Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanPolad Ayrım

Haqqında[redaktə]
Ermənistan SSR-in İcevan (Karvansara) rayonunda, Polad çayının mənbəyi yaxınlığında, rayon mərkəzindən 18 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 567, 1914-cü ildə 381, 1931-ci ildə 452 nəfər olub. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulmuşlar.

Tarixi[redaktə]
Polad kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il Ardı »

Qərbi AzərbaycanƏmirxeyir

Əmirxeyir (1991-ci ildən Kalavan) - Qaraqoyunlu mahalında kənd. İndiki adı Kalavan.

Haqqında[redaktə]
Əmirxeyir (1991-ci ildən Kalavan) Ermənistan SSR-in Krasnoselsk (Mixaylovka – Çəmbərək) rayonunda, rayon mərkəzindən 33 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Bəriabad kəndi ilə birləşdirilmişdir. 1873-cü ildə 161, 1926-cı ildə 216, 1931-ci ildə 250, 1959-cu ildə 342, 1970-ci ildə 712 nəfər azərbaycanlı əhalisi olmuşdur. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşlar.

1988-ci ildə ancaq kənddə yaşayanları nəzərə alsaq, cəmi 300 ailədən ibarət olan Salah və Əmirxeyir kəndlərində doğulmuş olan 11 elmlər doktoru, 29 elmlər namizədi var idi. Bu rəqəm hər 7-8 ailəyə bir alim düşdüyünü göstərir. Bu, çox yerlərdə rast gəlinməyən, kifayət qədər Ardı »

Qərbi AzərbaycanArmudlu (Şörəyel)

Armudlu - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Artik rayonunda kənd.

Tarixi[redaktə]
Rayon mərkəzindən 9 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim armud bitki adına çoxluq mənası bildirən "-lu" şəkilçisinin artırılması ilə düzəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Erm.SSR AS RH-nin 31.V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Tufaşen (Tuf kəndi) qoyulmuşdur. Ardı »

Qərbi AzərbaycanEllər rayonu

Ellər - Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qırxbulaq mahalı ərazisində rayon.

1930-cu il,sentyabrın 9-da yaradılıb. 1961-ci il,oktyabrın 12-nə qədər Kotayk rayonu,həmin tarixdən etibarən isə Abovyan rayonu adlandırılıb. Ərzisi 844 kv km-dir. Rayon mərkəzi respublika tabeli Ellər (dəyişdirilmiş adı Abovyan) şəhəridir.Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 16 km-dir.

Göyçə (dəyişdirilmiş adı Geğam) yaylasının bir hissəsi rayon ərazisinə düşür.Əjdaha dağı (h.3598 m) həmin yaylanın bu rayon ərazisindəki ən hündür zirvəsidir.

1948-1951-ci illərin köçürmə siyasətinə ən çox məruz qalan rayonlardan biridə Ellər rayonudur. Bu illərdə rayonun Ellər, Başkənd, Avdallar, Göykilsə, Çadqıran, Dəlləkli, Muradtəpə, Alakilsə, Ağadərəsi, Yelqovan, Zar,Şahab, Təzəkənd, Tutiyyə, Qaraqala, Kərpicli, Ərtiz və başqa rayonlarının azərbaycanlı əhalisi Ardı »

Qərbi AzərbaycanNizami Qocayev

Həyatı[redaktə]
Nizami Mehralı oğlu Qocayev 1955-ci ildə anadan olmuşdur.

Nizami Qocayev vaxtilə DİN-in İstintaq İdarəsinin rəisi olub. O, 1999-cu ildə bir sıra ağır cinayətlərdə ittiham olunaraq, həbs edildi. Məhkəmə tərəfindən ona verilən cəzanın bir hissəsini çəkdikdən sonra dövlət başçısı tərəfindən əfv olundu. Bəraət aldıqdan sonra isə yenidən daxili işlər orqanlarına bərpa edildi.

Nizami Mehralı oğlu Qocayev Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2000-ci il 13 mart tarixli hökmü ilə məhkum edilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 13 mart 2002-ci il tarixli 678 saylı fərmanı ilə Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Nizami Mehralı oğlu Qocayev cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir.

İsmayıllı rayon polis şöbəsinin rəisidir. Ardı »

Qərbi AzərbaycanHüseyn İsmayılov

Həyatı[redaktə]
Hüseyn İsmayılov 1952-ci il dekаbrın 10-dа Ermənistаn SSR, Krаsnoselo rаyonunun Аğbulаq kəndində аnаdаn olmuşdur. 1970-ci ildə həmin kənddə ortа məktəbi bitirmiş, 1970-ci ildə V.İ.Lenin аdınа Аzərbаycаn Dövlət Pedаqoji İnstitutunun filologiyа fаkültəsinə dахil olmuş, 1974-cü ildə təhsilini tаmаmlаmışdır. 1974-cü ildə Ermənistаn SSR Аrаrаt rаyonunun Şirаzlı kənd ortа məktəbində dil-ədəbiyyаt müəllimi kimi əmək fəаliyyətinə bаşlаmış, 1975-ci ilin mаy аyındаn 1976-cı ilin iyun аyınаdək hərbi хidmətdə olmuşdur. İrəvаn Dövlət Pedаqoji İnstitutundа 1976-cı ilin oktyаbr аyındаn 1988-ci ilin sentyаbrınаdək Ermənistаn Dövlət Pedаqoji İnstitutunun Аzərbаycаn dili, ədəbiyyаtı və onlаrın tədrisi metodikаsı kаfedrаsındа müəllim işləmişdir. Аzərbаycаn, rus, хаrici ölkələr ədəbiyyаtındаn mühаzirələr oхumuşdur.

1986-cı ildə Аzərbаycаn EА Nizаmi аdınа Ardı »

Qərbi AzərbaycanArdanış - İncəsənəti

Ardanışda zəngin ədəbi və incəsənət mühiti olub. Bu mühit illər boyu formalaşıb və dövrün tələblərinə uyğun olaraq zənginləşib. Ardanışda İrəvan, Gəncə, Naxçıvan teatrlarının kəndə qastrol səfərləri olurdu. Azərbaycandan gələn müğənni, xanəndə və aşıqların konsertləri əhalinin musiqi zövqünün formalaşmasına xidmət edirdi.

Ardanışın 450 yerlik müasir mədəniyyət evində müxtəlif sahələr üzrə özfəaliyyət kollektivləri fəaliyyət göstərirdi. Qeyd etmək lazımdır ki, erməni məmurları bu obyektlərin tikilməsində o qədər də maraqlı deyildilər, əksinə imkan daxilində bu işə mane olmağa çalışırdılar. 1964-cü ildə müasir klub binası inşa edilib.

Ardanış kəndində 40-cı illərin sonlarından etibarən klub binası olmadığı bir dövrdə belə teatr tamaşaları hazırlanıb. Teatr mütəxəssisləri olmasa da bu tamaşalar Ardı »

Qərbi AzərbaycanYuxarı Necili

Tarixi[redaktə]
Yuxarı Necili - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 1,5 km şimalda yerləşir. 1969 - cu ildə Zəngibasar (Masis) rayonu təşkil edilənədək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində (348, s.186) qeyd edilmişdir.

Kənddə 1831-ci ildə 155 nəfər, 1873 - cü ildə 540 nəfər, 1886-cı ildə 654 nəfər, 1897-ci ildə 791 nəfər, 1908-ci ildə 933 nəfər, 1914 - cü ildə 945 nəfər, 1916-cı ildə 732 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.48-49, 128-129). 1918-ci ilin sonu 1919 - cu ilin əvvəllərində kəndin sakinləri erməni təcavüzünə məruz qalraq deportasiya olunmuşdur (309, s.220). Yalnız indiki Ermənistanda Sovet hökuməti Ardı »