Qərbi Azərbaycan → Əsgər Əsgərov (jurnalist)
Əsgər Əsgərov (d.14.03.1936. Qaraçanta, Ağbaba mahalı) - SSRİ Jurnalistlər Birliyinin üzvü (1967), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1986), “Təbib” nəşriyyatının baş redaktoru (2009)
Həyatı[redaktə]
Əsgər Fərhad oğlu Əsgərov 14 mart 1936-cı ildə Ağbaba mahalının (Amasiya rayonu) Qaraçanta (sonradan Əzizbəyov) kəndində müəllim ailəsində anadan olub. İbtidai təhsilini kənd məktəbində, orta təhsilini isə rayon mərkəzində almışdır.
1955-ci ildə APİ-nin (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil-ədəbiyyat fakültəsinə daxil olmuş, 1960-cı ildə tarix-filologiya fakültəsini bitirmişdir.
İnstitutu bitirdikdən sonra Amasiyada Yeniyol kənd səkkizillik məktəbində dil-ədəbiyyat müəllimi (1960), “Kolxozçu tribunası” rayon qəzetində ədəbi işçi, yerli radio verilişlərində təşkilatçı-redaktor (1960-1963), Amasiya orta məktəbində müəllim (1963-1965) işləmişdir.
1965-ci ildə Amasiya rayon Komsomol Komitəsinin birinci katibi Ardı »