Qərbi Azərbaycan → Əziz Əliyev görkəmli dövlət xadimidir
Əziz Əliyev İkinci dünya müharibəsi illərində alay polkovniki rütbəsində sovet əsgərləri ilə birlikdə siyasi rəhbər kimi Cənubi Azərbaycana yollanır. Təbrizdə, Urmiyədə, Ərdəbildə, Mərənddə, Zəncanda olub. Onunla gedən və mədəni-maarif işi ilə məşğul olan ziyalılardan Süleyman Rüstəm, Osman Sarıvəlli, Qılman Musayev, Ənvər Məmmədxanlı, İsrafil Nəzərov, Əhəd Bağırzadə, Qulam Məmmədli, Mehdixan Vəkilov, Cabbar Məcnunbəyov "Vətən yolunda" qəzetinin redaksiyasında fəaliyyət göstəriblər. Əziz Əliyev Cənubi Azərbaycanda İmran Qasımov, Rəsul Rza, Mehbalı Əmiraslanov və başqaları ilə yaxın təmasda olur.
Əziz Əliyevin fəaliyyət dairəsi olduqca rəngarəng və çoxcəhətli olub. O, müəyyən müddətdə Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışır. Akademik M.Topçubaşov haqlı olaraq yazırdı ki, "Əziz, Aşıq Ələsgər demişkən, Ardı »