Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanToxluca - Heyvanat aləmi

Toxluca ərazisində canavar, çaqqal, porsuq,sincab, kor siçan,tülkü, gəlincik, kirpi, dovşan, ilan, qaya kərtənkələsi və keçəmən yaşayır. Əvəllər kəndin ətrafı sıx meşəlik imiş və bu meşələrdə maral, ayı və digər heyvanlar geniş yayılıbmış. İnsan fəaliyyəti nəticəsində məhv olub və burada yaşayan heyvan növlərinin nəsli kəsilmişdir. Məməli heyvanlardan əlavə, Toxluca ərazisində çoxlu quş növü, o cümlədən kəklik ("Qırmızı kitab"a düşüb), boz sərçə, qartal, torağay, qırğı, arı quşu, sarıköynək, qarğa, sığırçın, alabaxta, bildirçin, qaranquş, şanapipik (hop-hop), çobanaldadan, ağacdələn, göyərçin, bayquş, alacəhrə və sağsağan, "Göyçə gölü"ndə qağayı, su ördəyi, qarabatdaq, mövsümlə əlaqədar olaraq hacıleylək və digər köçəri quşlar da yaşayır. Faunanın tərkib hissəsi sayılan həşəratlara Ardı »

Qərbi AzərbaycanSona Salmanova

Sona Salmanova — «Əməkdar hüquqşünas», Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini.

Həyatı[redaktə]
Sona Sadıx qızı Salmanova 12 may 1956-ci ildə Ermənistan Respublikasının Spitak rayonunda (Pəmbək mahalı) anadan olmuşdur. 1963-cü ildə Gəncə şəhər 29 saylı orta məktəbə daxil olmuş və 1973-cü ildə həmin məktəbi bitirmişdir.

1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini, 1984-cü ildə Moskva şəhərində hakimlərin ixtisasını təkmilləşdirilmə kurslarını bitirmişdir, 1988-ci ildə SSRİ Ali Məhkəməsində təcrübə keçmişdir. 1979-cu ildən 1980-ci ilədək Bakı şəhər Məhkəməsində məhkəmə iclas katibi, 1980-ci ildən 1983-cü ilin iyul ayına qədər Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun katibi, Ali Məhkəmə Rəyasət Heyəti və Plenumu katibliyinin müdiri olmuşdur.

1983-1998-ci illərdə Azərbaycan Respublikası Ardı »

Qərbi AzərbaycanAbuzər Xələfov - Təhsili, elmi dərəcə və elmi adları

1950-1955, Bаkı Dövlət Univеrsitеtinin Filоlоgiyа fаkültəsinin kitаbхаnаçılıq şöbəsi;
1961, t.e.n. "Аzərbаcаndа kitаbхаnа işinin tаriхindən (1920-1932-ci illər)" mövzusundа namizədlik dissеrtаsiyаsı;
1964, dоsеnt;
1975, t.e.d., "Аzərbаycаndа kitаbхаnа işinin tаriхi (1933-1958-ci illər)" mövzusundа doktorluq dissеrtаsiyаsı;
1978, prоfеssоr. Ardı »

Qərbi AzərbaycanDəvəxaraba

Dəvəxaraba — Ermənistan Sovet Sosialist Respublikasında kənd. Ermənistan SSR-idə 9 sentyabr 1930-cu ildə Ellər rayonu təşkil edildikdə Dəvəxaraba kəndi də onun tərkibinə qatılmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə adı Avad olaraq dəyişdirilmişdi. 1 yanvar, 1948-ci il vəziyyətinə görə Dəvəxaraba kəndi Kənkan və Qızqala kəndləri ilə birlikdə Kənkan kənd sovetliyini təşkil edirdi. Bu sovetliyin ərazisi qeyd edilən tarixə 48 km² idi və bu göstərici ilə o bütün rayon ərazisinin (880 km²) 5.45%-ni təşkil edirdi. Dəvəxaraba kəndi 1967-ci ildə ləğv edilmişdir.

Toponim[redaktə]
Toponim "dağ aşırımı, hündür dağ keçidi", "təpə", mənasında işlənən dəvə (dava/daba) sözü ilə, "dağıdılmış" mənasında Ardı »

Qərbi AzərbaycanƏsgər Əsgərov (jurnalist)

Əsgər Əsgərov (d.14.03.1936. Qaraçanta, Ağbaba mahalı) - SSRİ Jurnalistlər Birliyinin üzvü (1967), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1986), “Təbib” nəşriyyatının baş redaktoru (2009)

Həyatı[redaktə]
Əsgər Fərhad oğlu Əsgərov 14 mart 1936-cı ildə Ağbaba mahalının (Amasiya rayonu) Qaraçanta (sonradan Əzizbəyov) kəndində müəllim ailəsində anadan olub. İbtidai təhsilini kənd məktəbində, orta təhsilini isə rayon mərkəzində almışdır.

1955-ci ildə APİ-nin (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil-ədəbiyyat fakültəsinə daxil olmuş, 1960-cı ildə tarix-filologiya fakültəsini bitirmişdir.

İnstitutu bitirdikdən sonra Amasiyada Yeniyol kənd səkkizillik məktəbində dil-ədəbiyyat müəllimi (1960), “Kolxozçu tribunası” rayon qəzetində ədəbi işçi, yerli radio verilişlərində təşkilatçı-redaktor (1960-1963), Amasiya orta məktəbində müəllim (1963-1965) işləmişdir.

1965-ci ildə Amasiya rayon Komsomol Komitəsinin birinci katibi Ardı »

Qərbi AzərbaycanRamiz Yediyarov

Həyatı[redaktə]
Yediyarov Ramiz Qəni oğlu 1966-cı il mayın 31-də Ermənistan SSR-nin Vedi rayonunda anadan olmuşdur. 1973-cü ildə Şəki şəhəri, Şəki kənd orta məktəbinin 1-ci sinfinə daxil olub, 1983-cü ildə həmin məktəbi bitirmişdir.

1984-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-kredit fakültəsinə daxil olub, təhsilini davam etdirmək üçün Ukrayna SSR Poltava Kooperativ İnstitutuna göndərilmişdir.1984-1986-cı illərdə Kuybuşev şəhərində hərbi xidmətdə olub. 1990-cı ildə Poltava Kooperativ İnstitutunu bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir.

26.09.1990-cı il tarixdən 30.12.1994-cü il tarixədək Şəki şəhəri 77 nömrəli Təsərrüfatlararası Mexanikləşdirilmiş Səyyar Dəstə üzrə iqtisadçı, 04.01.1995-ci il tarixdən 05.11.1997-ci il tarixədək Şəki rayonu. C.Cabbarlı adına kolxozda mühasib işləmişdir.

11.11.1997-ci il tarixdən etibarən dövlət vergi orqanlarında Ardı »

Qərbi AzərbaycanOqtay Əsədov

Həyatı[redaktə]
Oqtay Əsədov 1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonunun Şəhərcik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun maşınqayırma texnologiyası fakültəsini bitirmişdir.

1976-cı ildən Bakı Məişət Kondisionerləri zavodunda usta köməkçisi, usta işləmişdir. 1979-cu ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi İnşaat İşləri İdarəsinin böyük mühəndisi, 1981-ci ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin "Azərsantexquraşdırma" Trestinin böyük texnoloqu, idarə rəisi, birlik rəisi olmuşdur. 1996–2005-ci illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin prezidenti vəzifəsində çalışmışdır. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.Azərbaycan Respublikası II çağırış Milli Məclisinin deputatı olmuşdur. 2005-ci il noyabrın 6-da 45 saylı Abşeron seçki dairəsindən deputat seçilmişdir. 2005-ci il dekabrın Ardı »

Qərbi AzərbaycanHallavar (Böyük Qarakilsə)

Tarixi[redaktə]
Hallavar Ermənistan SSR Quqark (Kirovakan – Böyük Qarakilisə) rayonunda, rayon mərkəzindən 12 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 1062, 1914-cü ildə 1283, 1931-ci ildə 902 nəfər olub. Onlar 1988-ci ilin faciəli olayları zamanı kənddən bütünlüklə qovulub.

Mədəniyyəti[redaktə]
Hallavar kəndi qədim alban vilayəti olan Qoqarena (Quqark rayonu) vilayətində yerləşir. Qədim tarixə malik olan bu kəndin yerli əhalisi atəşpəstliyə sitayiş etmiş və ərəb işğalları dövründə müsəlmanlığı qəbul etmış qədim alban tayfalarından biridir. Səlcuqların Azərbaycanda yerləşməsindən sonrakı dövrlərdə bu ərazilər bayat tayfasının iqtası olaraq qəbul olunmuşdur. Bir sözlə bu kənd və ətraf qonşu kəndlərin türk əhalisi əsasən bayat tayfasına mənsubdurlar. Hallavar kəndinin yerləşdiyi Ardı »