Qərbi Azərbaycan → Erebuni qalası
E.ə.782-ci ildə Urartu çarı I Argişti tərəfindən indiki İrəvan şəhəri ərazisində, şəhərin Cənub-Şərq tərəfində Qanlıtəpə adlı yerdə salınmış şəhər-qala. E.ə.4-cü əsrə qədər mövcud olub.
Buradan tapılan 13 sətrdən ibarət mixi yazı lövhəsində qalanın Menuanın oğlu Biyan(Uratu)ölkəsi və Tuşbi şəhərinin hakimi Argişti tərəfindən salındığı və Erebuni adlandırıldığı yazılıb. Qanlıtəpənin zirvəsindəki meydan 2 hektar olsa da, qala təxminən 50 hektar ərazini tutur.
Mənbələrdə İşpuini kimi də qeyd olunan qalanın əsl adı türkcə Erbiuni olmaqla "Er-bi" (ərlər boyu) və "-uni" (urartu dilində "ölkə") deməkdir və "Ərlər boyunun ölkəsi" anlamını verir. Erebuninin İrəvan şəhərinin ilkin adı olduğu da güman edilir. Ardı »