Qərbi Azərbaycan → Vedi rayonu
Tarixi[redaktə]
1930-cu il sentyabrın 9-da yaradılıb. 1968-ci il mayın 5-nə qədər Vedi rayonu, həmin tarixdən isə Ararat rayonu adlandırılıb. Ərazisi 1399 kv. km-dir. Rayon mərkəzi Böyük Vedi rayonudur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 49 km-dir.
Vedi rayonu Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ilə Türkiyə arasında dağarası düzənlik olan Ağrı vadisində yerləşir. Bu düzənliyin uzunluğu 90 km, dəniz səviyyəsindən hündürlüyü 850-1000 metrdir. Araz çayı da bu düzənlikdən axır. Düzənlik Cənub tərəfdən Ağrı dağ vulkan massivi ilə əhatələnib. Rayon ərazisindən Vedi çayı axır və Şidli kəndində Araza tökülür.
Şidli toponimi Şəddadilərlə əlaqələndirilir. Tarixi məlumatlara görə Vedi mahalı ərazisində 75 kənd olub və onların əksəriyyəti də Ardı »