Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Göyçə mahalı (5 kənd) və Qaraqoyunlu mahalı (5 kənd xaric) ərazisində rayon. Hazırda Ermənistanın Geğarkunik marzının (vilayət) tərkibindədir.

1937-ci il dekabrın 31-də yaradılıb. Həmin ilə qədər Dilican rayonunun tərkibinə daxil olub. Ərazisi 697 kv km-dir. Rayon mərkəzi Ağstafaçay çayının qolu olan Getik çayının sahilində yerləşən Qırmızıkənd (dəyişdirilmiş adı Mixaylovka, Krasnoselsk) qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 125 km-dir.

Rayon ərazisində malakanlar da yaşayırdılar. Onlar bu ərazilərə XVIII əsrin əvvəllərinə Çar Rusiyası tərəfindən köçürülmüşlər. 1918-1919-cu illərədə bu ərazilər də ermənilərin hücumlarına məruz qalmışdır. 1920-ci iln sonuna kimi Gəncə (Yelizavetpol) quberniyasının Qazax qəzasının Çəmbərək nahiyyəsi kimi Azərbaycanın Ardı »

Qərbi AzərbaycanPəmbək mahalı

Pəmbək mahalı - Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisində tarixi mahal.

Kəndləri: Saral,Arcut, Qursalı, Qızılörən, Hallavar

Tarixi[redaktə]
Pəmbək və Bazum dağ silsilələri arasındakı ərazini əhatə edir. Pəmbək silsiləsi Gümrü şəhərindən Göyçə gölünün Şimal–Qərb hissəsinə qədər uzanır. Ən hündür zirvəsi 3101 m-dir. Ermənistan SSR-in rayonlaşdırılması zamanı mahalın ərazisi əsasən Hamamlı rayonu və Böyük Qarakilsə rayonu arasında bölünmüşdür.

Bu ərazi tarixin müəyyən mərhələsində Borçalı sultanlığına daxil olub. Ardı »

Qərbi AzərbaycanSultanabad

Tarixi[redaktə]
Sultanabad - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 20 km şimal-qərbdə, Arpagölün yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Kəndin sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kənddə yaşayanların qarapapaqlar olduğu göstərilir.

Qarapapaqlar azərbaycanlıların etnoqrafik qruplarından biri olmuşdur və türk tayfalarından biridir.

Kənddə 1886-cı ildə 171 nəfər, 1897-ci ildə 249 nəfər, 1908-ci ildə 286 nəfər, 1914-cü ildə 384 nəfər qarapapaqlar yaşamışdır. 1916-cı ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşdur. 1920-ci il noyabrın 29-da indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdir. Burada 1922-ci ildə 144 nəfər, 1926-cı ildə 198 nəfər, 1931-ci ildə 224 nəfər, 1970-ci ildə 219 nəfər, 1987-ci Ardı »

Qərbi AzərbaycanAbuzər Xələfov

Abuzər Xələfov (tam adı:Xələfov Abuzər Alı oğlu) — Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar mədəniyyət işçisi, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor. Həyatı[redaktə]
Abuzər Xələfov 1931-ci ildə Göyçə mahalının Cil kəndində anadan olub. 1950-ci ildə Göyçənin Toğluca kəndində orta məktəbi bitirdikdən sonra indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinin kitabxanaşünaslıq və biblioqrafiya şöbəsinə daxil olmuşdur. A.Xələfov ali təhsilini başa vuran il BDU-da müəllim saxlanmışdır. 1962-ci ildə А.Хələfоvun fəаl iştirаkı ilə BDU-nun Kitаbхаnаçılıq şöbəsi müstəqil Kitаbхаnаçılıq fаkültəsinə çеvrilmiş, о, bu fаkültənin ilk dеkаnı Ardı »

Qərbi AzərbaycanSalman Vilayətoğlu - Kitabları və məqalələri

Kitabları[redaktə]
"Desən öldürərlər, deməsən olmur", Bakı: 2006. 120 səh.
"Oğuz elinin müqəddəs ocağı: Göyçə", Bakı: "TS", 2006. 512 səh.
"Beşikdən qəbrə qədər...", Bakı: "Adiloğlu", 2007. 132 səh.
Məqalələri[redaktə]
"Dağlar çökəndə..." (Çingiz Aytmatov haqqında rekviye), "Birlik" dərgisi - İyun 2008-ci il, №1.
"Qəmdən var olan incilər". "Ekran efir" qəzeti.
Exinokokk ekstazı... : və eliziumdakı endemiya // Kaspi. - 2005. - 23 mart . - №53. - s. 4 // Kaspi. - 2005. - 25 mart. - №55. - s. 4..
Ekzistensializm və əxlaq:bunlar bir araya sığarmı?! // Kaspi. - 2005. - 25 mart №55. - S. 4..
Qərbsayağı humanizm // Kaspi. - 2005. - 30 mart №58. - s. 4..
Cinayət xarakterli Ardı »

Qərbi AzərbaycanŞəki şəlaləsi

Şəki şəlaləsi (erm. Շաքիի ջրվեժ) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində, keçmiş Qarakilsə rayonunun Şəki kəndi yaxınlığında yerləşən şəlalə.

Sisiyan rayonu mərkəzindən 6 km şimalda yerləşən şəlalənin hündürlüyü 18 metr olmaqla Ermənistanın ən hündür şəlaləsi statusunu daşıyır. Şəlalə Bazarçayın 18 km uzunluqlu kiçik qolu Şəkiçay üzərində yerləşir. Ardı »