Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanZəngibasar kəndləri

Zəngibasar rayonuAğcaqışlaq • Ağahəmzəli • Arbat • Aşağı Necili • Azadaşen • Böyük Şöllü • Cəbəçəli • Cəfərabad • Çobankərə • Çöllü Mehmandar • Eyləs • Göykümbət • Gələrə • Hacıelləz • Hacıhəsən evləri • Həbilkənd • Xaraba Kolanı • Xarberd • Xarratlı • İlxı Qoruğu • Kələley • Kiçik Şöllü • Qaraqışlaq • Qulucan • Oruclular • Reyhanlı • Rəhimabad • Rəncbər • Sarıcalar • Sarvanlar • Seyidkənd • Təzəkənd • Uluxanlı • Yengicə • Yuxarı Necili • Zəhmət • Zəngilər Ardı »

Qərbi Azərbaycanİldırım Qasımlı - Yaradıcılığı

İstedadlı pedaqoq, alim, teatrşünas və jurnalist kimi tanınan İldırım Qasımlı yüksək ictimai rəyə malik olan ziyalılarımızdandır.

İ.Qasımlı APİ-nin tarix-filologiya fakültəsində oxuyarkən burada F.Qasımzadə, Ə.Dəmirçizadə, İ.Şıxlı, Ş.Qurbanov, K.Qəhrəmanov, S.Əfəndiyev, Ə.Hüseynova kimi yazıçı və alimlərdən dərs alması onun ədəbi-estetik dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. İnstitutun yuxarı kurslarından başlayaraq "Ədəbiyyat və incəsənət", "Azərbaycan müəllimi", "Azərbaycan gəncləri", "Pioner", "Sumqayıt", "Azərbaycan", "Ulduz", "Literaturnı Azerbaydjan" və başqa qəzet və jurnallarda publisist və ədəbi-tənqidi məqalələrlə çıxış edir. İ.Qasımlı 1967-1969-cu illərdə "Sumqayıt" qəzetində ədəbi işçi və məsul katib vəzifələrində çalışmışdır.

İldırım müəllim pedaqoji fəaliyyətə Sumqayıt məktəblərində başlamışdır. Şəhərdəki politexnikumda, tibb məktəbində, pedaqoji seminariyada Azərbaycan dili və tarix, ədəbiyyat, fəlsəfə, politologiya, iqtisad Ardı »

Qərbi AzərbaycanŞahin Məmmədov (şəhid)

Məmmədov Şahin Səməd oğlu - Azərbaycan şəhidi.

Həyatı[redaktə]
18 avqust 1965-ci ildə Göyçə mahalının Krasnoselski (Çəmbərək) rayonunda anadan olub. 1988-ci ildə Erməni millətçilərinin təzyiqi nəticəsində Bakı şəhərinə köçüblər. Həmin il Bakı Plan-Uçot Texnikumuna daxil olub. Montin Maşınqayırma Zavodunda çilingər işləmişdir. 1991-ci ildə ailə həyatı qurmuş və bir qız övladı olmuşdur.

1994-cü ilin yanvar ayında Milli Orduya getmişdir. Elə həmin ayda da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. Ardı »

Qərbi Azərbaycanİsmayıl Əliyev

Həyatı[redaktə]
İsmayıl Əhmədəli oğlu Əliyev 1947-ci il fevral ayının 27-də Ermənistan SSR Meğri rayonunun Nüvədi kəndində müəllim ailəsində anadan olmuşdur. 1954-1961-ci illərdə Nüvədi kənd 7 illik məktəbində oxumuş, kənddə orta məktəb olmadığı üçün orta təhsilini həmin kənddə axşam növbəli kəndli-gənclər məktəbində başa vuraraq, 1965-ci ildə qızıl medalla bitirmişdir.

1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə ixtisas fənnindən əla qiymət almaqla qəbul olmuş, 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmiş, təyinatla Universitetdə saxlanılaraq üzvi kimya kafedrasında üç ay baş laborant vəzifəsində işləmiş, 01.12.1970-01.12.1973-cü illərdə həmin kafedranın əyani aspiranturasında oxumuşdur.

1976-cı ilin may ayında Azərbaycan Dövlət Universitetində 02.00.03 - Üzvi kimya Ardı »

Qərbi AzərbaycanVedi rayonu

Tarixi[redaktə]
1930-cu il sentyabrın 9-da yaradılıb. 1968-ci il mayın 5-nə qədər Vedi rayonu, həmin tarixdən isə Ararat rayonu adlandırılıb. Ərazisi 1399 kv. km-dir. Rayon mərkəzi Böyük Vedi rayonudur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 49 km-dir.

Vedi rayonu Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ilə Türkiyə arasında dağarası düzənlik olan Ağrı vadisində yerləşir. Bu düzənliyin uzunluğu 90 km, dəniz səviyyəsindən hündürlüyü 850-1000 metrdir. Araz çayı da bu düzənlikdən axır. Düzənlik Cənub tərəfdən Ağrı dağ vulkan massivi ilə əhatələnib. Rayon ərazisindən Vedi çayı axır və Şidli kəndində Araza tökülür.

Şidli toponimi Şəddadilərlə əlaqələndirilir. Tarixi məlumatlara görə Vedi mahalı ərazisində 75 kənd olub və onların əksəriyyəti də Ardı »

Qərbi AzərbaycanMirzə Allahverdiyev - Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı

2003 - Rusiya, Moskva ( 10-cu MMC üzrə Ümumdünya Simpoziumu)
2004-2008 – Türkiyə, Kipr (Ulusal Kimya Konqresi),
2004 – Çexiya, Praqa (10-cu Kimya və Mühəndislik Prosesləri üzrə Ümumdünya Konqresi)
2004 – Rusiya, Moskva («Moskva Universitetində kimya dünya elmi kontekstində»)
2005 – ABŞ, Yuta (39-cu Milli Üzvi Kimya Simpoziumu)
2005 – İtaliya, Piza (11-ci MMC üzrə Ümumdünya Simpoziumu)
2006 - İtaliya, Urbino (Tibbi Kimya Avropa Məktəbi, elmlər namizədləri üçün Milli seminar)
2006 - Türkiyə, Kayseri (Ulusal Kimya Konqresi)
2006 – Meksika, Mexiko (16-cı Ümumdünya üzvi sintez konfransı)
2007 – Polşa, Varşava (Avropa Materiallar Tədqiqatları Cəmiyyəti)
2007 – Türkiyə, Ərzurum (Atatürk Universitetinin 50 illik yubileyinə həsr olunan Beynəlxalq Üzvi Kimya konfransı)
2007 – Belgiya,Antverpen Ardı »

Qərbi AzərbaycanƏvəz Ələkbərov

Əvəz Əkbər oğlu Ələkbərov (23 iyul 1952, Göyçə, Ermənistan SSR) - iqtisad elmləri doktoru, Azərbaycan Respublikasının sabiq maliyyə naziri (1999-2006).

Həyatı[redaktə]
Əvəz Ələkbərov 1952-ci il iyulun 23-də Ermənistanın (Qərbi Azərbaycanın Göyçə mahalı) Krasnoselski rayonunun Cil kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1969-cu ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1973-cü ildə həmin institutun uçot-iqtisad fakultəsini bitirib, iqtisadçı ixtisası almışdır. İnstitutu bitirdikdən sonra bir müddət Bakı Baş tikinti idarəsində mühasib-hesabdar işləmişdir.

1973-cü ilin noyabrından bir il Belarusiyanın Brest vilayətində hərbi xidmətdə qulluq etmişdir.

İyun 1975-ci ildən oktyabr 1981-ci ilə kimi Azərbaycan Kənd Tikinti Nazirliyinin "Azərkəndquraşdırmatikinti" trestində iqtisadçı, böyük iqtisadçı, plan şöbəsinin rəisi, trest Ardı »

Qərbi AzərbaycanQoşunəli Şamoyev

Həyatı[redaktə]
Şamoyеv Qoşunəli Novruz oğlu, 15 mart 1928-ci ildə Göyçə mahalının Basarkеçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1943-cü ildə Daşkənd kənd orta məktəbini bitirib. 1944-1946-cı illərdə Yuxarı Şorca kənd yеddi illik məktəbində, 1947-1950-ci illərdə isə Daşkənd kənd orta məktəbində müəllim işləmişdir.

1949-cu ildə İrəvan Pеdaqoji Institutunun "Azərbaycan dili və ədəbiyyatı" fakültəsinə daxil olub və 1957-ci ildə Azərbaycan Dövlət Pеdaqoji Ins-titutunun qiyabi şöbəsini bitirmişdir.

1950-1953-cü illərdə sovеt ordusunda hərbi xidmətdə olmuş və 1952-ci ildə Sovеt İttifaqı Kommunist Partiyasının sıralarına qəbul еdilmişdir.

1953-1956-cı illərdə yеnidən Daşkənd kənd orta məktəbində müəllim işləmişdir.

1956-cı ildən 1959-cu ilə qədər Basarkеçər rayon Partiya Komitəsində təlimatçı və şöbə müdiri vəzifələrində işləyib.

1968-ci ildə maarif Ardı »