Qərbi Azərbaycan → Gərnibasar mahalı
Gərnibasar - İrəvan xanlığında mahal.
Mahalda 52 yaşayış məntəqəsi var idi. Burada 1829-cu ilə kimi 4176 nəfər azərbaycanlı, 145 erməni yaşamışdır. 1829-1830-cu illərdə əraziyə İrandan 5359 erməni köçürülərək azərbaycanlılar yaşayan kəndlərdə yerləşdirilmişdir. Mahalın adı ərazidən axan Gərniçay çayının adından götürülmüşdür. Toponim iki komponentdən ibarətdir. Birinci komponent urartu dilində «qala» mənasında işlənən gərini sözü ilə qıpçaq mənşəli basar etnonimi əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu etnotoponimdir. Ardı »